««Harınlamış uzunqulaq» sindromu»
«Oazis»də baş verən və buna bənzər olaylarda dördayaqlılara xas xüsusiyyət dayanır
Azər SARIOĞLU
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Təzə sıxılmış “Yuppi”
...Yaxud salfet istəyəndə qanı qaralan ofisiant
-
Bakıda yeni hotel və restoran açıldı
Teatrda qalanlara “Tavadan” pulsuz səhər yeməyi verəcək
-
Ofisiantları aşpazlardan hörmətli edən adət…
Bəxşiş vermək adəti haradan yaranıb və biz bunu niyə veririk?
-
Şadlıq evlərinə «sürpriz»
Müəllif Hüquqları Agentliyi: «Müəllif qonorarını müğənnilər yox, məhz şadlıq sarayının, restoranın hüquqi sahibi ödəməlidir»
-
Toyxana sahiblərinə «toy tutacaqlar»...
Azərbaycanda repertuardan yayınan və müəllif qonorar ödənməyən musiqi və şeirə görə 50 min manat cərimə və icbari cəza
-
Skleroz dostum
«A kişi, bəsdi daa, yeyib içmisən, nuş canın olsun, icazə ver, bir az da biz içək!»
-
Şadlıq saraylarının may kabusu başlayır
Restoran sahibləri bundan da çıxış yolu tapıblar
-
«Toy sifarişlərimiz azalıb»
«Boş ay» gəlir, Bakıdakı şadlıq evləri qan ağlayır
-
Şadlıq evləri kolbasa və lüləkababdan imtina edəcək?
Restoranlardan at-eşşək əti ilə bağlı açıqlama
-
«Axı, sənə nə?»
Qız toyunun ayrıca keçirilməsinə söz ardı
-
«Restoran mafiyası»na qarşı dava
«Heç nə itmir, heç nə məhv olmur, bir şəkildən başqa bir şəklə düşür»
-
“Pizza-İnn” cərimələndi
“Friboy” nişanlı mal əti Natiq Qədirova baha başa gəldi
«Oazis» restoranında döyülənlərin kimliyi və nəçiliklərini, həqiqətən haqlı olub-olmadıqlarını bilmirəm. Amma bu restoranda bir neçə dəfə dəvətli müsafir olmuşam və xidmət səviyyəsinin çox aşağılığına şahidlik etmişəm. Sahibi hacıdır, ona görə də restoranda spirtli içki satılmır, amma restorana qadınsız girmək qadağandır. Menecer və ofisiantları da ayrı aləmdir. Bir yoldaşımız ofisianta 5 manat çay pulu veribmiş, sifətini bozardıb ki, bu nədir? Dünyanın heç yerində çay pulunun azlığına, yaxud verilməməsinə görə müştəriyə açıq narazılıq ifadə etməzlər, bircə bizdən başqa.
Bakının bir çox restoranlarında menecerlər səviyyəsiz, özündən razı və qudurğan tiplərdir. Azərbaycan bəlkə yeganə məmləkətdir ki, burada «müştəri haqlıdır» prinsipi işləmir, müştəri məmnuniyyəti diqqətə alınmır. Ofisianta irad bildirəndə səninlə «razborka» edir. Dəfələrlə restoranlarda ofisiantların, menecerlərin açıq-saçıq geyinmiş qızlara tərbiyəsiz yanaşmanın şahidi olmuşam. Bunun bir çox səbəbləri var. Amma əsas səbəb sözügedən sektorla bağlı müəyyən olunmuş standartlara riayət edilməsinə ciddi nəzarətin olmaması və menecerlərin təhsilsizliyidir. Xaricdə, məsələn, qardaş Türkiyədə bu işi görənlər ixtisaslaşmış kolleclərdə təhsil görmüş şəxslərdirlər. Bizdə isə götürürlər qoldan güclü, başdan xarab adamı menecer kimi işə, cibinə də bir-iki manat girdimi, dönür harınlamış uzunqulağa. Kənd uşaqları bilir, harınlamış uzunqulaq sahibini də qapır, o da ola özgəsini.
Amma bu o demək deyil ki, guya biz müştərilər də günahsızıq və daima haqlıyıq, səviyyəmizdən yanımızdan keçilmir. Xeyir, biz də müştəri kimi üzərimizə düşənləri etmirik. Təmizlik, səliqəlilik, mədəni davranış kimi insana aid elementar davranış elementlərini unuduruq. İllah da cibimizdə bir-iki manat artıq pul ola. Bu gün də toylarda oynamaq, mahnı sifarişi üstündə dava salırıq. Uşaqlıqda kənddə tez-tez müşahidə edirdim. Gənclər bostan məhsulları, ot mövsümündə toylarda mahnı sifarişi üstündə dava salardılar. Qışda isə boyunlarını büküb toyxananın kənarından baxırdılar ki, bəlkə kimsə rəqsə dəvət edə.
Yeri gəlmişkən, qışda uzunqulaqlar da az oynaqlayır. Otu az, arpası az, işi də çox. Nə gününə oynaqlayacaq. Məncə «Oazis» də baş verən və buna bənzər digər hadisələrin kökündə də uzunqulaqlara, ümumilikdə dördayaqlılara xas xüsusiyyət dayanır. Mən iki əsrdir mübtəla olduğumuz bu bəlanı belə adlandırıram: ««Harınlamış uzunqulaq» sindromu».