
Pedaqoji kadrlar hansı yolla seçilir?
Müəllimləri imtahan etməkdən öncə öyrətmək lazımdır
Müəllimləri imtahan etməkdən öncə öyrətmək lazımdır
Biznes və cəmiyyət üçün proqnozlar qurula biləcək məqamlar yetərli görünmür
Uşaq yaradıcılıq müsabiqəsi
Təhsil Nazirliyinin rəsmisi müəllimlərin imtahanındakı texniki problemlərdən danışıb
Görün 300-500 manat ödəmədən uşağınızı bağçaya qoya bilirsinizmi?
Mikayıl Cabbarov vergidən yayınan biznesmenlərə mesaj verdi: “Çünki qanun var”
Prezident sərəncam imzaladı
Sənəd qəbulu ilə bağlı ən çox verilən 5 suala cavab
Təhsil işçilərinə üçün binanın tikintisinə start verildi
Mikayıl Cabbarov köhnə komandasını özü ilə apardı
Fazil Məmmədovun ətrafında yeni hadisələr başlayıb...
Sabiq nazirin vəzifədə olarkən yağmaladığı mal-mülkü geri alınır, ata yurdundakı 100 hektar torpağına əl qoyuldu
Fazil Məmmədov niyə Mikayıl Cabbarovla əvəzləndi?
Böyük məbləğdə vəsaitin gizli şəkildə ofşorlara çıxarılmasında Xaləddin İsgəndərovun da adı hallanır
Birinci vitse-prezidentin köməkçisinin Təhsil Nazirliyinin rəhbərliyinə gətirildiyi deyilir
«Onun imza atdığı islahatlar Azərbaycan təhsilinin simasını deyişdi»
Hazırda Azərbaycanda təhsil alan doktorantların əksəriyyəti humanitar, sosial və iqtisadiyyat sahələrinin payına düşür. Lakin milli iqtisadiyyatımızın prioritetləri texnoloji, texniki, təbiət və kənd təsərrüfatı üzrə alimlərin hazırlanmasına xüsusi diqqətin yetirilməsini tələb edir.
Bunu təhsil naziri Mikayıl Cabbarov doktorantların və gənc tədqiqatçıların XXI respublika elmi konfransında çıxışı zamanı deyib.
Nazir qeyd edib ki, ölkədə elmi kadrların yetişdirilməsində xaricdə təhsil proqramının mühüm rolu olub.
«2017-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət proqramı» çərçivəsində ayrılan 3558 təqaüddən 63 faizi magistratura və doktorantura pilləsi üzrə təhsil almağa yönəldilib: «Bu, o deməkdir ki, həmin gənclər Azərbaycanda elm və təhsilin inkişafına öz töhfələrini verəcəklər».
M.Cabbarov əlavə edib ki, ikinci Dövlət proqramının həyata keçirilməsi Azərbaycan universitetlərinin bazasında olmalıdır: «Başqa sözlə, biz dövlətin resurslarını tələbələrin magistratura və doktorantura pilləsi üzrə təhsillərini xarici ölkələrdə deyil, məhz bunun üçün müvafiq elmi və kadr potensialı olan yerli ali təhsil müəssisələrinin bazasında həyata keçirməliyik. Magistr və doktorantların ümumi təqaüdlər sayındakı 63 faiz göstəricisinin daha yüksək, yəni 85-90 faiz olacağını gözləyirik. Hazırda bu istiqamətdə hökumətdaxili müzakirələr davam edir. Hesab edirik ki, müxtəlif sahələr üzrə elmi kadr hazırlığının artırılmasına xüsusi diqqət yetirməliyik».