Əzazil nazirin rəzil sonu
Fazil Məmmədovun ətrafında yeni hadisələr başlayıb...
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Aksiz markaların sifarişi və ...
Prezident Maliyyə Nazirliyinin bir neçə səlahiyyətini Vergilər Nazirliyinə verdi
-
2 nazirlik birlikdə nəyi müzakirə edib?
“Sənəd tezliklə qəbul olunacaq”
-
“Bulanıq suda balıq tutmaq zamanı bitib”
Topdansatıcılar, marketlər və klinikaların gizlətdiyi dodaq uçuqladan vergi məbləği - 1.3 milyard
-
Onları Tanrının ümidinə buraxaq?
1000-2000 manat gəliri olan sahibkarın pulundan 15-20 manat yoxsulun maaşına əlavə etmək ədalətlidir
-
“Yoxlamalara ehtiyac qalmayacaq”
“ƏDV-nin qaytarılması yeni nəsil kassalar quraşdırılan yerdə mümkün olacaq”
-
Sadələşdirilmiş vergi niyə sıradan çıxarılır?
Topdansatış ticarətin siyahıdan çıxarılması müsbət qiymətləndirilməlidir
-
Ali Məhkəmə qanunsuzluğa qarşı
Apellyasiya məhkəməsinin əsassız qərarı bir daha ləğv edildi
-
Yeni məcəllədə yeniliklər ...
Səyyar vergi yoxlaması ilə bağlı nələr dəyişəcək?
-
DSMF ödənişlərində fərq olacaq
Yeni “Vergi Məcəlləsi”nə sözardı
-
Vergilər Nazirliyindən 14 nəfər qovuldu
Sahibkarlara divan tutan vergi məmuru da...
-
“Nə vaxtsa qarşılaşacağıq”
Mikayıl Cabbarov vergidən yayınan biznesmenlərə mesaj verdi: “Çünki qanun var”
-
Nazir yeni departament yaratdı
Vergilər Nazirliyi idxalçıların qanunvericiliyə əməl olunmasında və vergi ödənilməsində yanlışlıq istəmir
-
Nağdlaşdırma vergisi qanunsuzdur
Məhkəmə ölkə tarixində misilsiz addım atdı
-
Vergi nazirinin hədəfləri
Korrupsiyanı aradan qaldırmaq üçün nələr ediləcək...?
-
Eks nazirin yeznəsinin Türkiyədə biznesi ortaya çıxdı
Fazil Məmmədov və komandasının ölkə xaricindəki böyük əmlakları siyahıya alınır
-
Milyonluq «Mixaylovka əməliyyatı»
Binəqədinin icra başçısı Xaləddin İsgəndərov Bakıdan yığdıqlarını rayonda necə əmlaka çevirib...
Dekabrın 5-də vergilər naziri vəzifəsindən uzaqlaşdırılan Fazil Məmmədovun ətrafında qalmaqallı proseslər davam edir. Sabiq nazirin səhhətində yaranan problemə görə vəzifəsindən çıxarıldığı deyilsə də, onunla bağlı ciddi araşdırmaların başladıldığı barədə məlumatlar başqa mətləblərdən xəbər verir
Əldə etdiyimiz bu məlumatlarda Şəmkir rayonunda inşa edilmiş «Şəmkir Aqropark» Logistika Mərkəzinin Fazil Məmmədovun korrupsiya şəbəkəsinin bir qolu olduğu bildirilir. Qeyd edilir ki, həmin kompleksin tikintisini kurasiya edənlər Fazil Məmmədovun birbaşa yaxın adamları olan Şəmkirin hazırkı icra başçısı Alimpaşa Məmmədov və Fazil Məmmədovun müşaviri işləmiş Qüdrət Seyfullayevdir.
İddialara görə, «Şəmkir Aqropark» kompleksinin inşasından tutmuş fəaliyyətinə qədər bütün dövrləri əhatə edən iri maliyyə mənimsəmələri həyata keçirilib. Bu prosesin Fazil Məmmədovun havadarılığı altında gerçəkləşdiyi söylənilir.
Kompleksdə olan soyuducu anbarların qurulmasında mənimsənilən vəsaitin milyonlarla manatla ölçüldüyü vurğulanır. O da qeyd olunur ki, soyuducu anbarları quran xarici şirkətin xidmət müqabilində veriləcək pulu hələ də ödənilməyib. Nəticədə kompleksin daxil olduğu ofşor holdinq Avropa məhkəməsinə verilib.
Məlumata görə, Qüdrət Seyfullayev «Şəmkir Aqropark»ın direktoru işlədiyi müddətdə müxtəlif adlar altında minlərlə ton meyvə və tərəvəz alınaraq qəsdən korlanıb, yararsız məhsul kimi silinib. Məqsəd ayrılan pulların yeyintisini ört-basdır etmək olub.
«Şəmkir Aqropark» kompleksində istehsal sahəsində baş verən bəzi hadisələrin ört-basdır edilməsində, milyonlarla manat vəsaitin sovrulmasında və mənimsənilməsində kompleksin digər rəhbər şəxslərinin də adı keçir. Bu səbəbdən də Qüdrət Seyfullayevin müavinləri işləmiş şəxslərin də mənimsəmə və israf etmə maddələri ilə cinayət məsuliyyətinə cəlb oluna biləcəyi iddia olunur.
Modern.az-a verilən digər məlumata görə, hazırda Şəmkir rayonunda Fazil Məmmədova görə ciddi yoxlamalar aparılır. O da bildirilir ki, Fazil Məmmədovun kurasiyasında olmuş «Synerjy Group», «Ata Holdinq», «XX əsr» şirkətlərini yoxlayırlar.
Hətta sabiq nazirin Şəmkir şəhər icra nümayəndəsi işləyən yeznəsinin də artıq işdən çıxarıldığı bildirilir...