
“Döysəm də düz eləmişəm...”
“Sələmçi Tağı” cəmi bir ay faiz alandan sonra pulların batdığını öyrənib
“Sələmçi Tağı” cəmi bir ay faiz alandan sonra pulların batdığını öyrənib
“Bakı Metropoliten”in keçmiş rəisi YAP-ın binasını lombarda döndəribmiş...
Bakı metropoliteninin sabiq rəisinin ayaqları tutuldu
Ləğv edilmiş Nazirliyin həbsdə olan sabiq rəisi tibb məntəqəsinə köçürülüb
Seks videoları ilə şantaj, məmurların hədələnməsi, daha nələr...
Akif Çovdarov: «Əleyhinə də heç bir ifadə verməmişəm»
Eldar Mahmudovun vəzifədən azad olunduqdan sonra ilk fotosu
MTN istintaqında şok hadisə «qara kassa» tutuldu; niyə məhz indi?
Sabiq MTN rəhbəri keçmiş köməkçisinin həbsi ilə əlaqədar dindirilib
Keçmiş MTN məmuru hər şeyini itirdi - 19 mükafat, bir orden, iki medal, general-mayor rütbəsi alındı və 33 milyonluq əmlakı isə müsadirə olunacaq
Çovdarov: «... amma fikirləşdim ki, ...»
4 il cəza alan polkovnik Herodotdan sitat gətirdi
Məhkəmə «Bakı Metropoliteni»nin sabiq rəisi ilə bağlı xüsusi qərardad çıxara bilər
MTN-in Antiterror Mərkəzinin sabiq rəisi, həbsdəki general Elçin Quliyevdən «çox şeyi danışacam» anonsu
Tağı Əhmədovun korrupsiya pullarını hara xərcləməsi haqda ilginc dosye; ortalıqda 200 milyon dollarlıq korrupsiya faktlar var
Tağı Əhmədov: «... İmkan verin işimi görüm»
Sabunçu Rayon Məhkəməsində ləğv edilmiş MTN-in generalı Akif Çovdarov və digər 3 nəfərin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Musavat.com xəbər verir ki, hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən qapalı prosesdə müzakirə olunan məsələlərlə bağlı verilən vəsatətlər təmin edilməyib. Məhkəmədə agentura şəbəkəsinə dövlət büdcəsindən ayrılan pulların mənimsənilməsi epizodu üzrə əlavə sübutların qəbul edilməsi üçün verilən vəsatət də təmin edilməyib.
Müdafiə tərəfi bir neçə epizod üzrə anten məlumatlarının təqdim edilməsi barədə də vəsatət qaldırıb. Dövlət ittihamçısı etiraz edərək deyib ki, cinayət işinin materialları arasında anten məlumatları var.
Prosesdə vəkillər bildiriblər ki, cinayət işi materiallarında bəzi şəxslərin anten məlumatları yoxdur. Tağı Əhmədovdan 3 milyon alınması epizodu üzrə oğlu Ruslan Əhmədovun MTN əməkdaşlarına pulu verdiyini qeyd etdiyi vaxtda onun harda olmasını göstərən anten məlumatları cinayət materiallarına əlavə edilən diskdən silinib.
Həmçinin, Qədim Ədilovun sentyabrın 7-də Nərimanov parkının yanında pulu həbsdəki MTN zabiti Səlim Məmmədova verməsi ittihamına görə həmin şəxslərin o tarixdəki anten məlumatları da vəkillər tərəfindən istənilib.
Hakim hər iki vəsatəti baxılmamış saxlayıb. Hakim bildirib ki, diskə baxış keçirib məlumatların silinib-silinmədiyinə baxdıqdan sonra bu məsələ ilə bağlı qərar veriləcək.
İş üzrə əlavə şahidlərin çağırılması və müvafiq qurumlara sorğuların göndərilməsi ilə bağlı vəsatətlər təmin edilib.
Məhkəmə prosesi iyulun 19-da davam etdiriləcək.
Qeyd edək ki, Akif Çovdarovla birlikdə müttəhimlər kürsüsünə ləğv edilmiş MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanov da çıxarılıb.