«Putin özünü labirintə salıb»
Tanınmış politoloq Kremlin imperiya ambisiyalarının perspektivlərindən və regionumuzun gələcək taleyində baş verə biləcək mümkün variantlardan danışıb
İsmayıl MƏMMƏDLİ
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“10 əsgər göndərilib”
Pentaqon Şimali Koreyanın Rusiyaya canlı qüvvə ilə dəstək verdiyinə əmindir
-
Vaşinqtondan Kiyevə silah icazəsi çıxmadı ...
... Amma Putinin nüvə təhdidinə daha ağır cavab verildi – kaset bombalar
-
NATO hazırlıqlarına başladı!
Alman ordusu xəbərdarlıq etdi – 3-cü Dünya müharibəsi qapının astanasında
-
78 PUA və 6 raketlə ...
... Rusiyadan Ukraynaya hava zərbəsi
-
Kremldən hədə dolu açıqlama
“Rusiyanın nüvə doktrinasında yeniliklər Qərbə siqnaldır”
-
“Müasir hərbi təhdidlər nəzərə alınacaq”
Putin: “Rusiya və Belarusa qarşı hücum olacağı təqdirdə nüvə silahından istifadə etmək hüququnu özümüzdə saxlayırıq”
-
“Hər dəfə milyard dollarla gedir”
Trampın Ukraynanı qəzəbləndirəcək açıqlaması
-
Terrorçulara rus raketləri
İran Husilərə Rusiyanın “Yakhont” dəniz raketlərinin çatdırılmasında vasitəçilik edir
-
Müharibə qaçılmazdır?
Azərbaycanın hərbi gücünü artırmasının səbəbləri
-
“Məğlubedilməz şeytanı” məğlub oldu
“Satan II” havada partlayıb
-
11 saatdan çox uçub
Rusiya bombardmançıları ABŞ yaxınlığında görülüb
-
“Nüvə fəlakəti qapının astanasındayıq”
“Kubadakı raket böhranından bəri göründüyündən daha böyük risklə üz-üzəyik”
-
Pentaqon qoşun göndərdi
Arktikada ABŞ-Rusiya rəqabəti güclənir
-
Rusiyada şiddətli partlayışlar
Ukrayna nəhəng silah anbarına zərbə vurub
-
Sanksiyalara qarşı əməkdaşlıq
Pezeşkiandan Kremlə çağırış
-
Putin öz “qırmızı xəttini” keçmiş ola bilər
Kreml nüvə sirlərini İranla bölüşməklə Stalin və Xruşşovun etmədyini edib?!
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun və baş nazirin müavini Dmitriy Roqozinin Bakıya səfərindən sonra bir daha təsdiqləndi ki, rəsmi Bakı Qərblə Rusiya arasında balanslaşdırılmış xarici siyasət aparmaqda davam edəcək. Bu səfərlərin müsbət cəhəti ondan ibarət idi ki, yaranmış geosiyasi reallıqlar baxımından beynəlxalq aləmdə rəsmi Bakının bir sıra məsələlərdə Moskvadan fərqli mövqe nümayiş etdirməsinə baxmayaraq, Rusiya hələ də Azərbaycanla ikitərəfli əlaqələrin inkişafında maraqlı olduğunu bəyan etdi. Təbii ki, yaranan bu geosiyasi reallıq Moskvanın bütün əmrlərinə qeyd-şərtsiz «ləbbeyk» deyən Yerevanın ürəyincə deyil.
Sözügedən səfər zamanı rəsmi Bakının Rusiya ilə əməkdaşlığının uğurla davam etdiriləcəyinə müsbət təsir edən bir hadisə də baş verdi. Sergey Lavrov açıq mətnlə bildirdi ki, «qoy Azərbaycan narahat olmasın - Ermənistan Avrasiya təşəbbüslərinə ancaq və ancaq BMT tərəfindən tanınmış sərhədləri çərçivəsində cəlb ediləcək». Rəsmi Bakının bu sahədə narahatçılığını anlayan ekspertlər Lavrovun bu bəyanatını Moskva tərəfindən edilən pozitiv jest kimi dəyərləndirirlər.
