«Axı, sənə nə?»
Qız toyunun ayrıca keçirilməsinə söz ardı
Səbinə ƏVƏZQIZI
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Toy günü kabusa döndü
Məclisdəki 80 nəfər eyni anda yerə yıxılıb
-
Təzə sıxılmış “Yuppi”
...Yaxud salfet istəyəndə qanı qaralan ofisiant
-
Toylar daha sadələşib
Qızıl bazarında vəziyyət necədir?
-
Şadlıq saraylarında da bahalıq
Qiymətlər qaldırıldı
-
Elin tərəzisi ...
... Yaxud ölçünün və ölçmənin dəqiq meyarı...
-
Bakıda yeni hotel və restoran açıldı
Teatrda qalanlara “Tavadan” pulsuz səhər yeməyi verəcək
-
Maşın-maşın cehizi var ...
Cehiz aparan qızın atası borcda, cehizsiz qız isə qayınana hədəfində - ailələri çökdürən səbəb
-
Müğənnilərin toy qiymətləri
Restoranlarla sövdələşmə daha ucuz başa gəlir
-
Ofisiantları aşpazlardan hörmətli edən adət…
Bəxşiş vermək adəti haradan yaranıb və biz bunu niyə veririk?
-
Şadlıq evlərinə «sürpriz»
Müəllif Hüquqları Agentliyi: «Müəllif qonorarını müğənnilər yox, məhz şadlıq sarayının, restoranın hüquqi sahibi ödəməlidir»
-
Toyxana sahiblərinə «toy tutacaqlar»...
Azərbaycanda repertuardan yayınan və müəllif qonorar ödənməyən musiqi və şeirə görə 50 min manat cərimə və icbari cəza
-
Xına yaxmağın ağırlığı
Azərbaycanda «Hanna Party»: hətta göbək rəqsi, müğənnilər, hədsiz dəbdəbə...
-
«Qudam, ay qudam»
Məmur qohumluğunun təhlükəsi
-
Yük motoskileti ilə gəlin apardı
Türkiyəli bəylə azərbaycanlı gəlinin orijinal evliliyi
-
Skleroz dostum
«A kişi, bəsdi daa, yeyib içmisən, nuş canın olsun, icazə ver, bir az da biz içək!»
-
Şadlıq saraylarının may kabusu başlayır
Restoran sahibləri bundan da çıxış yolu tapıblar
Bərdə rayonunda təkcə bir restoran toy-nişanla bağlı 11 behi geri qaytarıb. Behlərin əksəriyyəti qız toyları üçün alınıbmış. Bu da təzə xəbərdi... Bərdəlilərdən almışıq. Əmrə görə, ayrıca qız toyu etmək olmaz!
Səlahiyyətli şəxslər (nədənsə, heç vaxt bu adamların adı konkret çəkilmir) restoran sahiblərinə tapşırıblar ki, bir daha kimsə gəlib orada nişan, sünnət və qız toyu edə bilməz. Və onlar bu cür sifarişlər alarlarsa... Yalnız böyük toy ola bilər, vəssalam. Soruşmaq istəyirəm (heç bilmirəm üzümü hara tutum ey) axı niyə? Bu önəmli səlahiyyəti həmin şəxslər haradan alıb görəsən? Heç dəxli var?
Uzağa getməyək, elə böyrümüzdəcə, Bakının bəzi kəndlərində qadın toyu ilə kişi toyu ayrıca olur. Qadın toylarında müğənnilərdən tutmuş qulluq edənlərə kimi hamısı zənən xeylağıdı. İndi belə çıxır ki, ta bundan sonra həmin kəndəki qadınlar heç bir toyda iştirak edə bilməyəcəklər. Çünki onların kişi toyunda iştirakı yasaqdır. Əcəb işə düşdük...
