vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 3 aprel 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
ELM-TƏHSİL, DİN  
Nazirdən müvəqqəti təyinat 12:10 | 28 avqust 2014 | Cümə axşamı Məqaləyə 2932 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Nazirdən müvəqqəti təyinat

TN-dən Nailə Razquliyevayla bağlı daha bir açıqlama gəldi

MÖVZU İLƏ ƏLAQƏLİ

Dünən işdən azad olunan Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəisi Nailə Razquliyevanın yerinə təyinat olub. Təhsil naziri Mikayıl Cabbarov bu posta İdarənin rəis müavini vəzifəsində çalışan Məmmədəli Kəsəmənlini layiq bilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə Əlaqələr sektorundan AzNews.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Məmmədəli Kəsəmənlinin rəis vəzifəsinə rəsmi təyinatı yoxdur, lakin bu vəzifənin icrası müvəqqəti olaraq ona tapşırılıb.

Xatırladaq ki, xeyli müddət idi ki, bu vəzifəni icra edən Nailə Rzaquliyeva dünən təhsil naziri Mikayıl Cabbarovun əmri ilə vəzifəsindən azad olunub. N.Rzaquliyeva mətbuata açıqlamasında öz ərizəsi ilə işdən getdiyi və bundan sonra heç bir vəzifədə çalışmaq istəmədiyini deyib.