«Həyatıma təhlükə var...»
Rayonu «burda mənəm, Bağdadda kor xəlifə» məntiqi ilə idarə edən Əhəd Abıyev bu dəfə də qadın iş adamının günün göy əskiyə büküb
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Əhədi kəsilən Abıyev
“Görür ki, vəziyyət qəlizləşib, ona görə də keçib böhtana, şantaja”
-
Azərbaycana 30 sm qar yağdı
Xınalıqda maksmum olan göstərici Qırızda 22 sm, Şahdağda isə 20 sm-ə çatıb
-
Abıyev Daşkəsənin əhədini kəsir
İcra başçısı Mircəfər Bağırovun saldırdığı meşənin qırdırıb qəsr, Xoşbulağı hasarlatdırıb restoran tikir
-
«Ermənilərin iki postunu almışıq, özüm də orada olmuşam»
İcra başçısından sensasion açıqlama
-
«İntihara cəhd edən» Abıyev danışdı
Əhəd Abıyevin oğlu İslam xobbisindən və gələcək planlarından söz açıb
-
«Utanıb ölmürlər»
Əhəd Abıyev qəzəbləndi: «Gül kimi oğlandı, niyə itihar etsin ki?»
-
«Qızıl-gümüşüm, pulum gedib»
«Kiməsə qoyun-quzu alıb verməyəcəm ki?»
-
Mehdiyevdən ciddi tapşırıqlar
Fəlakətdən sonra təbii tərpəniş
-
«Xan»ın qəhrəmanı
AXCP sədrinin müavinini Vasif Talıbova bağlayan əl...
-
Daşkəsən rayonun icra başçısı Əhəd Abıyevdən edilən şikayətlərin sayı günbəgün artır. Əhali, xüsusən də iş adamları Abıyevin rayonu istədiyi kimi idarə etdiyini, qanunlara məhəl qoymadığını bildirir. O da qeyd olunur ki, şikayət etmədikləri yer qalmasa da, paytaxta ünvalan və həll olunmaq üçün icra başçısına göndərilən məktubların sonuncu dayanacağı zibil qutuları olub. Əlacsız şikayətçilər yeganə ümid yeri mətbuatda görür. Mediaya bu dəfəki müraciət daşkəsənli qadın iş adamı Nuriyyə Məmmədova tərəfindən edilib. Məmmədovanın bildirdiyinə görə, «Sahil-M» adlı müəssisə təsis edərək heyvandarlıqla məşğul olur. Şikayəti isə şirkətinin nəzdində olan torpaq sahələrinin icra başçısı tərəfindən mənsənilməsi barədədir:
«19 ildir ki, fermerliklə məşğul oluram. 20 hektar pay torpağım, 130 hektar bələdiyyə torpağım, 700 baş qoyun-quzum var. Öz torpağım ola-ola, mal-qaramı saxlamaq üçün aparıb başqa adamlara vermişəm. Ancaq təsərrüfatıma ayrılmış 130 hektara yaxın torpaq sahəsindən istifadə edə bilmirəm. Çünki torpağım icra hakimiyyəti və hazırda ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən satılıb.
İcra başçısı vətəndaşları aldada-aldada özünün şəxsi hesabı üçün işləyir. Aidiyyəti oldu-olmadı, hər iclasda məni təhqir və tənqidlərlə yad edir. Guya vəzifəli şəxslər üçün sürü saxlayıram. Əhəd Abıyev deyə bilərmi ki, hazırda mənə aid olan torpaqlarda iki sürü yerləşdirilib, bunlar hansı vəzifəli şəxslərindir? İcra başçısı «hara müraciət etsəniz də, xeyri yoxdur, şikayət məktubunu mənə göndərirlər. Mən də zibil qutusuna atıram» deyir.
Bununla da vətəndaşların konstitusion haqları və «Vətəndaşların müraciəti haqqında» qanun pozulur. Azərbaycan qanunlarını tanımayan Əhəd Abıyevdən mərkəzi icra hakimiyyəti təşkilatlarına və mətbuata şikayət etdiyim üçün məni şərlətdirərək həbs elətdirmək istəyir. Prezident İlham Əliyev 2015-ci ilin «Kənd təsərrüfatı ili» elan olunması haqda sərəncam verib, yerli icra hakimiyyəti sərəncamı icra etmək əvəzinə, yerli fermerə məxsus torpaq sahəsini satır».
Şikayətçinin sözlərinə görə, bu yerlər rayon rəhbərləri tərəfindən kənardan gələn mal-qara, sürü sahiblərinə satılır və ya icarəyə verilir. Yerlilər isə öz torpaqlarında mal-qara saxlaya bilmir. Deyir, səsini çıxaran fermer polis təzyiqi ilə üz-üzə qalır. Sahibkar hesab edir ki, məhkəmələr də məmurların sifarişlərini yerinə yetirir:
«O məhkəmə qətnamələrini ədalətli hesab etmirəm. Hamısı sifarişlə çıxarılıb. Tələbim odur ki, Bakıdan gəlsinlər, araşdırsınlar, məhkəmənin saxta çıxardığı sənədlərimi qoyum ortalığa, izah etsinlər ki, bu sənədlər niyə ləğv olunub? Kimin sifarişi ilə? Hökumət o torpağı mənə verib, sənədim, sübutum var. Məhkəmə isə o sənədlərimi hansı əsasla ləğv etdiyinə izah verməyib».
Fermer Prezident Administrasiyasının, Əmlak Komitəsinin, başqa aidiyyəti qurumların nümayəndələrindən ibarət komissiya təşkil olunmasını və araşdırma aparılmasını tələb edir.