Əslində rəsmi Bakının narahatçılığı başa düşülən idi: Yerevanın Avrasiya İqtisadi Birliyinə Azərbaycanın işğal edilmiş torpaqları ilə birgə daxil olması Ermənistana Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllində bir üstünlük verirdi. Avrasiya təşəbbüslərinin təşkilatçıları gözəl bilirdilər ki, işğal edilən ərazilər məhz Yerevandan idarə olunur, hətta qondarma DQR-də erməni valyutası olan dram fəaliyyət göstərir.
Amma təcrübəli diplomat olan Lavrov öz çıxışı ilə rəsmi Bakıya eyham vurdu ki, ruslar Azərbaycanın da avrasiya təşəbbüslərində yaxından iştirakına ancaq sevinərlər. Ekspertlər hesab edirlər ki, Lavrovun Bakı səfəri zamanı bu fikirlərin Moskvada bəzi siyasətçilər tərəfindən səsləndirilməsi də təsadüf deyildi.
Lavrovun Bakı səfəri bitsə də, cavabını gözləyən xeyli suallar qaldı: rəsmi Bakı nə zamana qədər Qərblə Rusiya arasında balanslaşdırılmış siyasət apara biləcək? Moskvadan daha hansı pozitiv jestlər gözləmək olar? Və Avrasiya təşəbbüslərinə qoşulmaq Azərbaycana nə qazandıra bilər, yaxud itkilərimiz nədən ibarət ola bilər?
Bu sualların cavabını «Bizim Yol» əməkdaşı Rusiyanın tanınmış siyasi şərhçisi, tarixçi Sergey Balmasovla birgə axtardı.
- Cənab Balmasov, adama elə gəlir ki, Avrasiya inteqrasiya təşəbbüsləri Kremlə son zamanlar xeyli problemlər yaratmağa başlayıb. Putinin bu layihədəki ən qatı tərəfdarları - Nursultan Nazarbayev və Aleksandr Lukaşenko belə Kreml ağasının təkliflərinə könülsüz və passiv reaksiya verirlər. Sanki Putin tələsir, onlar isə vaxtı uzadırlar...
- Dediklərinizə mən də qoşuluram. Bu təşəbbüslərin baş tutması üçün Ukraynada baş verən hadisələri də unutmaq olmaz. Kremlin Ukraynanı Qərbə buraxmamaq cəhdləri inteqrasiya təşəbbüslərini cəlbedici etməli idi. Amma bu hədəfə nail olmaq üçün seçilən yolun iqtisadiyyat çərçivəsindən çıxması Rusiyanın Avrasiya inteqrasiya proseslərinin əsas lokomotivi kimi digər üzvlər üçün cəlbediciliyini itirməsi ilə nəticələndi ki, bu da müzakirə olunan praktik məsələlərin reallaşmasını ləngitməyə başladı.
Qazaxıstanın hansı mövqe tutacağının indiqatoru kimi, onların martın 27-də BMT Baş Assambleyasında Ukraynanın ərazi bütövlüyü ilə bağlı səsvermədən demonstrativ imtinasını göstərmək olar. Unutmayaq ki, Qazaxıstan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının - Putinin ideyalarının hərbi qanadı sayılan qurumun üzvüdür və onun BMT-də Moskvanı dəstəkləməməsi artıq açıq-aydın siqnal idi.
Nazarbayevin bu məsələdə mövqeyi də maraqlı idi. Faktiki olaraq, Rusiyanın Krım məsələsində mövqeyinə anlayışla yanaşdığını bildirən Nazarbayev daha sonra Ukraynanın daxili işlərinə kənar müdaxiləni pisləyir. O zaman bu, Moskvanın mövqeyinə birbaşa zərbə idi. Yəqin elə ona görə də Con Kerri Ukrayna məsələsində tutduğu mövqeyə görə Qazaxıstan Prezidentinə minnətdarlıq etdi.
Nazarbayevi başa düşmək olar. O, sovet tipli inteqrasiya modelinin yaranmasına ona görə qarşı çıxırdı ki, belə model, daha güclü liderin varlığında ona öz ölkəsini idarə etməyə maneçilik törədə bilər, hakimiyyətinin bir hissəsini əlindən ala bilərdi. Öz hakimiyyətinin və dövlətinin zəiflədilməməsi üçün Nazarbayev preventiv tədbirlər görməli idi. Birdən Rusiya Qazaxıstan ərazisində yaşayan kazak dəstələrinin hüquqlarını müdafiə etməyə qalxar, Lenin və Stalin dövründə Qazaxıstan dövlətçiliyinin formalaşmasında rolu olan ruslardan istifadə etmək qərarına gələ bilər. Odur ki, Nazarbayev separatizmlə həm daxildə mübarizə aparmağa, həm də xaricdən preventiv addımlar atmağa məcbur idi.
