TQDK açıqladı
“Keçid ballarının aşağı salınmasının səbəbi…”
Modern.az
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Rusiya da müəllimlərini qiymətləndirəcək
Azərbaycanın uğurlu layihəsi qonşu ölkələrin də diqqətini çəkib
-
Testin ləğvi kimə sərf edir?
DİM rəhbərliyi Təhsil Nazirliyini və kurikulumu bəhanə edərək müstəqilliyin ən uğurlu nailiyyətini sıradan çıxarmaq istəyir
-
Tələbə qəbulunda testi qoruyaq
Nə baş verdi ki, DİM tələbə qəbulunda illərin sınağından çıxmış sistemdən imtina etməyə hazırlaşır?
-
Planı hələlik, 85 faiz dolub
Sabahdan boş qalan yerlərə ixtisas seçimi aparılacaq
-
Sabah imtahandır
V qrup 26709 abituriyent üzrə biliyini sınayacaq
-
II mərhələyə 9522 nəfər buraxılıb
Magistatra imtahanı iyunun 4-də keçiriləcək
-
880 nəfər imtahana gəlməyib
Sınaq imtahanlarının nəticələri açıqlandı
-
Savadı sərrast olanlar
Qəbul imtahanlarında 700 bal toplayan abituriyentləri siz də tanıyın
-
3 gündə 6 min müəllim imtahan verəcək
22 min nəfər 10 gün ərzində artıq özünü sınayıb
-
3 abituriyentdən maksimum nəticə
Qəbul imtahanının nəticələri açıqlandı
-
«Tak, tak, tak»
Abituriyent: «Nəzarətçi qısa yubka geymişdi, cəmi 200 bal toplaya bildim»
-
Azərbaycanın ən yaxşı məktəbləri
«Abituriyent» jurnalı siyahını açıqladı
-
İmtahanların vaxtı açıqlanıb
Azərbaycanda ali məktəblərə sənəd qəbulu başladı
-
Ali məktəblərə qəbul qaydaları dəyişdi
Abituriyent eyni tədris ilində keçirilən bir neçə qəbul imtahanında iştirak edə bilər
-
Məleykə Abbaszadə də tariflərdən danışdı
«... Hüquqi məsələlərin həlli istiqamətində işlər aparılır»
-
Deputatdan etiraz
«Testi ləğv etmək neqativ hallara yol açmaqdır»
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) III ixtisas qrupu üzrə keçid ballarının aşağı salınmasına aydınlıq gətirib. Komissiyanın mətbuat xidmətindən Modern.az-averilən məlumata görə, TQDK-nın açırlamasında qeyd olunub.
Biz elə bu səhifədə imtahan nəticələri barədə sizə məlumat verərkən 3-cü ixtisas qrupu üzrə müsabiqə şərtlərini, o cümlədən ixtisas seçimi üçün tələb olunan minimal balın neçə olmasını yazmışdıq. Lakin bir çoxlarınızın həmin xəbərlə bağlı yazdığınız şərhləri, orada ünvanladığınız sualları oxuduqca təəccüblənməyə bilmirik. Yazıb və ya soruşursunuz - 3-cü qrupda ballar 200-ə enib? Hansısa tv kanalda balların 200-ə enməsi barədə məlumat yayılıb.. Kim eşidib bunu? və s.
Təkrar yazırıq və diqqətlə oxumağınızı xahiş edirik. III qrup üzrə ixtisas seçimində ümumi balı 250 - dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər. Bunu bir qədər sadə şəkildə izah edək . Yəni 3-cü qrupda ixtisas seçiminə o abituriyentlər buraxılacaqlar ki, onların topladığı bal 250-dən az olmasın. Və 5 imtahan fənninin 4-dən "0"-ı olmasın. Bir fəndən isə "0"-ı ola bilər.
Beləliklə minimum tələb belədir : 250 bal toplayan və sizin təbirinizcə desək 1 fəndən "0"-ı olan (fənnin fəqi yoxdu) abituriyent ixtisas seçiminə buraxılır. Ancaq 2 fəndən "0"-ı olan (nisbi balı 10-dan az olan) isə yox. 3-cü qrupda nəinki 200, hətta 249 bal toplayan abituriyent də ali məktəblərin ixtisas seçiminə buraxılmır.
