«KİV-də eybəcər şou yaradıblar»
Əli Həsənov İlham Əliyevlə Sərkisyan arasında kəskin söhbətin detallarını açıqladı
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Prezidentin tapşırıqları fəaliyyətin əsasını təşkil edəcək
Samir Nuriyevin sədrliyi ilə Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib
-
Vətəndaşları narahat edən hansı məsələ varsa...
Hər kəs 1111 nömrəsinə zəng edə və Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzinə gələ bilər
-
““Lider”in eyforiyası”
Əli Həsənov radikal müxalifətə niyə hücum edir?
-
İlham Əliyev dövlətçiliyin keşiyində, ...
... antimilli qruplar isə hakimiyyət eşqində
-
“Yalan və saxtadır!”
Prezidentin köməkçisi İlham Əliyev haqqındakı iddiaları təkzib etdi
-
Əli Həsənov üçün xüsusi tarix - 10 MART
Prezidentin köməkçisi 59 yaşını tamamladı
-
“Məişət zəminində yaşanan hər hansı insident...”
Əli Həsənov azərbaycanlılarla çeçenlərin davası haqda ...
-
Prezidentin köməkçisindən çağırış
Əli Həsənov: “Könüllülük fəaliyyəti Azərbaycan gəncləri üçün əlverişli imkanlar yaradır”
-
“Münaqişənin həllinin çərçivələri aydındır”
Qarabağın statusu, 7 rayonun qayıtması necə baş verəcək?
-
“Son 15 il tarixi uğurlarla yadda qalıb”
Ə.Həsənov: “Azərbaycan dünyanın enerji xəritəsini dəyişib”
-
Tarixin ən vacib mərhələsində siyasət meydanına çıxan şəxsiyyət
“Nursultan Nazarbayev. Həyat yolu” kitabının Azərbaycan dilində nəşrinin təqdimatı keçirilib
-
“Dini etiqad hər kəsin şəxsi işidir”
Əli Həsənov: “Müsəlmanlar üçün duaya çağırış başqa dinlərə etiqad edənlərə mane olmamalıdır”
-
“Özünü Avropadakı “iaşə müxalifəti lideri” kimi tanıtmış...”
Prezidentin köməkçisindən sərt sözlər
-
“Azərbaycanda heç kimin qəlbində dini ayrı-seçkilik yoxdur”
Əli Həsənov: “Ümummilli lider Heydər Əliyev Azərbaycanda dövlət-din münasibətlərinin nümunəvi modelini yaratdı”
-
““Söyüş kampaniyasının” səmərəsizliyi onların yuxusunu ərşə çəkib”
Əli Həsənov: “Bu, Azərbaycana, onun milli maraqlarına qarşı qurulmuş növbəti məkrli oyundur”
-
«Onların yanında olanda özümü çox güclü hesab edirəm»
Əli Həsənov: «Jurnalistlərlə ünsiyyətdə olmaq mənim üçün çox şərəfdir»
Azərbaycan Respublikası Prezidenti Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov AzərTAc-a müsahibə verib. Həmin müsahibəni təqdim edirik:
- Əli müəllim, prezidentlərin Soçi görüşündən sonra Ermənistan prezidenti Serj Sərkisyan görüşdə müzakirə olunan məsələlərlə bağlı bəzi açıqlamalar verib. Bu açıqlamalarda səslənən fikirlərə münasibətinizi öyrənmək istərdik.
- Təəssüf edirik ki, Sərkisyan artıq neçənci dəfədir ki, qarşılıqlı razılaşmanı pozaraq prezidentlər arasında keçirilmiş qapalı görüşdə müzakirə olunan məsələlərin bəzi detallarını açıqlayır. Ən acınacaqlı hal isə odur ki, o, tərəflərin həmin görüşdə qaldırdığı məsələləri, ortaya qoyduğu mövqeni təhrif edir, öz subyektiv mülahizələri və Ermənistanın maraqlarına uyğunlaşdıraraq saxtalaşdırır.
Əlbəttə, ölkə rəhbəri və prezident olaraq belə şeylər ona qətiyyən başucalığı və şöhrət gətirmir. Bu faktlar açıqlanmalı olsaydı, görüşdən sonra prezidentlər mətbuat konfransı keçirər və bütün məsələləri üz-üzə şərh edərdilər. Görüş bitəndən sonra öz ölkəsinə qayıdaraq, müzakirə edilən məsələləri yenidən öz subyektiv mülahizə və maraqlarını əlavə etməklə, təhrif olunmuş formada yerli ictimaiyyətə çatdırmağı və «yalançı qəhrəman»a çevrilməyi isə yalnız Sərkisyan kimilər edə bilər.
- Artıq Sərkisyan bunu edib. Odur ki, görüşdə müzakirə olunan bəzi məsələlərə aydınlıq gətirmək və müəyyən detalları dəqiqləşdirməyə ehtiyac duyulur. Bu haqda Azərbaycan ictimaiyyətinə nəyi söyləmək mümkündür?
- Bir daha təəssüf edirik ki, Sərkisyanın bu hərəkəti bizi də bu qapalı görüşdə müzakirə olunan bəzi məsələlər haqqında açıqlama verməyə məcbur edir. Bəli, Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə keçirilən görüşdə Azərbaycan prezidenti İlham Əliyev işğal olunmuş ərazilərdə erməni dəstələri tərəfindən ələ keçirilmiş kəlbəcərli iki girovun məsələsini qaldırıb.
