Nazirlik həbsdən çıxanlara pul paylayır
Azad olunmuş şəxslər minimum əmək haqqının dörd misli ödənir
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Dar çərçivədən çıxacaq...
Qazilərin əlilliyinin qiymətləndirilməsinə dair meyarlar gələn aydan dəyişir
-
“Ötür-ötür oyunu” ...
Avtoqəzada ayağını itirənlə müharibədə şikəst olanlar arasında fərq qoyulmur
-
“Şəhid ailələrinin qapısına piyada gəlməli idi”
Şəhid generalın anasından Sahil Babayevə sərt sözlər
-
Nə istəyirlər, verin!
Onlar bunu ömürlərinin sonuna qədər haqq ediblər
-
ƏJDƏR 8,5 il həbsdə OLacaq
ƏƏSMN Aparat rəhbərinin 2 milyonluq əmlakı üzə çıxıb
-
SMS göndəriləcək...
Müharibədə iştirak edənlərə şad xəbər
-
Anar Kərimov nazir müavini təyin olundu
Azərbaycan-Britaniya Hüquqşünaslar Assosiasiyasının həmtəsisçisi, Azərbaycan - İtaliya Ticarət Palatasının vitse-prezidenti, ...
-
“Aşağı maaş yazsanız, …”
Nazirlik sahibkarları hədələdi, martın 1-dək vaxt verdi
-
Şəffaf və nəzakətli DOST
Mərkəzlərdə “bir pəncərə” xidmətləri də təqdim olunacaq
-
Prezidentdən DOST hədiyyəsi
İlham Əliyev vətəndaşlara xidmət üzrə daha bır innovasiya agentliyi yaradır
-
Yeni nazirdən tapşırıq
“Süründürməçiliyə, vətəndaşlarla kobud münasibətə son qoyulmalıdır!”
-
181 ölüyə pensiya yazılıb?!
Səlim Müslümova şok ittiham
-
Nazirlikdə 6 vəzifə boşdur
Sahil Babayev vəzifəli şəxsləri işdən çıxarıb
-
Yeni nazirlər və komitə sədrlərinin ilk həftəsi
Əsasən görüşlər keçirilir, yeni təyinatlar edilir
-
“Süründürməçilik aradan qalxacaq”
Sahil Babayev vətəndaş narazılığı və əlillərlə bağlı işçi qrupu yaratdı
-
Pensiya artımı kimlərə şamil edilmədi?
Nazirlik rəsmi açıqlama yaydı
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rayon (şəhər) Əhalinin sosial müdafiəsi mərkəzləri tərəfindən müvafiq qanunvericiliyə əsasən, penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş və tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə minimum əmək haqqının 4 misli məbləğində (420 manat) birdəfəlik pul müavinəti təyin edilərək ödənilir.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən modern.az-a verilən məlumata görə, cari ilin 6 ayında birdəfəlik pul müavinəti təyin edilən belə şəxslərin sayı 1901 nəfər təşkil edib. Eyni zamanda, özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiləri və ya bu səbəbdən həlak olmuş işçilərinin ailə üzvlərindən 1553 nəfərə aylıq və birdəfəlik müavinət ödənilib.
Həmçinin bu müddətdə Ermənistan Respublikasının müəssisələrində əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində dəymiş zərərə görə ödənc almaq hüququ olan qaçqın statuslu zərərçəkənlərə və ləğv edilmiş kolxoz və sovxozlarda əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində zərər çəkən ümumilikdə 508 nəfərə kompensasiya verilib.