vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
REGİON  
17:48 | 21 iyul 2014 | Bazar ertəsi Məqaləyə 1627 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ermənistanın qapı dalında qalmasının sirri

Ter-Petrosyan: «Sərkisyan Qarabağla sərhəddə gömrük postu qoymaq məsələsinin həllinə açar tapa bilmir»

MÖVZU İLƏ ƏLAQƏLİ

Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan «iLur.am» agentliyinə müsahibəsində ölkəsinin Avrasiya İqtisadi İttifaqına qoşulma prosesinin niyə ləngidiyini şərh edib. «Media forum» saytının məlumatına görə, Ter-Petrosyan ittifaqa daxil olmaq müddətinin texniki səbəbdən ləngimədiyini deyib: «Ermənistan tərəfi texniki problemləri çoxdan həll edib. Səbəb heç iqtisadi xarakter də daşımır. Çünki Ermənistanla Qarabağın iqtisadi-ticarət əlaqələrinin cüzi həcmi (20-30 milyon ABŞ dolları) Avrasiya İttifaqının böyük bazarına nə mənfi, nə də müsbət təsir göstərə bilər.

Sualın cavabını siyasi müstəvidə axtarmaq lazımdır. Yəqin ki, Avrasiya İttifaqının qurucuları (Rusiya, Belarus, Qazaxıstan - red.) Ermənistan qarşısında açıq şəkildə Qarabağla sərhəddə gömrük postu qurmaq şərtini qoyublar. Amma Ermənistan hakimiyyəti tələbi yerinə yetirib-yetirməmək seçimi qarşısında qalıb. Hakimiyyət bu və ya digər qərarın ciddi nəticələrinə qiymət vermək məcburiyyətində qalır. Bunu anlamaq üçün böyük ağıl lazım deyil. Əgər tələb yerinə yetirilməsə, Qərblə münasibəti korlanmış Ermənistan boşluqda qalacaq. Tələb yerinə yetirilərsə, Qarabağdakılar özlərini atılmış hesab edəcəklər, qorxu hissləri artacaq, bu, Ermənistanla Qarabağ arasındakı münasibətlərdə gərginliyə səbəb ola bilər. Başqa sözlə, ittifaqa daxil olma prosesinin ləngiməsinin səbəbkarı Rusiya, Qazaxıstan və Belarus yox, Qarabağla sərhəddə gömrük postu qoymaq məsələsinin həllinə açar tapmayan Ermənistandır».

Xatırladaq ki, Ermənistanın himayəsində olan separatçı Dağlıq Qarabağ rejimi həmin bölgəni və Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarını işğal altında saxlayır.