
«Şəhidlər parkı»nın yerində göydələn
Bakıda şəhidin abidəsini götürüb, ağacları gecəykən qırıb, ərazini xarabalığa çeviriblər
Bakıda şəhidin abidəsini götürüb, ağacları gecəykən qırıb, ərazini xarabalığa çeviriblər
Sakinlər küçədə gecələyir
Sürüşmə zonasında uçqun olub
Banklara təqdim edilən arayışları müəllimlərə verən mühasib işdən çıxarıldı
Adı kredit qalmaqalında hallandırılanla yanaşı 14 məktəb direktoru da işdən çıxarılıb
Müəllimlərin adına kredit götürən direktor şikayət ərizəsini geri götürməyi xahiş edib, əvəzində daha iki iddiayla üzləşib
Müəllimlərin adına kredit götürən məktəb direktoru İradə Murğuzovanın məhkəməsi olacaq
Amma bu pulun kredit olduğunu bilmirmiş, baxmayaraq ki, ...
171 saylı məktəbin müdirəsi müəllimlərin adına kredit götürüb pulu onlara ödətdirir
171 saylı məktəbin müdirəsi müəllimlərin adına kredit götürüb pulu onlara ödətdirir
Bakı şəhəri, Xətai rayonu, 171 saylı məktəbin müəlliməsi Mədinə Tağıyeva həmin təhsil müəssisəsinin direktoru İradə Murğuzovanı məhkəməyə verib. Bu barədə virtualaz.org saytına hüquq müdafiəçisi Teymur Rza məlumat verib.
Hüquq müdafiəçisi dedi ki, M.Tağıyeva məktəb direktorunun Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cəzalandırılmasını tələb edir: «Çünki direktor İradə Murğuzova mətbuatda Mədinə Tağıyeva haqqında təhqiramiz ifadələr işlətməklə onun şərəf və ləyaqətini təhqir edib. Mədinə Tağıyeva da direktorun buna görə qanunlar qarşısında cavab verməsini istəyir. Mədinə Tağıyeva bununla bağlı iddia ərizəsini bu gün artıq Xətai Rayon Məhkəməsinə təqdim edib».
Xatırladaq ki, məktəb direktoru İ.Murğuzova banklardan 171 saylı məktəbin müəllimlərinin və digər işçilərin adına külli miqdarda kredit alaraq mənimsəməkdə, banklara olan həmin kredit borcunu isə müəllimlərə ödətdirməkdə günahlandırılır.
İ.Murğuzova isə müəllimə M.Tağıyevanın onunla bağlı iradlarına «Ay əclaf, ay əclaf qadın... Mədinə məktəbimdə ən savadsız müəllimdir. Onu məktəbdə 7 ildir necə yola verirəm, bunu bir Allah bilir. Onun kimi vicdansız bazar arvadı yoxdur. Mədinə Tağıyeva müəllim adına ləkə gətirir. Bir Mədinənin xarici görkəminə baxın, görün elə də müəllim olar? Uşaqları zəifdir, özu tərbiyəsizdir» - deyə təhqiramiz formada cavab verib.
Qeyd edək ki, məktəbin müəllimələri bankdan kredit götürülməsi üçün direktor tərəfindən onlara verilən arayışları da bu gün virtualaz.org saytının redaksiyasına təqdim ediblər.
Arayış Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mərkəzləşdirilmiş hesabatlığının Suraxanı - Xətai rayonları üzrə xidmət bölməsi tərəfindən verilib. Lakin arayışda müəllimələrin 171 saylı orta məktəbdə deyil, 171 saylı uşaq bağçasında işlədikləri qeyd olunub. Bundan əlavə, müəllimələrin maaşları şişirdilərək 292 manat 25 qəpik göstərilib.
Qeyd edək ki, xidmət bölməsinin müdiri Alim Hüseynov da İradə Murquzova ilə birgə həmin məktəbdə çalışan müəllimələrin adına saxta arayışlar verməkdə günahlandırılır. Belə ki, həmin arayışlarla müəllimələr məktəbin əməkdaşları kimi bir bankdan, bağça müəlliməsi kimi digər bankdan kredit ala bilirlər.
Xatırladaq ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi direktorla bağlı şikayətlərin araşdırılacağını, araşdırmaların nəticələrinin isə ictimaiyyətə açıqlanacağını vəd edib.