vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
ELM-TƏHSİL, DİN  
13:11 | 24 iyul 2014 | Cümə axşamı Məqaləyə 2713 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

317 qız, 124 oğlan…

TQDK statistika açıqladı

Sevinc İLTİFATQIZI

MÖVZU İLƏ ƏLAQƏLİ

«Jurnalistika ixtisasına qəbul olmaq üçün 569 abituriyent qeydiyyatdan keçib». AzVision.az-a bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından məlumat verilib. Bildirilib ki, həmin 569 nəfərdən 441 nəfəri III ixtisas qrupu üzrə keçirilən test imtahanında tələb olunan müsabiqə şərtini ödəyərək ikinci mərhələyə - qabiliyyət imtahanına buraxılıb.

TQDK bildirib ki, bu mərhələdə iştirak edəcək abituriyentlərdən 124 nəfərini oğlanlar, 317 nəfərini qızlar təşkil edir. 394 abituriyent Azərbaycan, 47 abituriyent isə rus bölməsi üzrə imtahan verəcək. 

Qeyd edək ki, 2014/2015-ci il tədris ilindən başlayaraq ilk dəfə jurnalistika fakültəsinin bakalavr səviyyəsində qəbul olmaq istəyən abituriyentlər qabiliyyət imtahanı verməlidirlər. Abituriyentlər bakalavriat səviyyəsinə qəbul imtahanının qabiliyyət imtahanı mərhələsində təqdim olunmuş mövzu üzrə inşa (esse) yazacaqlar. Yazı işi abituriyentin imtahan verdiyi bölmədən asılı olaraq Azərbaycan və ya rus dilində yerinə yetirilməlidir.