vaxtlı-vaxtında oxuyun! Cümə, 3 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
SOSİAL  
17:48 | 7 sentyabr 2015 | Bazar ertəsi Məqaləyə 2287 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Moskva qatarına biletlər bahalaşdı

«Rusiyada valyuta sabit deyil deyə, qiymətlər də dəyişir»

MÖVZU İLƏ ƏLAQƏLİ

Dərmiryolu stansiyasında Bakı-Moskva reysi üzrə hərəkət edən qatarlara biletlərin qiyməti bahalaşıb. Avtosfer.az xəbər verir ki, bu barədə vətəndaşlar baku.ws-ə şikayətlərində bildiriblər.

Şikayətçilərin sözlərinə görə, bu istiqamət üzrə qatarlara biletlər tapılmır. Lakin israr etdikdə kassada biletləri üstündə yazılan qiymətdən baha satırlar.

«Əgər bilet yoxdursa, niyə çox pul verəndə tapılır? Niyə biletlərin qiymətini üstündəkindən baha satırlar?», - deyə şikayətçilər bildiriblər.

Suallara cavab tapmaq üçün «Azərbaycan Dəmir Yolları» QSC-i ilə əlaqə saxladıq. Qurumun «Sərnişindaşınmaları» şöbəsinin rəisi İlyar Muradov açıqlamasında bildirdi ki, avqust ayında həqiqətən də həmin istiqamət üzrə böyük sıxlıq olub. Onun sözlərinə görə, Bakı-Moskva istiqamətində biletlər tapılmadığı üçün növbələr yaranıb.

«Hazırda problem həll olunub. İndi biletlər var», - deyə İlyar Muradov bildirib.

Biletlərin baha qiymətə satılmasına gəlincə, İlyar Muradov bu faktı inkar etmədi. O, biletlərin qiymətinin standart olmadığını dedi: «Hazırda biletlərin qiyməti dəyişir. Çünki Rusiyada valyuta standart deyil deyə, bilet qiymətləri də dəyişir».