vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
12:48 | 30 iyul 2018 | Bazar ertəsi Məqaləyə 4806 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Videodakı başdaşı atama aid deyil”

Allahverdi Bağırovun qızı etiraz etdi: “Diqqətli olun!”

MÖVZU İLƏ ƏLAQƏLİ

“Atamın qəbrinin ermənilər tərəfindən dağıdılması xəbərini İnstagram səhifəsində gördüm. Ailəsi olaraq yalan məlumatların sosial şəbəkələrdə yayılması bizə pis təsir edib. Bu cür həqiqətə uyğun olmayan xəbərlərin yayılmasına necə yol verirlər axı?!”.

Bunu Modern.az-a açıqlamasında Milli Qəhrəman Allahverdi Bağırovun qızı Zümrüd Bağırova atasının məzar daşının ermənilər tərəfindən dağıdılması xəbərinə münasibət bildirərkən deyib.

Zümrüd Bağırova yayılan videodakı məzar daşının atasına aid olmadığını vurğulayıb:

“Atamın məzar daşını görəndə 6 yaşım vardı. Hadisəni dünənki kimi xatırlayıram. Qeyd edilir ki, guya, atamın məzarı Şuşadadır. Halbuki, atamın məzarı Ağdamdadır. Atamın başdaşı mərmərdən deyil. Adi dəmir parçasıdır.

Yayılan xəbərdə Razmik adlı erməninin adı keçir. Halbuki, o erməninin adı Razmik deyil. Bütün bunların hamısını çox yaxşı xatırlayıram. Çox xahiş edirəm ki, bu cür yanlış məlumatlar yaymasınlar. Hamımız çox narahatıq. Bizim hansı hisslər keçirdiyimizi anlasınlar”.

Qeyd edək ki, sosial şəbəkələrdə yayılan bir məlumata görə, Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun qəbirdaşı ermənilər tərəfindən dağıdılıb. Bu barədə məlumatı ermənişünas İsmayıl Tanrıverdi də “Facebook” səhifəsində yazıb.

Guya bir qrup erməni Allahverdi Bağırovun qəbir daşını Xankəndi şəhərinin mərkəzinə aparıb və param-parça ediblər.