«Qızıl-gümüşüm, pulum gedib»
«Kiməsə qoyun-quzu alıb verməyəcəm ki?»
Fatimə KƏRİMLİ
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Əhədi kəsilən Abıyev
“Görür ki, vəziyyət qəlizləşib, ona görə də keçib böhtana, şantaja”
-
«Həyatıma təhlükə var...»
Rayonu «burda mənəm, Bağdadda kor xəlifə» məntiqi ilə idarə edən Əhəd Abıyev bu dəfə də qadın iş adamının günün göy əskiyə büküb
-
Abıyev Daşkəsənin əhədini kəsir
İcra başçısı Mircəfər Bağırovun saldırdığı meşənin qırdırıb qəsr, Xoşbulağı hasarlatdırıb restoran tikir
-
«Ermənilərin iki postunu almışıq, özüm də orada olmuşam»
İcra başçısından sensasion açıqlama
-
«İntihara cəhd edən» Abıyev danışdı
Əhəd Abıyevin oğlu İslam xobbisindən və gələcək planlarından söz açıb
-
«Utanıb ölmürlər»
Əhəd Abıyev qəzəbləndi: «Gül kimi oğlandı, niyə itihar etsin ki?»
-
Mehdiyevdən ciddi tapşırıqlar
Fəlakətdən sonra təbii tərpəniş
-
«Xan»ın qəhrəmanı
AXCP sədrinin müavinini Vasif Talıbova bağlayan əl...
«Rayon icra hakimiyyəti kiməsə qoyun-quzu alıb verməyəcək ki? İnsanlar özləri də başa düşməlidir ki, bütövlükdə rayona ziyan dəyib». Bu fikirləri AzVision.az-a açıqlamasında Daşkəsən rayonun icra başçısı Əhəd Abıyev bildirib.
Ötən yağan leysan yağışından sonra rayona ciddi ziyan dəydiyini deyən icra başçısı bəzi sakinlərdən narazılıq edib.
«Ötən gün yağan dolu yağışından sonra rayona çox güclü ziyan dəyib. İlk dəfə idi ki, belə dəhşətli dolu yağırdı. Yollar və elektrik xətləri yararsız hala düşüb. Təxminən qaz yumurtası boyda dolu yağırdı. Bu da Allahın işidir, qarşısını almaq mümkün deyil.
Ziyan dəyən əhaliyə kompensasiyanın ödənilməsinə gəlincə, deyə bilərəm ki, bu işlə müvafiq komissiya məşğul olur və məsələyə baxılacaq, nə lazımdısa köməklik olacaq».
Ə.Abıyev bəzi insanların hadisədən sui-istifadə etmək istədiyini də gizlətməyib.
«Qonşu rayonlardan yay mövsümü ilə əlaqədar yaylağa gələn bəzi çobanların mal-qarasına ziyan dəyib. Rayon icra hakimiyyəti kiməsə qoyun-quzu alıb verməməlidir ki? Onlar özləri də başa düşməlidir ki, bütövlükdə rayona ziyan dəyib. Mənim işim rayonda yolu, qazı, suyu, işığı, insanların evlərinin dam örtüyünü bərpa etməkdir. Ayrı-ayrı rayondan gələn fermer təsərrüfatları olanlara mal-qara ala bilmərik. Eləsi var deyir ki, qızıl-gümüşüm, pulum gedib. Cibində pulu saxlaya bilmirsənsə, özün necə qalmısan? Belə həyəsızcasına hərəkət etmək olmaz. Mən vəzifəmi icra edirəm, rayon sakinlərinə dəyən ziyanı ödəyirəm».