Hətta ruslara mental cəhətdən ən yaxın millət olan beloruslar da bu təhlükədən çəkinirdilər. Moskvadan iqtisadi asılılığı olmasına və NATO-nun addımlarını tənqid etməsinə baxmayaraq, Aleksandr Lukaşenko həm Ukraynanın yeni hakimiyyətini tənqid edir, eyni zamanda Moskvanın siyasətinin əksinə olaraq, federalizasiyanın əleyhinə çıxırdı. Silah gücü və siyasi tandemin köməyi ilə Putinin əldə etdiyi «Krım-Donbass» uğurları, göründüyü kimi, nəinki postsovet ərazisində reinteqrasiya proseslərini gücləndirdi, əksinə, Rusiya üçün ən yaxın silahdaşları tərəfindən də yeni problemlərin yaranması ilə müşayiət olundu.
- Rusiyanın yüksək çinli məmurlarının Bakıya səfərlərindən sonra həm Azərbaycan, həm də Rusiya mətbuatında bir məsələnin müzakirəsi başlandı. Deyirdilər ki, Bakı ilə Moskva arasında Azərbaycanın Avrointeqrasiya təşəbbüslərində iştirakının əvəzində Qarabağın geri qaytarılması məsələsi müzakirə oluna bilər. Belə bir sövdələşmə mümkündürmü?
- Nəzəri cəhətdən əlbəttə ki, mümkündür. Amma unutmayın ki, Dağlıq Qarabağ məsələsində heç də hər şey Rusiyanın təkbaşına verəcəyi qərardan asılı deyil. Burada bir çox tərəflər - Türkiyə, ABŞ və s. dövlətlər, eləcə də Azərbaycan qazı məsələsi var.
Əgər Bakı qaz kəmərlərinin Avropa bazarlarına məhz Rusiya vasitəsi ilə çıxması məsələsinə razılıq versəydi, bu, Moskva üçün olduqca cazibədar təklif olardı. Amma real olaraq, əgər indiki perspektivlərdən danışırıqsa, onda Moskvaya Ermənistanı qurban vermədən mövcud olan status-kvo sərf edir.
- Yəni Bakı ilə Moskva arasında istənilən yaxınlaşma Yerevanda isteriya həddində qəbul olunur və o dəqiqə də ermənilərin Avropaya nəzər salmaq ehtimalları müzakirəyə çıxarılır...
- Məsələ bundadır ki, Moskvanın Ermənistanla bağlı istənilən məsələ ətrafında manipulyasiya cəhdləri o dəqiqə Putinin Avrasiya təşəbbüsləri layihəsinin ziyanına çevriləcək təhlükə həddinə çatır. Bizim imperiya xəyallarımız da haqqında sözügedən məsələdə əleyhimizə işləyir.
Unutmaq olmaz ki, Ermənistanın Avropanın göbəyində Fransa kimi güclü lobbisti var. Oradakı erməni diasporu lazım olan məqamda Yerevanı Avropa Birliyinin ən yüksək şəxsləri ilə calaşdıra bilər. Amma Yerevanda da başa düşürlər ki, bu gün Ermənistan dövlətinin varlığının təminatı üçün, onun maraqlarına tam cavab verən ölkə məhz Rusiyadır. Odur ki, onlar da Rusiya faktorunu sona qədər ekspluatasiya edəcək və tam olaraq, Avropa və ya Rusiya ilə birgə yerimək qərarlarını bacardıqları qədər ləngidəcəklər.
Ermənistan hakimiyyətinin bu seçimdə qəti qərar verməməsinin bir səbəbi də var: ölkənin hakim elitasında kifayət qədər qərbəmeylli insanlar var ki, onlar da Rusiya ilə tam yaxınlaşmanın əleyhinədirlər. Onlar hesab edirlər ki, belə yaxınlaşma zamanı ölkənin dağ-mədən sənayesində tutduqları paylardan məhrum ola bilərlər. Ermənistanda istənilən hakimiyyət bu elitanın mövqeyi ilə hesablaşmasa, sükan arxasında çox qala bilməz.
