Məktəb direktorundan inanılmaz hərəkət
171 saylı təhsil ocağının müdirəsi müəllimlərin adına kredit götürüb pulu onlara ödətdirir
Jalə AĞAZADƏ
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Nə vaxtsa qarşılaşacağıq”
Mikayıl Cabbarov vergidən yayınan biznesmenlərə mesaj verdi: “Çünki qanun var”
-
Əzazil nazirin rəzil sonu
Fazil Məmmədovun ətrafında yeni hadisələr başlayıb...
-
Fazil Məmmədovun əmlakları əlindən alınmağa başlandı
Sabiq nazirin vəzifədə olarkən yağmaladığı mal-mülkü geri alınır, ata yurdundakı 100 hektar torpağına əl qoyuldu
-
Təəccüblü deyil, məntiqlidir
Fazil Məmmədov niyə Mikayıl Cabbarovla əvəzləndi?
-
Fazil Məmmədovun vurulması ilə bağlı 4 milyardlıq oğurluq iddiası
Böyük məbləğdə vəsaitin gizli şəkildə ofşorlara çıxarılmasında Xaləddin İsgəndərovun da adı hallanır
-
Mikayıl Cabbarov təhsil naziri kimi necə yadda qaldı?
«Onun imza atdığı islahatlar Azərbaycan təhsilinin simasını deyişdi»
-
«Şəhidlər parkı»nın yerində göydələn
Bakıda şəhidin abidəsini götürüb, ağacları gecəykən qırıb, ərazini xarabalığa çeviriblər
-
Bakıda bina 18 metr sürüşdü
Sakinlər küçədə gecələyir
-
Dərin çatlar yaranıb
Sürüşmə zonasında uçqun olub
-
Kredit rüsvayçılığı daha bir məmuru «bitirdi»
Banklara təqdim edilən arayışları müəllimlərə verən mühasib işdən çıxarıldı
-
Rzaquliyeva Murğuzovanın güdazına gedib?
Adı kredit qalmaqalında hallandırılanla yanaşı 14 məktəb direktoru da işdən çıxarılıb
-
Murğuzova elçi göndərib
Müəllimlərin adına kredit götürən direktor şikayət ərizəsini geri götürməyi xahiş edib, əvəzində daha iki iddiayla üzləşib
-
«Ay əclaf qadın...»
Müəllimlərin adına kredit götürən məktəb direktoru İradə Murğuzovanın məhkəməsi olacaq
-
Başqa cinayətləri də üzə çıxan direktor məhkəməyə verildi
Murquzova müəllimlərə təkcə məktəb deyil, hətta bağça adından və şişirdilmiş maaşlarla arayış verib
-
Məktəb direktoru pul aldığını təsdiqlədi
Amma bu pulun kredit olduğunu bilmirmiş, baxmayaraq ki, ...
-
Bakının Xətai rayonundakı 171 saylı orta məktəbdə (Neapol küçəsi, 8 ünvanda yerləşir) Azərbaycanda indiyədək görünməyən hadisə baş verib. Belə ki, həmin məktəbin direktoru İradə Məmmədəli qızı Murğuzova banklardan müəllimlərin və digər işçilərin adına külli miqdarda kredit alaraq mənimsəməkdə, bunun ziyanını isə müəllimlərə ödətdirməkdə günahlandırılır. Bu barədə virtualaz.org saytına hüquq müdafiəçisi Teymur Rza məlumat verib.
Teymur Rzanın sözlərinə görə, məktəb direktoru müəllimlərin adına götürdüyü kreditləri ödəməkdən imtina edir: «Direktor müəllimlərin adına kredit götürməzdən əvvəl onlara vəd edib ki, hər ay banklara şəxsən özü ödəniş edəcək, beləliklə də müəllimlər heç bir maddi ziyana düşməyəcəklər. Buna görə də müəllimlər öz adlarına kredit götürüb həmin məbləği direktora verməyə razılaşıblar. Kredit götürülərkən məktəbin təsərrüfat hissə müdiri də zamin durub.
Lakin sonradan İradə Murğuzova banka heç bir ödəniş etməyib və müəllimlərə deyib ki, mən sizə işləmək üçün şərait yaratdığımdan kreditləri özünüz ödəməlisiniz. Nəticədə müəllimlərlə direktor arasında narazılıq yaranıb».
Hüquq müdafiəçisi dedi ki, banka borcu yaranan müəllimlər bu borcları ödəmək üçün daha çox vaxtları qalsın deyə az dərs saatı götürməklə evdə repetitorluq etməyə, yəni uşaq hazırlaşdırmağa çalışırlar: «Müəllimlərin dediyinə görə, direktor onlara evdə uşaq hazırlaşdırmağı təklif edib. Deyib ki, az dərs saatı götürün, evdə uşaq hazırlaşdırıb pul qazanın, banklara olan borcunuzu bu yolla ödəyin».
Teymur Rza məsələ ilə bağlı təhsil naziri Mikayıl Cabbarova müraciət edib: «Artıq 10 gündür müraciət etmişəm, lakin nazirlikdən hələ də xəbər yoxdur. Məndən başqa iki müəllim də bu məsələ ilə bağlı Təhsil Nazirliyinə müraciət edib. Belə güman edirəm ki, nazirlikdən bu məsələnin böyüməməsini istəyirlər. Buna görə də nazirin məsələdən xəbərdar olmasına mane olurlar. Bunları nəzərə alıb nazirə mətbuat vasitəsilə müraciət edərək 171 saylı məktəbdə baş verənlərin araşdırılmasını istəyirəm. Çünki ortada yüz minlərlə manatlıq problem var. Bu problem isə direktorun vədinə inanan müəllimlərin çiyninə qoyulub».
T.Rza şikayətlərlə başlı məktəb direktoru İradə Murğuzova ilə görüşdüyünü də bildirdi: «Direktor dedi ki, ötən il məktəbdə yoxlama aparılıb. Buna görə də o, pula ehtiyacının olduğunu bildirdi. Aldadılmış və çarəsiz müəllimlər indi çıxış yolu axtarırlar».
Səslənən bu iddialara aydınlıq gətirmək üçün 171 saylı məktəbə dəfələrlə telefon açsaq da zənglərimizə cavab verən olmadı.
Xatırladaq ki, 171 saylı məktəblə bağlı mətbuatda mütəmadi tənqidi yazılar verilib. Belə ki, həmin yazılarda direktor sinif otaqlarının və ayaqyolunun təmiri üçün şagirdlərdən pul yığmaqda təqsirləndirilib.
Virtualaz.org saytı bu məsələ ilə bağlı bütün tərəflərin mövqeyini öyrənib dərc etməyə çalışacaq.