vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 18 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
ELM-TƏHSİL, DİN  
17:30 | 21 iyul 2014 | Bazar ertəsi Məqaləyə 2815 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Başqa cinayətləri də üzə çıxan direktor məhkəməyə verildi

Murquzova müəllimlərə təkcə məktəb deyil, hətta bağça adından və şişirdilmiş maaşlarla arayış verib

Jalə AĞAZADƏ

MÖVZU İLƏ ƏLAQƏLİ

MÖVZUYA AİD VİDEO

  • Məktəb direktoru pul aldığını təsdiqlədi

Bakı şəhəri, Xətai rayonu, 171 saylı məktəbin müəlliməsi Mədinə Tağıyeva həmin təhsil müəssisəsinin direktoru İradə Murğuzovanı məhkəməyə verib. Bu barədə virtualaz.org saytına hüquq müdafiəçisi Teymur Rza məlumat verib.

Hüquq müdafiəçisi dedi ki, M.Tağıyeva məktəb direktorunun Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cəzalandırılmasını tələb edir: «Çünki direktor İradə Murğuzova mətbuatda Mədinə Tağıyeva haqqında təhqiramiz ifadələr işlətməklə onun şərəf və ləyaqətini təhqir edib. Mədinə Tağıyeva da direktorun buna görə qanunlar qarşısında cavab verməsini istəyir. Mədinə Tağıyeva bununla bağlı iddia ərizəsini bu gün artıq Xətai Rayon Məhkəməsinə təqdim edib».

Xatırladaq ki, məktəb direktoru İ.Murğuzova banklardan 171 saylı məktəbin müəllimlərinin və digər işçilərin adına külli miqdarda kredit alaraq mənimsəməkdə, banklara olan həmin kredit borcunu isə müəllimlərə ödətdirməkdə günahlandırılır.

İ.Murğuzova isə müəllimə M.Tağıyevanın onunla bağlı iradlarına «Ay əclaf, ay əclaf qadın... Mədinə məktəbimdə ən savadsız müəllimdir. Onu məktəbdə 7 ildir necə yola verirəm, bunu bir Allah bilir. Onun kimi vicdansız bazar arvadı yoxdur. Mədinə Tağıyeva müəllim adına ləkə gətirir. Bir Mədinənin xarici görkəminə baxın, görün elə də müəllim olar? Uşaqları zəifdir, özu tərbiyəsizdir» - deyə təhqiramiz formada cavab verib.

Qeyd edək ki, məktəbin müəllimələri bankdan kredit götürülməsi üçün direktor tərəfindən onlara verilən arayışları da bu gün virtualaz.org saytının redaksiyasına təqdim ediblər.

Arayış Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mərkəzləşdirilmiş hesabatlığının Suraxanı - Xətai rayonları üzrə xidmət bölməsi tərəfindən verilib. Lakin arayışda müəllimələrin 171 saylı orta məktəbdə deyil, 171 saylı uşaq bağçasında işlədikləri qeyd olunub. Bundan əlavə, müəllimələrin maaşları şişirdilərək 292 manat 25 qəpik göstərilib.

Qeyd edək ki, xidmət bölməsinin müdiri Alim Hüseynov da İradə Murquzova ilə birgə həmin məktəbdə çalışan müəllimələrin adına saxta arayışlar verməkdə günahlandırılır. Belə ki, həmin arayışlarla müəllimələr məktəbin əməkdaşları kimi bir bankdan, bağça müəlliməsi kimi digər bankdan kredit ala bilirlər.

Xatırladaq ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi direktorla bağlı şikayətlərin araşdırılacağını, araşdırmaların nəticələrinin isə ictimaiyyətə açıqlanacağını vəd edib.