Yerevanı Moskvaya yönəlik birbaşa seçimdən çəkindirən daha bir amil güclü maliyyə dayaqlarına malik ABŞ və Fransada mövcud olan erməni lobbisidir. Bu lobbilər Qərb dairələri ilə sıx bağlıdırlar və ümid edirlər ki, onlar vasitəsilə bu günə qədər «erməni genosidini» tanımayan Türkiyəyə təzyiqlər artacaq. Bu ümid ölmədiyi üçün, diaspor da Rusiya ilə mütləq və birdəfəlik yaxınlığı tormozlaşdırır.
Erməniləri ümidləndirən ABŞ-ın Dağlıq Qarabağ məsələsindəki aktivliyinin artmasıdır. Burada son zamanlar güclü müzakirə predmetinə çevrilən ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlikin bəyanatlarını xüsusi ilə qeyd etmək yerinə düşər. Bu bəyanatlarla rəsmi Vaşinqton Qarabağ məsələsinin həllində ondan da çox şeyin asılı olmasını nümayiş etdirir, bununla da həm Azərbaycana, həm də dolayı yolla Türkiyəyə təzyiq etmək üçün rıçaqlara malik olduğunu göstərir.
«Avrasiya Birliyinin yaranması ilə bağlı bir neçə sənədə imza atılsa da, artıq Moskva üçün öz təşəbbüslərini reallaşdırmaq çox çətin olacaq»
Maraqlıdır ki, bu faktor Qərbin əlində rəsmi Yerevana qarşı da əla təzyiq vasitəsidir. Xatırlayırsınızsa, mayın 8-də Moskvada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının «proval»la bitən sammitindən düz 4 gün sonra - mayın 12-də Fransa Prezidenti Fransua Olland rəsmi Yerevana Avropa Birliyi ilə assosiasiyaya razılıq verəcəyi halda çoxlu investisiya qoyuluşu və güzəştlər təklif etdi. Beləliklə, Rusiyanın Ukrayna cəbhəsində apardığı siyasət, ən yaxın tərəfdaşlarının belə Moskvanın planlarına ikili münasibət göstərməsi ilə nəticələndi. Odur ki, indi Moskva hətta Avrasiya Birliyinin yaranması ilə bağlı bir neçə sənədə imza atılmasına baxmayaraq, öz təşəbbüslərini reallaşdırmaq üçün xeyli tər tökməli olacaq.
Bütün bunları nəzərə alsaq, məncə Rusiya diplomatiyası Avrasiya Birliyinin yaradılması yolunda üzvlərin sayının çoxluğunun prioritet olmaması üzərində işləməlidir. Təcrübə göstərir ki, bu təşəbbüslərə nə qədər çox problemli ölkə qatılırsa, rəsmi Moskvanın da problemləri çoxalır. Odur ki, Putin öz təşəbbüslərinin həyata keçirilməsi yolunda kəmiyyətə deyil, keyfiyyətə üstünlük verməlidir.
«Azərbaycanın işğal olunmuş torpaqlarının üçüncü dövlətlərin iştirakı ilə ona qaytarılması uzaq perspektivdə mümkündür»
- Bütün bu söylədikləriniz fonunda Dağlıq Qarabağ probleminin həlli mümkünsüz görünür... Bəs Siz hansısa həll yolu görürsünüzmü?
- Qarabağ münaqişəsi keçmiş SSRİ məkanında mövcud olan və ətrafında bir çox dövlətlərin maraqlarının toqquşduğu ən qəliz problemdir. Azərbaycanın işğal olunmuş torpaqlarının üçüncü dövlətlərin iştirakı ilə ona qaytarılması yalnız uzaq perspektivdə mümkündür. Çünki indi tərəflər və maraqlı qüvvələr başa düşür ki, istənilən həll variantı kiminsə maraqlarının hesabına qəbul edilə bilər. Bu güzəştə isə hələ ki, heç kim razı və hazır deyil.
ABŞ, Rusiya və Fransa rəsmilərinin bəyanatları onu deməyə əsas verir ki, hazırda supergüclər bu məsələdə Azərbaycan və ya Ermənistanın aktivləşməsinə qarşıdırlar. Çünki aktivlik prosesin donunun açılması deməkdir. Bu isə kifayət qədər ciddi təlatümlər qarşısında olan regionda yeni problemlərin yaranması ilə nəticələnəcək. Status-kvonun pozulması isə ilk növbədə Azərbaycanda və regionda enerji maraqları olan Avropa Birliyinə sərf etmir.