Prezidentin müalicəyə göndərdiyi Rəsulzadə Almaniyadan gəldi
Rəis bəy ağır xəstəlikdən əziyyət çəkir
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Həm də dərhal
Qərb İrandan yüksək zənginləşdirilmiş uranı məhv etməyi tələb edir
-
Çin gəmisinə təxribat ittihamı
Sualtı kabellərin kəsilməsinə görə İsveçin radarında düşən “Yi Peng”dən şübhələnilir
-
“İranın üç konsulluğu bağlanıb”
Vətəndaşının edamı Almaniya hakimiyyətini hiddətləndirib
-
İfrat sağçılar parlamenti işğal edib
Almaniyada Türingiya əyalət məclisinin ilk iclası gərgin başlayıb
-
NATO hazırlıqlarına başladı!
Alman ordusu xəbərdarlıq etdi – 3-cü Dünya müharibəsi qapının astanasında
-
Yaşıllar yarpaq tökür
Hakim koalisiya partiyasında kütləvi istefalar
-
Polis şübhəlini axtarır
Kölndə müəmmalı partlayışlar davam edir
-
Özbəklər Almaniya yolunda
Şolzun Səmərqənd səfərinə sözardı
-
Birinciliyə yüksəldilər
Nasizm Avropaya qayıdır?
-
Sərt qaydalar gəlir
Şengen zonasına Almaniyadan sonra bir zərbə də Hollandiyadan
-
Şengen böhranı
Almaniyanın AB ölkələrini qəzəbləndirən qərarı
-
... “Silah, yoxsa yağ?”
Avropanın acı dilemması ...
-
Almaniya həyəcan içində
Nahar vaxtı əsgərlərə hücum etməyi planlaşdıran şübhəli saxlanılıb
-
MAQATE-də İran müzakirələri
Qərb Tehranın nüvə silahları əldə etməsinə mane olmaqda qərarlıdır
-
Altı ayda 25 faizə yaxın azalma
Yanvar-iyun dövründə Almaniyada şirkətlərin müflisləşməsində ciddi artım
-
“Ksenofobiya və irqçiliyin əleyhinəyik”
Almaniyanın ana müxalifət lideri Merz: “Mühacir əsilli insanlara ehtiyacımız var”
Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə səhhətindəki problemlə əlaqədar Almaniyada əməliyyat olunaraq Bakıya qayıdıb.
R.Rəsulzadənin APA-ya verdiyi məlumata görə, cərrahiyyə əməliyyatı uğurlu keçib: «Xəstəliyin xüsusiyyətləri ilə bağlı xırdalığa varmaq istəməzdim, amma əsas odur ki, əməliyyat uğurla başa çatdı. Həkimlər dedilər ki, nə yaxşı vaxtında tədbir görülüb, əməliyyat gecikməyib. Hətta bir neçə gün belə geciksəydi, nəticə çox pis ola bilərdi. Fürsətdən istifadə edib, prezidentə bir daha öz təşəkkürümü bildirirəm ki, mənimlə bağlı məsələyə diqqətli və həssas yanaşdı». R. Rəsulzadə əlavə edib ki, bundan sonra ildə iki dəfə müayinə olunmalıdır: «Səhhətimdən, sağlamlıq durumumdan asılı olaraq müayinələrin Bakıda, yaxud Almaniyada olacağına gələcəkdə qərar veriləcək». Qeyd edək ki, iyul ayında prezident İlham Əliyevin göstərişi ilə R.Rəsulzadə əməliyyat olunmaq üçün Almaniyanın «Şarite» hospitalına göndərilmişdi. O, ağır xəstəlikdən əziyyət çəkir.