Rzaquliyeva Murğuzovanın güdazına gedib?
Adı kredit qalmaqalında hallandırılanla yanaşı keçmiş müdirəyə yaxınlığı ilə seçilən 14 məktəb direktoru da işdən çıxarılıb
JALƏ
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Məktəblərdə istilik yoxdur
Sovetdənqalma 15 noyabr qərarı niyə ləğv olunmur?
-
1-ci sinfə qəbul qaydalar dəyişdi
Sənəd qəbulu ilə bağlı ən çox verilən 5 suala cavab
-
Məktəblərdə informatika fənni niyə qadağan olunub?
Orta məktəblərdə həftəlik dərsləri 30 saat olan təmayüllü siniflər yaradılacaq
-
Şagird qəbulunun ilk mərhələsi yekunlaşdı
Bu il 44000-dən çox uşaq 1-ci sinifə gedəcək?
-
Bu gün «Son zəng» çalınır
19 525 şagird məktəblə vidalaşır
-
Sabahdan qəbul başlayır
Birinci sinfə seçimlərdə yenilik var
-
Nazirdən sərt əmrlər
26 direktor işdən çıxarıldı, 79-na xəbərdarlıq olundu
-
3000 müəllimin maaşı artırıla bilər
Məhəbbət Vəliyeva: «Bununla bağlı iş aparılır»
-
«Narazılıqlar buradan qaynaqlanır»
Məhəbbət Vəliyeva: «Şagirdlərə qarşı kobud hərəkət edən müəllimlər cəzalandırılacaq»
-
Kredit rüsvayçılığı daha bir məmuru «bitirdi»
Banklara təqdim edilən arayışları müəllimlərə verən mühasib işdən çıxarıldı
-
Nazirdən müvəqqəti təyinat
TN-dən Nailə Razquliyevayla bağlı daha bir açıqlama gəldi
-
«Nailə Rzaquliyeva işdən özü çıxıb»
Nazirlikdən BŞTİ müdirinin istefası ilə bağlı açıqlama
-
Nazirlikdə növbəti islahat
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəisi Nailə Rzaquliyeva işdən çıxarıldı
-
Murğuzova elçi göndərib
Müəllimlərin adına kredit götürən direktor şikayət ərizəsini geri götürməyi xahiş edib, əvəzində daha iki iddiayla üzləşib
-
«Ay əclaf qadın...»
Müəllimlərin adına kredit götürən məktəb direktoru İradə Murğuzovanın məhkəməsi olacaq
-
Başqa cinayətləri də üzə çıxan direktor məhkəməyə verildi
Murquzova müəllimlərə təkcə məktəb deyil, hətta bağça adından və şişirdilmiş maaşlarla arayış verib
Təhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Nailə Rzaquliyevanın işdən çıxarılması ilə bağlı açıqlama yayıb. Nazirlikdən virtualaz.org saytına verilən məlumatda deyilir ki, N.Rzaquliyeva pensiya yaşının çatması ilə əlaqədar tutduğu vəzifədən azad edilib.
1974-cü ildə Azərbaycan Dillər Universitetini ingilis dili müəllimi ixtisası üzrə bitirən Nailə Rzaquliyeva əmək fəaliyyətinə 23 nömrəli məktəbdə başlayıb. Burada ingilis dili müəllimi və məktəb direktoru işləyib. O, uzun illərdi idarə rəisi vəzifəsində çalışırdı.
Qeyd edək ki, bir neçə gün əvvəl 14 məktəb direktoru da vəzifəsindən kənarlaşdırılmışdı. Onların arasında N.Rzaquliyevaya yaxınlığı ilə seçilənlər də var.
Adı kredit qalmaqalında hallandırılan Xətai rayonundakı 171 saylı məktəbin direktoru İradə Murquzovanın da vəzifədən kənarlaşdırıldığı bildirilsə də, Təhsil Nazirliyi və idarədən bununla bağlı açıqlama vermək istəməyiblər.
Virtualaz.org saytının İ.Murquzovanın işdən çıxarılması xəbəri ilə bağlı sorğusuna Bakı Şəhəri üzrə Təhsil İdarəsindən «hazırda faktla bağlı araşdırma gedir, araşdırmadan sonra ictimaiyyət məlumatlandırılacaq» cavabı verilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini icra edəcək şəxs məlum olub. Təhsil Nazirliyindən APA-nın sorğusuna verilən cavabda qeyd olunub ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinə yeni müdir təyin olunanadək bu vəzifə I müavin vəzifəsini icra edən Elnur Əliyevə həvalə olunub.
Bir neçə saat əvvəl isə BŞTİ-dən AzNews.az-ın sorğusuna cavab olaraq bildirilibmiş ki, BŞTİ-nin müdiri vəzifənin icrası müvəqqəti olaraq Məmmədəli Kəsəmənliyə tapşırılıb.