Məlum olduğu kimi, girovlardan biri Rusiya vətəndaşıdır və onun ailəsinin Rusiya prezidentinə müraciəti yayılıb. Azərbaycan prezidenti görüşdə həmin müraciəti prezident Vladimir Putinə çatdırıb və görüş əsnasında girovların azad edilməsi məsələsini qaldırıb. Prezident İlham Əliyevin fikrincə, ermənilər bu iki kəlbəcərlini heç bir əsas olmadan «təhlükəli diversant»lar kimi qələmə verib və onların ətrafında KİV-də eybəcər şou yaradıblar.
Halbuki onların ailə üzvlərinin verdiyi məlumata görə, bu iki şəxs neçə illərdir ki, öz vətəndaşlıq hüquqlarından istifadə edərək ermənilərin işğalı altında olan doğma kəndlərinə - valideynlərinin qəbrini ziyarət etməyə gedirlərmiş. Onlardan birinin Rusiya vətəndaşı olduğunu nəzərə alaraq, prezident İlham Əliyevin prezident Vladimir Putindən bu məsələyə münasibət bildirməsini istəməsi isə tam təbiidir və söz yox ki, bu, dinc sakinlərin qeyd-şərtsiz azad olunması məqsədi daşıyır.
Bundan başqa, Azərbaycan prezidenti üçtərəfli görüşdə işğal bölgəsində və qoşunların təmas xəttində erməni silahlı qüvvələri tərəfindən öldürülmüş əsgərlərin və dinc sakinlərin meyitlərinin müharibə qanunlarına uyğun olaraq, qeyd-şərtsiz geri qaytarılmasını tələb edib. Hətta görüşdə prezident İlham Əliyev üzünü Sərkisyana tutaraq belə bir ifadə də işlədib: «İşğalçı erməni əsgərlərinin cəbhə bölgəsində ələ keçirdiyi girovlar və meyitlərin üzərində törətdikləri vəhşi əməlləri heç Hitlerin zamanında faşistlər də etməmişdir. Meyitə belə hörmətsizlik etmək olmaz, bu, insana yaraşan əməl deyil». Prezident həmçinin meyitlərin dərhal öz ailələrinə təhvil verilməsini tələb edib.
Serj Sərkisyan əlbəttə, Azərbaycan prezidentinin bu mühakiməsi qarşısında ciddi bir arqument tapa bilmədiyindən 2010-cu ilin iyununda cəbhə bölgəsində minalanmış sahəni cəsarətlə keçərək düşməni onun öz silahı ilə ağır itkilərə məruz qoyan və qeyri-bərabər döyüşdə qəhrəmanlıqla həlak olan Mübariz İbrahimovun cəsədinin geri qaytarılması ətrafında Azərbaycanın apardığı təbliğata toxunub və azərbaycanlıları «Mübariz İbrahimovu qəhrəman kimi təqdim edərək ermənilərə göz dağı verməkdə» günahlandırıb. Prezident İlham Əliyev isə cavabında Serj Sərkisyana xatırladıb: «Müharibənin öz qanunları var. Mübariz İbrahimovu biz qəhrəman kimi qələmə verməmişik. O, təkbaşına erməni əsgərlərinin qoruduğu səngəri dağıdaraq, ondan artıq işğalçı əsgəri öldürmüş və özü də həyatını qəhrəmancasına qurban vermişdir. Müharibə qanunlarına görə, tərəflər qəhrəmanlara hörmətlə yanaşmalıdır. Mübariz İbrahimov əsl qəhrəmanlıq nümunəsi göstərib və haqlı olaraq da Milli Qəhrəman adını qazanıb». Prezident İlham Əliyev Serj Sərkisyandan qəhrəmanlara məhz qəhrəman kimi yanaşmağı tələb edib.
- Əli müəllim, Serj Sərkisyan öz çıxışında eyni zamanda ermənilərin son diversiya hərəkətləri vaxtı Azərbaycanın daha çox itki verdiyini, ermənilərinsə «öz gücünü» nümayiş etdirdiyini bildirib və erməni xalqını sanki bu «faktla» sakitləşdirməyə cəhd göstərib. Bununla bağlı nə deyə bilərsiniz?
- Sərkisyan əlbəttə ki, bu günlərdə baş verən təxribat-diversiya nəticəsində Ermənistanın işğalçı ordusunun itkilərini bilərəkdən gizlətməyə çalışır və bu faktı ört-basdır etmək istəyir. Halbuki bütün daxili və xarici mənbələrin məlumatları son hadisələrdə Ermənistanın 50-yə yaxın itki verdiyini təsdiqləyir. İtkiləri gizlətmək Ermənistanın hərbi-siyasi dairələrinə heç zaman müyəssər olmayacaq. Məsləhətdir ki, Serj Sərkisyan Cənubi Qafqazda gələcək sülhə birbaşa zərbə vuran bu kimi təxribatçı halları davam etdirməkdənsə, erməni xalqını müharibənin girovunda saxlamaqdansa son bir ildə ölkəsini kütləvi şəkildə tərk edən, iş və çörək axtarışında bütün dünyaya səpələnmiş həmvətənlərinin qeydinə qalsa daha yaxşı olar...