Qız toylarına bizim yerlərdə başqa ad qoymuşdular - «Parça biçdi». Bunları yazdıqca beynimdə uşaqlığımdan maraqlı anlar canlanır - neçə-neçə sinilərdə gəlin üçün alınmış hədiyyələrdən xonça bağlanardı. Xonçaların əksəriyyətində isə müxtəlif parçalar olardı. «Parça biçdi»nin ən önəmli anı isə hər hansı bir xonçadan bir parça çıxarılar və əsas rolda olan qadınlarda biri də qayçı ilə bu parçalardan birini kəsərdi. Və bununla da hesab olunardı ki, artıq bu qızın «parçası biçilib». Əslində bunun nə anlama gəldiyini bilmirəm. Nə o zaman - əsas roldakı qadına altdan yuxarı mat-mat baxdığım uşaqlıq illərində, nə də ki elə indi. Bəlkə də bu «parça kəsmə» törəni bəzilərinizə əhəmiyyətsiz iş kimi görsənə bilər. Amma guya ətrafımızda baş verən hər şey əhəmiyyətli və mənalıdır? Ad günlərimizdə tortun üstünə şam qoyub üfləyirik, sonra ilk kəsiyi yubilyara veririk. Bəs bunun mənası nədir? Kimsə izah edə bilər?
Köhnədən qız toylarında bir adət var idi ki, onu qətiyyən bəyənmirdim. Bütün xonçalar açılardı və gəlinə alınan bütün hədiyyələr, hətta alt paltarları belə ayrı-ayrılıqda toya gələn qadınlara acıq verərmiş kimi nümayiş etdirilərdi. Zaman özü bu pis adəti sıradan çıxardı. Daha hansısa vəzifəli şəxsin xüsusi səlahiyyətlərinə ehtiyac qalmadı.
Kimlərsə mənə irad tuta bilər ki, əgər bir cütlük evlənirsə, bunu elə bircə toyla yekunlaşdırsınlar da, daha bir nişan, iki toya nə ehtiyac var? İradı haqlı hesab etmək olar. Amma bu sualla kimə müraciət edə bilərsən ki? Deməzmi SƏNƏ NƏ?
Qız toylarının özünəməxsusluğu budur ki, həmin toyda qız evi, əsasən də xanımlar özlərini kifayət qədər sərbəst, ev sahibi kimi hesab edirlər. Axı oğlan toyunda onların bu imkanları olmur. Əslində belə xırda detalları çox sadalamaq olar. Məncə, biz əsas «SƏNƏ NƏ?» sualının üzərində dayanmalıyıq. Mən qızıma toy edirəm, ya oğluma, belə baxanda lap qonşuma... AXI SƏNƏ NƏ? Şadlıq evləri, adından göründüyü kimi, şadlıq üçündür, sən ora nə ixtiyarla qadağa qoya bilərsən ki, qız üçün ayrıca toy olmasın?..
Amma yaxşıca başımızı qatıblar bu toy məsələsi ilə. Ölkənin yarısı #toylarayoxdeyək, digər yarısı #toylarahədeyək haştagı yaratmaqla məşğuldur. Hansı ki, qarşıdan bələdiyyə seçkisi gəlir və düz-əməlli bələdiyyəsi olmaması üzündən nə qədər problem yaşayan ölkə vətəndaşının heç vecinə də deyil. Son illərdə nə qədər «moşennik» bələdiyyə işçisi ilə rastlaşdıq. Bakının yarısını dədələrinin malı kimi satıb, qurtarıblar. Camaatın pulunun altından girib, üstündən çıxıblar. İndi bu camaat «pulu-zadı» unudub ey... Düşüb bu qız toyu, oğlan toyunun dalınca. Çox maraqlı zatlarıq... Əksəriyyəti heç bilmir ki, iki aydan sonra seçkidir və bu prosesin nəticəsinin onun həyatına birbaşa dəxli var. Bu mövzu ona görə onun diqqətini çəkmir ki, populyar deyil. Axı bizlər ölürük populyarlıq üçün. Ta bunu oxuyub mənə deməyin ki, bəs sən niyə hazırda dəbdə olan toy mövzusundan yazırsan? Vallah, xəbəri eşidəndən necə hirsləndimsə, çoxdan bəri dayandırdığım «Deməli belə...» rubrikamı bərpa etdim. Hirslənən kimi yazacam...
P.S. Bu yazının müəllifinin ayrıca qız toyu olmayıb. Evliliyini yeganə toyla qeyd ediblər.