Sərkisyan xalqdan qorxdu
Ermənistan ölən və yaralı əsgərlərini Qarabağda saxladı
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Nonu ...
...Yaxud çadır həyatının təəssüratları
-
O göydəki ulduzlar haqqı
Tanrı dərgahı kimi ...
-
Ermənilər Xocalının kəndlərindən gedir
Pirlərdə məskunlaşanların əksəriyyəti yaşayış məntəqəsini tərk edib
-
“Kaleydoskop”
... Yaxud qırıq-qırıq görünən Ağdam
-
Ağdam qatarı Bakıdan gedir
Bu yolu keçməyə əzm var
-
Nur içində uyu, Komandir!
Xocalıların yaddaşında həmişə 46 yaşda qalan QƏHRƏMAN
-
Arzuya bax, İlahi
Tez-tez gəlin ...
-
“Uçuş vasitələri məhv ediləcək”
Müdafiə Nazirliyindən Ermənistana xəbərdarlıq
-
Pənah Hüseyn və Akif Nağı saxlanıldı
Cəbhə xəttini keçdiklərinə görə …
-
“Videodakı başdaşı atama aid deyil”
Allahverdi Bağırovun qızı etiraz etdi: “Diqqətli olun!”
-
“İstəyirik anlayaq ki, Azərbaycan ordusu necə işləyir”
Ermənistan NATO ilə sıx əməkdaşlığın səbəbini ilk dəfə açıqladı
-
Erməni əsgər anasının fəryadı
Arus Martirosyan: “Ordumuzda vəhşilik və cinayətkarlıq hökm sürür”
-
“Əsgəri soymaq nə deməkdir?”
Aprel döyüşlərindən sonra Cəbrayılın kəndlərindən birinə atılmış 15 erməni hərbçinin taleyi
-
Düşmən ordusunda adam oğurluğu
Erməni əsgəri 2 il saxlayıb ailəsindən 11 min dollar alandan sonra buraxıblar
-
... 5 vəzifəli həbs olundu
Pambıqçıların zəhərlənməsinə görə ...
-
“Pambıqçıların zəhərlənməsi təxribat deyil”
Ekspert səbəbləri göstərdi: “Təhlükəsizlik qaydalarına riayət edilmir”
Cəbhə xəttində təxribat cəhdləri həyata keçirən Ermənistan Ordusunun xüsusi təyinatlı dəstələri cəbhənin Tərtər-Ağdam istiqamətində ciddi itkilər verib.
APA-nın əldə etdiyi məlumata görə, Azərbaycan Ordusunun postlarından birinə basqın edən ermənilər əsgərlərimizin atəşi altına düşüblər. Nəticədə ermənilərin diversiya qrupunun hərbçiləri arasında xeyli sayda yaralanan və ölən olub. Düşmən bölmələri yaralıları və meyitlərini götürərək geri çəkilməyə nail olublar.
Ağdərə istiqamətində Azərbaycan hərbçilərinin keçirdiyi preventiv tədbir nəticəsində isə ermənilərin xüsusi təyinatlı qrupu məhv edilib. Ötən gecə baş vermiş həmin döyüşdə Azərbaycan tərəfi də itki verib.
Məlumatlara görə, Ermənistan Müdafiə Nazirliyindən iyulun 30-da Dağlıq Qarabağdakı ordu birləşmələrinə göndərilmiş raidoteleqramda ölən və yaralanan əsgərlərin Dağlıq Qarabağdakı hərbi hospitallarda saxlanılması, maksimum şəkildə itkilərin açıqlanmaması və itkilər barədə məlumatların verilməsində «ehtiyatlı olmaq», həlak olanlar barədə məlumatların fasilələrlə açıqlanması göstərişi verilib.
Daha bir xüsusi göstəriş isə ölən və yaralanan hərbçilərin Dağlıq Qarabağda saxlanılması, hələlik Ermənistana göndərilməməsi barədədir.
Ermənistan Müdafiə Nazirliyinin bu qərarının son günlər cəbhə xəttindəki kəskinləşən vəziyyət fonunda ölkədə əhalinin təşvişə düşməsinin qarşısını almaq məqsədilə verildiyi bildirilir. Ermənistan rəhbərliyi Dağlıq Qarabağdakı real itkilərin sayının açıqlanmasının ölkədə sosial-siyasi vəziyyəti gərginləşdirəcəyindən ehtiyat edir.
Xatırladaq ki, Ermənistan tərəfi bundan əvvəl də Qarabağda verdiyi itkiləri maksimum gizlətməyə çalışıb. Lakin sonradan müxtəlif mənbələr tərəfindən açıqlanan rəqəmlər ermənilərin rəsmi orqanları tərəfindən də təsdiqlənib. Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyi son 3 gündə cəbhədə 3 nəfərin öldüyünü açıqlayıb.
***
13:50
Dağlıq Qarabağdakı separatçı rejimin «Müdafiə Nazirliyi» cəbhə xəttində ötən gecə baş vermiş atışma ilə bağlı yeni məlumat yayıb.
Modern.az xəbər verir ki, ermənilərin qondarma qurumu hadisə zamanı 3 əsgərinin də xəsarət aldığını vurğulayıb. Onların Xankəndi hospitalına yerləşdiyi bildirilib.
Qeyd edək ki, bundan öncə separatçıların rəsmi açıqlamsında 1989-cu il təvəllüdlü əsgər Zorik Qevorqyanın öldürüldüyü bildirilmişdi.
İstisna deyil ki, ermənilər öz itkilərinin miqyasını gizlədirlər... Erməni ordusunda ölən və yaralananların sayının daha çox olduğuna dair məlumatlar var...