
Daha obyektiv qərarlara dəstək
Azərbaycan məhkəmə sistemində süni intellekt dövrü başlayır
Azərbaycan məhkəmə sistemində süni intellekt dövrü başlayır
ABŞ Ali Məhkəməsindən tarixi qərar
Brett Kavanonun evinin yaxınlığında silahlı şəxs həbs edilib
“Sələmçi Tağı” cəmi bir ay faiz alandan sonra pulların batdığını öyrənib
“Bakı Metropoliten”in keçmiş rəisi YAP-ın binasını lombarda döndəribmiş...
Bakı metropoliteninin sabiq rəisinin ayaqları tutuldu
Dollar əmanətləri üzrə faiz dərəcəsinin birtərəfli qaydada endirilməsi qanunsuz hesab olundu
Apellyasiya məhkəməsinin əsassız qərarı bir daha ləğv edildi
Sələmçi absurd ittihamla borcalanı həbs etdirmək istəyir
«Vəkillər və vəkillik fəaliyyəti haqqında» Qanundan narazı qalanlar çıxış yolu təqdim edir
Məhkəmə «Bakı Metropoliteni»nin sabiq rəisi ilə bağlı xüsusi qərardad çıxara bilər
Çovdarovun cinayət işində Tağı Əhmədovun oğlu ilə bağlı müəmma...
Tağı Əhmədovun korrupsiya pullarını hara xərcləməsi haqda ilginc dosye; ortalıqda 200 milyon dollarlıq korrupsiya faktlar var
Tağı Əhmədov: «... İmkan verin işimi görüm»
Tağı Əhmədovun həyat yoldaşı ərinin milyonları barədə
«Təxmini 200 milyon mənimsəmişdi, dərindən yoxlanılsaydı, bu rəqəm bir neçə dəfə arta bilərdi»
Qarabağ əlilləri Xətai Rayon Məhkəməsinin və Ali Məhkəmənin qarşısında etiraz aksiyası keçirməyə hazırlaşır.
«Azerfax»a bu barədə Vətən Müharibəsi
Əlliləri Birliyinin sədri Firudin Məmmədov məlumat verib. F.Məmmədov deyib ki,
onları bu aksiyanı keçirməyə vadar edən Bakı Metropoliteninin keçmiş sədri Tağı
Əhmədovun oğlu Rauf Əhmədovdur.
Təşkilat sədrinin sözlərinə görə, Xətai
rayon Məhkəməsinin hakimi olan R.Əhmədov Qarabağ əlili Bəxtiyar Kazımovu
aldadaraq külli miqdarda pulunu mənimsəyib: «Bəxtiyar Kazımov bizim təşkilata
müraciət edib. Döyüşçü yoldaşımız müraciətində bildirir ki, «İnşaatçılar»
metrosunda kiçik ticarətlə məşğul olurmuş. Tağının oğlunun pul yığanları
köşklər yığışdırılmamışdan bir müddət əvvəl ondan 22 min manat pul alıblar.
Metro ticarətinə həmin Rauf Əhmədov rəhbərlik edir. Adamlarını göndərir
ticarətçilərdən pul yığırlar. Pul yığımı heç bir qayda ilə tənzimlənmir.
Bəxtiyardan 22 min alanda deyiblər ki, bundan sonra da rahat şəkildə ticarətini
davam etdirəcək. Bəxtiyar da 4 bankdan kredit götürüb, tələb olunan məbləği
ödəyib ki, işləyib qaytaracaq. Bununla yanaşı hər ay 800-900 manat yer haqqı da
verib».
F.Məmmədov deyir ki, döyüş yoldaşı acınacaqlı durumdadır. Banklar kreditin faizini hesablamağa başlayıb. B.Kazımovun adına hər saat faiz cərimələri yazılır. Belə getsə, daha bir Qarabağ əlili intihar etməyə məcbur olacaq.