vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 26 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
CƏMİYYƏT  
17:06 | 10 iyul 2014 | Cümə axşamı Məqaləyə 2379 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Prezidentə minnətdaram»

İlham Əliyev Rəsulzadəni Almaniyaya göndərdi

MÖVZU İLƏ ƏLAQƏLİ

10.07.14 - İlham Əliyev Rəsulzadəni Almaniyaya göndərdi...

«Mənim adımdan prezidentə təşəkkür edin. Ona minnətdaram».

Bunu AzVision.az-a açıqlamasında Məhəmməd Əmin Rəsulzadənin nəvəsi, müalicə üçün Almaniyaya göndərilən Rais Rəsulzadə deyib. O bildirib ki, artıq dünəndən Almaniyadadır: «Almaniyadayam, bir azdan həkimlər məni müayinə edəcək». 

Xəstəliyi barədə ətraflı məlumat vermək istəməyən Rəsulzadə orada neçə gün müalicə olunacağının da dəqiq məlum olmadığını deyib.


***

Qeyd edək ki, prezident İlham Əliyevin göstərişi ilə Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə əməliyyat olunmaq üçün Almaniyaya göndərilib.

Prezident Administrasiyasındakı mənbələrdən APA-ya daxil olan məlumata əsasən, o, dövlət hesabına bu ölkənin məşhur «Şarite» hospitalında əməliyyat ediləcək və müalicə alacaq. Onun ağır xəstəlikdən əziyyət çəkdiyi bildirilir.

R. Rəsulzadənin 2013-cü ilin əvvəlində də Bakıda eyni xəstəlikdən əməliyyat və müalicə olunduğu bildirilir.

Rəis Azər oğlu Rəsulzadə Azərbaycan Rəssamlar Federasiyasının üzvü, əməkdar rəssamdır. R.Rəsulzadə, həmçinin, ictimai fəaliyyətlə məşğuldur və Azərbaycan Siyasi Repressiya Qurbanları Assosiasiyasının prezidentidir.