vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 26 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
CƏMİYYƏT  
11:26 | 31 iyul 2014 | Cümə axşamı Məqaləyə 1527 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Nazir xüsusi emalatxanalar yaradır

Əlillər zəruri avadanlıqlarını özləri hazırlayacaq

MÖVZU İLƏ ƏLAQƏLİ

Əlilliyi olan şəxslərin texniki reabilitasiya vasitələrinin təmiri üçün xüsusi təmir müəssisələri yaradılacaq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) saytında verilən məlumata görə, emalatxanaların Naxçıvan, Gəncə şəhərlərində, Şəki və Masallı rayonlarında inşa etdirilməsi nəzərdə tutulur. Bununla əlaqədar ƏƏSMN tərəfindən müvafiq layihə sənədləri hazırlanıb.

Əlilliyi olan şəxslərin əlil arabalarının, eşitmə aparatlarının, xüsusi çarpayılarının və s. reabilitasiya avadanlıqlarının müəyyən müddət istifadədən sonra, yaxud bu və ya digər halda təmirinə ehtiyac yarandığı zaman həmin avadanlıqların qeyd olunan müəssisələrdə dövlət hesabına təmir olunması təmin ediləcək. Belə emalatxanaların gələcəkdə ölkənin digər bölgələrində də yaradılması nəzərdə tutulur.