Dövlət sifarişli ixtisasların müsabiqəsində isə ümumi balı 350-dən, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər. Yəqin çoxunuz dövlət sifarişli ixtisaslar dedikdə nəyin nəzərdə tutulduğunu bilirsiniz. Dövlət sifarişli yer "pulsuz" deməkdir. Yəni dövlət sifarişli ixtisasa qəbul olan şəxs illik təhsil haqqı ödəməyəcəkdir. Bu yerləri seçmək hüququna o abituriyentlər malikdirlər ki, onların ümumi balı 350-dən az olmasın. Və heç bir fəndən "0"-ı olmasın.
Yəqin bəzilərinizdə başqa bir sual yaranacaqdır - İxtisas seçiminə buraxılmaq nə deməkdir? İxtisas seçiminə buraxılmaq elə müsabiqəyə buraxılmaq deməkdir. Aydın məsələdir ki, ixtisas seçiminə buraxılmayan şəxs ali məktəbə qəbul oluna da bilməz. İxtisas seçimində iştirak edən hər kəsin hansısa ali məktəbə bu və ya digər dərəcədə qəbul olmaq şansı vardır.
İxtisas seşimi avqustun 6-dan 15-dək internetlə aparılacaqdır. İxtisas seçiminə buraxılmış abituriyentlər qəbul olmaq istədikləri 15-dək ixtisas kodunu "İxtisas seçimi ərizəsi"ndə qeyd edəcəklər.
Suallarınızın bir qismi isə topladığınız balla hansı ali məktəbə, hansı ixtisasa qəbul olmaq şanslarınızla bağlıdır. Məsələn, yazırsınız - Mən 470 bal toplamışam. Bu balla Azərbaycan Dillər Universitetinin İngilis dili və ədəbiyyatı ixtisasının pulsuzuna qəbul ola bilərəmmi? Unutmayın! Kimsə bu barədə dəqiq proqnoz verə bilməz.
Əlbəttə, 700 bal toplayan abituriyentlərə qəti olaraq demək olar ki, siz hansı ixtisası ərizənizdə 1-ci yerdə göstərsiniz həmin ixtisasa da qəbul olunacaqsınız.
Bəs doğru ixtisas seçimi etmək üçün ən yaxşı məsləhətçi hardan tapmaq olar? Bunun üçün sizə ən yaxşı vasitə statistik məlumatlardır. Artıq TQDK 3-cü qrup üzrə "İxtisas seçimi zamanı nələrə diqqət yetirməli" adlı vəsait dərc etmişdir.
“Abituriyent”in bu xüsusi buraxılışında müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlərin sayı, onların imtahanda topladığı balların paylanmasına dair məlumatlar elan edilib. Bu da sizə ixtisas seçimində düzgün istiqamət götürməyə, ağıllı seçim etməyə yardımçı olacaqdır.
Həmin vəsaiti Bakı şəhərində TQDK-nın qarşısındakı "Abituriyent" köşkündən almaq və ya onu www.abiturient.az saytından sifariş etmək olar.
İxtisas seçimi zamanı düzgün istiqamət götürməkdə oriyentir rolunu oynaya biləcəyi nəzərə alınaraq başqa bir vəsaitdə 2012-ci ilin qəbul imtahanlarında ixtisaslar üzrə formalaşmış keçid balları dərc olunub. Qeyd edək ki, ayrı-ayrı ixtisaslar üzrə minimal keçid balları müvafiq ixtisası öz ərizəsində göstərən abituriyentlərin sayı, ixtisas üzrə plan yerləri və abituriyentlərin imtahan nəticələri əsasında formalaşır. Bu göstəricilərə əsasən, hər il minimal keçid ballarında müəyyən dəyişmə müşahidə olunsa da, oxşar, təkrar¬lanan meyllər, tendensiyalar da özünü göstərir. Odur ki, abituriyentlər keçid ballarına istinad edərkən onların hər ilin müsabiqə nəticələrindən asılı olaraq dəyişməsini nəzərə almalıdırlar.
Ümid edirik ki, bu yazdıqlarımız sizə 3-cü qrup üzrə qəbul imtahanının nəticələrinin elan olunmasından sonra doğru və ya yanlış informasiya bolluğu şəraitində müsabiqə vəziyyəti ilə bağlı aydın təsəvvür yaratmaqda kömək edəcəkdir.
Biz ixtisas seçimində iştirak edən abituriyentlərə uğurlar, doğru ixtisas seçimi və tələbə olmaq sevinci arzulayırıq. Aşağı nəticə göstərənlərə isə kədərlənməməyi tövsiyə edirik. Unutmayın ki, qəbul imtahanında istədiyiniz nəticəni əldə etməməyiniz sizin gələcəkdə bu və ya digər sahədə uğur qazana bilməyəcəyiniz demək deyil.