Qəpik ləğv olunur
Avtobuslarda gediş haqqının bank kartları ilə ödənilməsi mümkün olacaq
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Naxçıvanda gedişhaqqı qaldırıldı
MR rəsmiləri ehtiyat hissələrinin satışındakı qiymət artımını bəhanə edir
-
Avtovağzalın sahibi bilindi
Elton Məmmədovun 80 milyon dollarlıq mülkünü kim aldı?
-
«Bu məsələni qaldırmağın özü yersizdir»
Bakı Beynəlxalq Avtovağzalı Elton Məmmədovdan alındı, bu dəfə nazirliyə verildi
-
Avtovağzal nazirliyin tabeçiliyinə qaytarıldı
«Kompleksin əvvəlki rəhbərliyi də yenidən öz iş yerinə bərpa edilib»
-
Ziya Məmmədov adı daha bir qalmaqalda
İsveçdə Azərbaycanla bağlı korrupsiya səs-küyü qalxır
-
Eks nazir - dini ekspert
Ziya Məmmədov mütaliəyə başlayıb, Quranı təhlil edir
-
Ramin Quluzadə təftişə başladı
Nəqliyyat sektorunda yoxlamalar; Ziya Məmmədovun kardlarına son xəbərdarlıq
-
Tutacaqlar, tutmayacaqlar?
Rus mətbuatı Ziya Məmmədovun çobanyastığı falına dönən həbs ehtimalından yazdı
-
Yollarına gül düzüm...
Stolunu çiçək dəstəsi ilə tərk edən tək nazir...
-
Həbs, yoxsa vəzifə?
Ziya Məmmədovu hansı aqibət gözləyir?
-
Əllərində çiçəklər...
Ziya Məmmədova bir dəstə gül verib yola saldılar
-
Çingiz Baxşiyevin «qızıl torbası»
Sabiq müşavir mövzunun ictimailəşməsindən niyə qorxur? - Məhkəməyə sözardı
-
«Artıq bunu başa düşürlər»
«Gözlənilir ki, apreldə islahatlar başlayacaq»
-
Daha 7-si ləğv edilməlidir
Azərbaycan kimi ölkələrə 12 nazirlik kifayətdir
-
«Sınanmış variantdır»
Ekspertlər yeni yaradılan nazirlik haqda
-
«Gəzən şaiyələr gerçək ola bilər...»
Hələ kabinetini tərk etməyən Ziya Məmmədovun deputat qardaşının xəyalı
Azərbaycan Nəqliyyat Nazirliyi 2015-ci il martın 1-dən Bakıda ictimai nəqliyyatda gediş haqqının nağdsız ödənişi sisteminə keçidin təmin olunması üçün bütün lazımi işləri görür.
Bunu jurnalistlərə nəqliyyat nazirinin müavini Musa Pənahov deyib. Nazir müavini bildirib ki, martın 1-nə kimi gediş haqqının nağdsız ödənişinə keçilməsi üzərində iş aparılır:
«Lakin mən tam əminliklə deyə bilərəm ki, Bakıda birinci Avropa Oyunlarının keçirilməsinə qədər ictimai nəqliyyatda elektron ödəniş sistemi tətbiq olunacaq».
M.Pənahov qeyd edib ki, ictimai nəqliyyatda yeni ödəniş sistemi Bakı Metropolitenində gediş haqqının ödənişi sistemi ilə və gələcəkdə ictimai nəqliyyatın bütün növləri ilə birləşdiriləcək:
«Nəqliyyat kartları ilə yanaşı, gediş haqqının bank kartları ilə ödənilməsi də mümkün olacaq ki, hazırda bununla bağlı iş aparırıq».