
Qızıl yeni rekorda yüksəldi
ABŞ rəhbərliyində anlaşmazlıq qiymətli metalı günbəgün bahalaşdırdı
ABŞ rəhbərliyində anlaşmazlıq qiymətli metalı günbəgün bahalaşdırdı
“ABŞ hökumətinin qapanması” və FED-in qərarsızlığı birjaları narahat edir
Kripto bazarı son günlər itirdiklərini qaytarır
Dolların dəyər itirməsi qızılı yenidən rekord səviyyəyə çatdırdı
Qiymətli metal rekord təzələdi
Qlobal bazarlarda göstəriciləri gözləyir
Qiymətli metal ardıcıl 6-cı həftəlik qalibiyyətinə yaxınlaşır
FED sədri riskə işarə edir
Qiymətli metal zirvənin ətrafında ticarət olunur
Qiymətli metal 45 illik zirvəni fəth edib
Mərkəzi Bank ehtiyatlarını aktivlərinin 30%-inə yüksəldəcək
Qiymətli metal ABŞ-da açıqlanacaq inflyasiya göstəricisini gözləyir
Növbədə inflyasiya məlumatları var
Qısa müddətli korelasiya neqativə döndü
Qiymətlər FED faiz endirim gözləntiləri ilə tarixi zirvəyə yaxındır
Bu gün və sabah açıqlanacaq məlumatlar gələcəyi müəyyən edəcək
Azərbaycanın qızıl və zinət əşyaları bazarında vəziyyət stabilləşib. Bunu Azərbaycan Zərgərlər Assosiasiyasının sədri Toğrul Abbasquliyev deyib. Onun sözlərinə görə, Məhərrəm və Səfər aylarında şənlik mərasimlərinin keçirilməməsi Azərbaycanda qızıl və zinət əşyaları bazarına mənfi təsir etmişdi.
“Yeni il qabağı istehsalçılar da mal ehtiyatlarını artırmağa çalışırlar. Ümumi olaraq hazırda qızıl və zinət əşyaları bazarındakı vəziyyəti müsbət qiymətləndirmək olar. Qiymətlərdə bahalaşma qeydə alınmayıb. Hər bayram ərəfəsində qızıl və zinət əşyalarına tələbat artır. Ancaq tələbatın artması qiymətləri bahalaşdırmır. Ölkəmizdə vətəndaşlar əsasən yerli istehsal olan qızıl və zinət əşyalarına üstünlük verir. Daha sonrakı yerlərdə isə Türkiyə, İtaliya, Birləşmiş Ərəb Əmirliklərində istehsal olunan qızıllar gəlir”.
T.Abbasquliyev bildirib ki, Azərbaycanda zərgərlik bazarının 75 faizi toy-nişan mərasimləri hesabına formalaşır.
“Pandemiyadan sonra toylar daha sadə keçirilməyə başlanıb. Bu da zərgərlik bazarına müəyyən qədər mənfi təsir göstərir”, – deyə o, qeyd edib. (Trend.az)