Murğuzova elçi göndərib
Müəllimlərin adına kredit götürən direktor şikayət ərizəsini geri götürməyi xahiş edib, əvəzində daha iki iddiayla üzləşib
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Məqsəd qorxutmaqdır
Sələmçi absurd ittihamla borcalanı həbs etdirmək istəyir
-
«Şəhidlər parkı»nın yerində göydələn
Bakıda şəhidin abidəsini götürüb, ağacları gecəykən qırıb, ərazini xarabalığa çeviriblər
-
50 min pul istəyir
Vəkil Lent.az-ı məhkəməyə verib; bəs söz azadlığı harada qaldı?
-
Bakıda bina 18 metr sürüşdü
Sakinlər küçədə gecələyir
-
Dərin çatlar yaranıb
Sürüşmə zonasında uçqun olub
-
Kredit rüsvayçılığı daha bir məmuru «bitirdi»
Banklara təqdim edilən arayışları müəllimlərə verən mühasib işdən çıxarıldı
-
Rzaquliyeva Murğuzovanın güdazına gedib?
Adı kredit qalmaqalında hallandırılanla yanaşı 14 məktəb direktoru da işdən çıxarılıb
-
«Ay əclaf qadın...»
Müəllimlərin adına kredit götürən məktəb direktoru İradə Murğuzovanın məhkəməsi olacaq
-
Başqa cinayətləri də üzə çıxan direktor məhkəməyə verildi
Murquzova müəllimlərə təkcə məktəb deyil, hətta bağça adından və şişirdilmiş maaşlarla arayış verib
-
Məktəb direktoru pul aldığını təsdiqlədi
Amma bu pulun kredit olduğunu bilmirmiş, baxmayaraq ki, ...
-
Məktəb direktorundan inanılmaz hərəkət
171 saylı məktəbin müdirəsi müəllimlərin adına kredit götürüb pulu onlara ödətdirir
-
Tağı Əhmədovun oğluna qarşı iddia
Metro ticarətinin başında Xətai Rayon Məhkəməsinin hakimi dayanıbmış
Bu gün Xətai Rayon Məhkəməsində rayonunun 171 saylı orta məktəbinin direktoru İradə Murğuzovanın banklardan müəllimlərin və digər işçilərin adına külli miqdarda kredit götürməsi ilə bağlı hazılıq iclası keçirilib.
Həmin məktəbin müəllimi Mədinə Tağıyevanın İradə Murğuzovaya qarşı qaldırdığı iddia üzrə keçirilən iclasa direktor gəlməyib. Bu üzdən iclas avqustun 29-a təyin olunub.
Mədinə Tağıyevanın hüquqi nümayəndəsi Teymur Rza bildirib ki, direktor məhkəməyə teleqram vuraraq xəstə olduğunu qeyd edib: «Mədinə Tağıyevaya məktəbin dərs hissə müdiri Leyla müəllimə zəng edib, ərizəsini geri götürməsini istəyib. Mədinə xanım da etiraz edib. O, direktor tərəfindən təhqir və böhtana məruz qaldığına görə hətta təzminatın məbləğini 100 min manata qaldırıb və direktordan təhqirlərinə görə təkzib verməsini tələb edib».
Teymur Rza onu da bildirdi ki, direktorun «kredit əməliyyatı»na görə məktəbin digər müəllimi Kifayət Rzayeva da İradə Murğuzovanı məhkəməyə verəcək: «Direktor demişdi ki, qarşılıqlı iddia ərizəsi verəcək. Hansı əsasla? Fakt göz qarşısındadır. Direktor etdiyi əmələ görə qanun qarşısında cavab verməlidir. İradə Murğuzova «İç xəbər»də efirdən də təsdiqlədi ki, kreditlə bağlı müəllimdən pul götürüb».
Məsələ ilə əlaqədar Təhsil Nazirliyinə müraciət etdiyini deyən T.Rza bildirdi ki, nazirlik bu məsələni Bakı Şəhəri üzrə Təhsil İdarəsinə həvalə etsə də onlara hələ ki, heç bir məlumat verilməyib. (teleqraf.com)