vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
MƏHKƏMƏ, İSTİNTAQ  
14:11 | 6 avqust 2014 | Çərşənbə Məqaləyə 3434 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Ay əclaf qadın...»

Müəllimlərin adına kredit götürən məktəb direktoru İradə Murğuzovanın məhkəməsi olacaq

JALƏ

MÖVZU İLƏ ƏLAQƏLİ

MÖVZUYA AİD VİDEO

  • Məktəb direktoru pul aldığını təsdiqlədi

Avqustun 15-də Xətai Rayon Məhkəməsində hakim Fuad Məmmədovun sədrliyi ilə Bakı şəhəri, Xətai rayonu, 171 saylı orta məktəbin müəlliməsi Mədinə Tağıyevanın həmin təhsil müəssisəsinin direktoru İradə Murğuzovaya qarşı iddiasına baxılacaq.

Bu barədə virtualaz.org saytına hüquq müdafiəçisi Teymur Rza məlumat verib.

Hüquq müdafiəçisi dedi ki, M.Tağıyeva məktəb direktorunun Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cəzalandırılmasını tələb edir. Bundan əlavə, müəllimə direktordan 10 min manat təzminat istəyir.

T.Rza onu da qeyd etdi ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi keçən dərs ili müddətində direktor tərəfindən M.Tağıyevaya verilmiş 5 töhməti dərhal ləğv edib: «Müəlliməyə İradə Murğuzovanın verdiyi töhmətlərin ləğv edilməsinə dair sənəd verilib. Belə çıxır ki, direktor müəlliməyə qarşı qərəzli olub və onu gərginlikdə saxlamaq üçün əsassız töhmətlər verib».

Xatırladaq ki, müəllimələrin adına kredit götürərək pulu onlara ödətdirən direktor tabeliyində olan müəllimə ilə bağlı «Ay əclaf, ay əclaf qadın... Mədinə məktəbimdə ən savadsız müəllimdir. Onu məktəbdə 7 ildir necə yola verirəm, bunu bir Allah bilir. Onun kimi vicdansız bazar arvadı yoxdur. Mədinə Tağıyeva müəllim adına ləkə gətirir. Bir Mədinənin xarici görkəminə baxın, görün elə də müəllim olar? Uşaqları zəifdir, özü tərbiyəsizdir» - deyə təhqiramiz formada açıqlama verib.

Mədinə Tağıyeva isə direktor haqqında belə demişdi: «Direktorun dediyi pulu yığa bilmədim, ona görə də sinfimi bağlatdırdı. Uşaqlarımı pərən-pərən saldı. Elə o vaxtdan məndən əl çəkmir. İclaslara getmirəm, mənə töhmət yazıb vurur divara. Uşaqlar da həmin töhmətin şəkilini divardan çəkərək məni və digər töhmət almış müəllimləri şantaj edir. Bütün bu şəkillər uşaqların mobil telefonundadır. Töhmət alan müəllimin uşağa söz deməyə ixtiyarı yoxdur. Şagirdə söz deyən kimi telefonuna çəkdiyini göstərərək şantaj edir ki, sizə töhmət verilib».