«Erməni pilotlar Azərbaycanda dəfn edilsin»
Millət vəkilindən orijinal təklif
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Qərb müharibə ilə oynayır
Bu dəfə ermənilər “savaş əti” olacaq?
-
Leşyeyənlərin qardaşlığı
Ukraynanın işğalında Rusiya ilə birlikdə Ermənistan da iştirak edir
-
Növbədənkənar seçki ola bilərmi?
İqtidar və müxalifət eyni fikirdədir
-
Vaşinqton Bakıya əlini, İrəvana dirsəyini uzadır
Birləşmiş Ştatlar Cənubi Qafqazda yeni geopolitik tərtibə başlayır
-
Biz nə etməliyik?
Dünya tarixindəki müharibələr yanlış açıqlamadan və hərəkətdən başlayıb
-
15-dən sonra daha 35 dollar
Rusiya Ermənistana satdığı qazın qiymətini qaldırır
-
“Hər şey ola bilər...”
“Tərəflərin əlində böyük sayda hərbi qüvvə, texnika var”
-
Vaşinqton görüşü niyə yubanır?
Ermənistan danışıqlar formatının genişlənməsini tələbi ilə Kremlin “əlinə oynayır”
-
Paşinyan özünü necə ifşa etdi?..
Biz ondan nə gözləyirdik və bir il ərzində o, nə edə bilərdi?
-
“Faktiki olaraq yoxdur”
“Paşinyan danışıqları dalana dirədi ...”
-
“Sənin hansı simana inanaq?”
YAP-dan Əli İnsanova sərt reaksiya
-
“Rusiya müharibəyə qatılmayacaq”
Ekspert: “Gümrüdəki baza Ermənistanı qoruyur”
-
“Ermənistan üçün böyük fəlakət olacaq”
“Vaşinqton Tayms” yeni müharibə riskindən yazdı
-
“Danışıq dili Madrid prinsipləridir”
Dağlıq Qarabağ ətrafındakı rayonların qaytarılması planı
-
“Ərazi mübadiləsi” gündəmə qayıdır?
“Unudulmuş köhnə” təzə qismində; Paşinyan dönəmində də danışıqlar iflas olarsa...
-
Danışıqlar üçün hansı platformanı götürək?
“Biz sadəcə, vasitəçiyik, qərarı tərəflər verməlidir!” bəyanatları bezdirib
«Azərbaycan ərazisində vurulmuş Ermənistan hərbi helokpterində həlak olmuş şəxslər xristian adəti ilə Azərbaycanda dəfn edilsin». Bu təklifi YAP-çı deputat Aydın Mirzəzadə edib.
Vaxt.az xəbər verir ki, A.Mirzəzadə öz «Facebook» səhifəsində yazıb ki, noyabrın 12-də Ermənistan-Azərbaycan cəbhə xəttində Azərbaycan mövqelərinə hücum zamanı vurulmuş Ermənistan hərbi helikopteri məsələsi ətrafında proseslər səngimək bilmir.
«Düşdüyü çətin siyasi-diplomatik vəziyyətin ağırlığını dərk edən Ermənistan özünü dolaşdırmaqda davam edir. Bir tərəfdən helikopterin ona məxsus olmadığı bəyan edən işğalçı dövlət, digər tərəfdən proses üzrə provokasiyalarını davam etdirməkdədir. Helikopterin vurulması Ermənistanın Azərbaycana qarşı qəsbkarlığını təsdiq etməklə yanaşı düşmən ölkənin zəifliyini açıq-aydın büruzə verir.
Ermənistan normal qonşuluq münasibətlərin qura bilmədiyi kimi öz əsgərinə sahib durmağı da bacarmır. O bu gün hərbiçilərinin meyitini götürmək üçün heç bir təşəbbüs göstərmir, bunun üçün müvafiq addımlar atmır. Dünən isə Ermənistan guya əməliyyat keçirərək, hərbi pilotlarının birinin meyitini və onun paraşütünü götürdüyünü elan etdi. Ancaq nümayiş etdirilən kadrlarda yanan hərbi texnikadan guya salamat insan bədəni və zərər dəyməmiş paraşüt nümayiş etdirilir.
Düşmən olsalar da helikopterdə həlak olanlar insandır və onların da normal torpağa tapşırılmaq hüququ var. Ermənistanın öz əsgərinə sahib çıxmaq istəməməsini nəzərə alaraq, onların nəşinin götürülərək xristian adəti ilə Azərbaycan ərazisində dəfn edilməsini təklif edirəm. Bu işə Azərbaycanda fəaliyyət göstərən xristian icmalarının din xadimlərini cəlb etmək olar» - deyə A.Mirzəzadə qeyd edib.