vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 2 iyul 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
CƏMİYYƏT  
«Nə qədər şər-böhtan demək olar?» 18:56 | 13 iyul 2017 | Cümə axşamı Məqaləyə 3556 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Nə qədər şər-böhtan demək olar?»

Tağı Əhmədovun həyat yoldaşı ərinin milyonları barədə

MÖVZU İLƏ ƏLAQƏLİ

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun Bakı Metropoliteninin keçmiş rəisi Tağı Əhmədov haqqında səsləndirdiyi iddialara həyat yoldaşı Salatın Əhmədova aydınlıq gətirib.

S.Əhmədova AzVision.az-a açıqlamasında bildirib ki, həbsdə olan generalın Tağı Əhmədovun xaricdə mülklərinin və milyonlarla dollar dəyərində sərvətinin olması haqda məhkəmədə səsləndirdiyi fikirlər şər-böhtandır.

«Bütün bu məlumatlar yalandır və həqiqəti əks etdirmir. Nə qədər şər-böhtan demək olar?», - deyə S.Əhmədova vurğulayıb.

Qeyd edək ki, A.Çovdarov məhkəmədə ifadəsi zamanı T.Əhmədovla bağlı sensasion fikirlər səsləndirib. O, bildirib ki, T.Əhmədov vəzifədə olduğu vaxt qeyri-qanuni yollarla dəyəri milyonlarla dollar olan varidat əldə edib. Çovdarovun sözlərinə görə, keçmiş metro rəisinin ölkə daxilində və xaricdə mülkləri, obyektləri var.