vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 8 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
AVROPA  
10:29 | 16 iyul 2014 | Çərşənbə Məqaləyə 1447 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ofisiant milyonçu oldu

İki türkün pulunu məhkəmə böldü

MÖVZU İLƏ ƏLAQƏLİ

Böyük Britaniyanın York şəhərindəki «Kapdokiya» türk restoranında xörəkpaylayan işləyən türkiyəli Fatih Ozan qəribə yuxu görüb. ANS PRESS-in məlumatına görə, o, yuxuda görüb ki, restoranın sahibi ilə üz-üzə durub və əllərində çox miqdarda pul tutub. Yuxudan ayılan Fatih belə qərara gəlir ki, ona lotereyada udacağı əyan olub.

Təcili bilet almaq qərarına gəlib. Fatih «Millionaire Raffle» lotoreyasını almaq fikrinə düşüb. Amma tam bilet almağa pulu çatmayıb. Pulun qalan hissəsini - 4,5 funtu (8 dollar) restoranın sahibi Həyatidən alıb. O, restoran sahibinə üç saat yalvarıb ki, 4,5 funt verib lotereyaya ortaq olsun. Yuxunu eşidən restoran sahibi ona pul verib. Yuxu çin çıxıb və lotoreya 1 milyon funt sterlinq (1,7 milyon dollar) udub.

Amma restoran sahibi bildirib ki, bilet də, uduş da ona məxsusdur və bileti xörəkpaylayanın əlindən alıb. Xörəkpaylayan məhkəməyə müraciət edib. Məhkəmə uduşu yarı bölüb.