vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Dil uğrunda mübarizə millətin son - ölməmək mübarizəsidir»

Əbülfəz Elçibəy (1938 - 2000)
MÜƏLLİF  
12:54 | 2 iyun 2012 | Şənbə Məqaləyə 2917 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Özgə yolları»

Səbinə ƏVƏZQIZI

MÖVZU İLƏ ƏLAQƏLİ

“Eurovision” müddətində Bakı əməlli-başlı sınaqdan çıxdı. Məlum oldu ki, bizim yollar o qədər də dar, saatlarla tıxac yaradacaq səviyyədə əlverişsiz deyil.

Yollarımız saatlarla boş-boş dayanan avtomobillərdən təmizlənəndə, günlərlə təmir üçün bağlanmayanda biz də normal qaydada, vaxtında işə gedib-gələ, xəstəmizi həkimə, uşağımızı məktəbə çatdıra bilirik. Məlum oldu ki, əslində, problem şəhərdə yox, bizdədir. 
Yol mədəniyyətdir deyirlər. İndi bizdə yol var, amma keçməyə macal yoxdur. Belə olduğu halda, biz mədəniyik, ya yox? Mədəni olmaq üçün də beynəlxalq səviyyədə tədbirlər, yuxarıdan göstərişmi lazımdır?  Özümüzə qalanda, ən bahalı yollar olsa belə, bu yollar mədəniyyət gətirə bilmir. Yenə də “bərkgedən qaqaş” dayanır təcili yardım maşının önündə ki, əsas mənəm, sən tələsmə, yol təmirçiləri gecələri, istirahət günləri yatıb, səhər iş başlayanda düşürlər yolların canına...
Mən heç cür anlaya bilmirəm ki, biz bu yolları özümüz üçün tikmişik, yoxsa özgəyə? Niyə özgələr gələndə yol yola oxşayır, bizə qalanda cəhənnəmə? İndi küçələrin kənarında qalaqlanan maşınları yol polisi görməz oldu? Əksinə, harada insanların daha çox avtomobilə ehtiyacı varsa, məhz oradan maşınlar tez-tələsik yığılır.
Məsələn, xəstəxanaların önündən. Səməd Vurğun küçəsində yerləşən Onkoloji xəstəxanaya demək olar ki, həyatdan əllərini üzmüş, yaşadıqları hər günü qənimət bilən insanlar gedirlər. Maşını saxlayıb içəri keçən kimi, gəlib aparırlar, hansı ki, orada qətiyyən tıxac yaranmır. Nədənsə ticarət mərkəzlərinin, iaşə müəssisələrinin, biznes-mərkəzlərinin qarşısında dayanan avtomobillərə bu qədər həssas yanaşmırlar. Hətta tıxac yaratsalar belə.
Hələlik, yeganə təskinlik odur ki, qonaq-qara yanında biabır olmadıq, bəs öz qarşımızda necə?

   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)