vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 26 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
CƏMİYYƏT  
15:10 | 15 iyul 2014 | Çərşənbə axşamı Məqaləyə 2417 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Rəsulzadə əməliyyat olunub

«Xəstəliyin qabardılması etik normalara uyğun deyil»

Gülşən RAUFQIZI

MÖVZU İLƏ ƏLAQƏLİ

Rəis Rəsulzadə bu gün Almaniyadakı «Şarite» hospitalında əməliyyat olunub. Bu barədə Modern.az-a onun özü məlumat verib. Çətinliklə danışan R.Rəsulzadə bu gün əməliyyat olunduğunu və əməliyyat prosesinin çətin keçdiyini bildirib: «Şükür ki, indi yaxşıyam. Maraqlanan hər kəsə təşəkkür edirəm».

Məhəmməd Əmin Rəsulzadənin nəvəsi mətbuatda xəstəliyi barədə ətraflı məlumat verilməsini istəmədi: «Düşünürəm ki, xəstəliyin qabardılması etik normalara uyğun deyil».

Qeyd edək ki, Prezident İlham Əliyevin göstərişi ilə Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə əməliyyat olunmaq üçün Almaniyaya göndərilib. 

Rəis Azər oğlu Rəsulzadə Azərbaycan Rəssamlar Federasiyasının üzvü, əməkdar rəssamdır. R.Rəsulzadə, həmçinin, ictimai fəaliyyətlə məşğuldur və Azərbaycan Siyasi Repressiya Qurbanları Assosiasiyasının prezidentidir.