
Həftədə 48 saatlıq iş
Hökumət sərbəst iş qrafiki ilə yanaşı iş müddətini artırmağı düşünür
Hökumət sərbəst iş qrafiki ilə yanaşı iş müddətini artırmağı düşünür
Almaniya parlamentinin deputatının toxunulmazlığı qaldırıldı
Sağlamlıq riski daşıyan məhsul mağazalardan yığılır
Hansılar təhlükəsiz, hansıları risklidir?
55 min iş məhkəmə tarixini gözləyir
Yerli ziyarətçi sayı artıb, əcnəbilərdə isə azalma var
Fransada hökumət saxta evliliklərə qarşı hərəkətə keçdi
555 minə alınan 10 hektarlıq ərazi 3 milyon funt-sterlinqə satılır
Hava limanlarında tətillər, sığorta problemləri, kadr böhranı və gecikmələr sistemi iflic edir
Uçuş gecikmələri və ləğvlər nəyi göstərir?
Leipzigə məcburi eniş
Merz və Tramp Ağ Evdə bir-birlərinə nə hədiyyə etdilər?
100 nəfərlik ziyafətin orta qiyməti 20 000 avroya çatır
“Pom-Bär” məhsulları geri çağırılıb
Məclisdəki 80 nəfər eyni anda yerə yıxılıb
Almaniyanın məşhur qəzeti Ərdoğanı göylərə qaldırdı ...
Almaniyanın Bavariya əyalətinin Donau-Ries rayonundakı restoranlardan birində keçirilən toy mərasimi qonaqlar üçün unudulmaz qanqaraçılığa çevrilib. Tədbirdə iştirak edən təxminən 150 nəfər Norovirus səbəbiylə mədə-bağırsaq infeksiyasına yoluxub.
***
Səlahiyyətlilərin bildirdiyinə görə, həmin gün restoranda təkcə toy deyil, həm də digər tədbirlər də keçirilib. Ümumilikdə 196 nəfərin virusla təmasda olduğu bildirilərkən, 144 nəfərdə ishal və qusma kimi simptomlar müşahidə edilib. Laboratoriya nəticələri indiyədək yeddi nəfərdə Norovirus infeksiyasını təsdiqləyib. Xəstəxanaya aparılan bir nəfər qısa müddət sonra evə buraxılıb.
***
Sağlamlıq qrupları virusun mənbəyini müəyyən etmək üçün restorandan götürülmüş qida nümunələrini laboratoriyaya göndərib. Hələ qəti nəticələr əldə edilməsə də, ilkin təhlillər virusun qonaqlardan biri vasitəsilə ətraf mühitə keçə biləcəyi ehtimalına diqqət yetirir.
***
Normalda payız-qış aylarında rast gəlinən norovirus hadisələrinin may ayında ortaya çıxması mütəxəssislərin diqqətini çəkib. Virus uşaq bağçaları, məktəblər və qocalar evləri kimi izdihamlı mühitlərdə asanlıqla yayıla bilir. Əl təması və ya çirklənmiş səthlər virusun ötürülməsində mühüm rol oynayır. Xüsusilə uşaqlar və yaşlılar üçün təhlükəli ola bilən infeksiya infeksiyadan sonra 6 saat-2 gün ərzində əlamətlərlə özünü göstərir və bu dövrdə xəstələr çox yoluxucu olurlar. Həmçinin bildirilir ki, sağalmış şəxslər daha iki həftə ərzində virusu yaya bilər.