vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
CƏMİYYƏT  
15:13 | 29 noyabr 2016 | Çərşənbə axşamı Məqaləyə 2959 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Prokurorluğa verək, tutduraq»

Cavid Qurbanov: «AZAL-la razılaşdırmalar aparmışıq»

Ağa AKİFOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

Bakı Beynəlxalq Hava limanına çəkiləcək yeni dəmiryolu ilə bağlı detallar müəyyən olunub. Bunu Modern.az-a açıqlamasında «Azərbaycan Dəmir Yolları» QSC-nin sədri Cavid Qurbanov deyib. C.Qurbanov söyləyib ki, hava limanına dəmir yolu çəkmək üçün investisiya lazımdır:

«Hava limanına dəmiryolunun çəkilməsini ya investisiya hesabına emtəliyik, ya da biz pul qazanıb çəkməliyik. Bu, maliyyə vəziyyətinə görə hələ qalıb».

O bildirib ki, hava limanına çəkiləcək yeni dəmir yolu Bakının Binə qəsəbəsindəki dəmir yol hissəsindən götürüləcək:

«AZAL-la artıq ilkin razılaşdırmalar aparmışıq. Əslində hava limanına 2,5 kilometr yol çəkilməlidir. Bakıdan Binəyə qədər bizim dəmir yolumuz var. Binədəki dəmir yolundan hava limanına doğru bir xətt ayrılacaq. Bütün dünyada bu, qəbul olunan normadır. İnşallah gələcəkdə pul qazanarıq və daha yaxşı dəmir yolları çəkərik. Dəmir yollarını söküb satanları tanıyırsınızsa, onu mənə də deyin, verək prokurorluğa tutduraq».

Qurum rəsmisi dəmir yollarında tətbiq olunacaq ASAN Xidmət sistemindən də danışıb: «Dəmir yollarında ASAN Xidmət sistemi yaradılır».