
Siyasi dialoqun yeni mərhələsi
Azərbaycanda iqtidar və partiyalar arasında konstruktiv əməkdaşlıq
Azərbaycanda iqtidar və partiyalar arasında konstruktiv əməkdaşlıq
Biznesmenin köməkçisi hər şeyi danışdı
Aviabombalar, tank, top və Qrad mərmiləri, ...
Sakinlərə nə qədər kompensasiya veriləcək?
Samir Nuriyevin sədrliyi ilə Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib
Hər kəs 1111 nömrəsinə zəng edə və Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzinə gələ bilər
Ramiz Mehdiyev: “Sağlamlığımda heç bir problem yoxdur, özümü ...”
İsa Həbibbəyli: “Öncəgörmə ilə məşğul deyiləm”
Ramiz Mehdiyevlə bağlı son dəqiqə açıqlaması
AMEA-da yüksək post tutan Eldar Əmirova 30 sutka həbs verildi
AMEA-dan Ramiz Mehdiyevlə bağlı daha bir açıqlama
Ramiz Mehdiyev Təhlükəsizlik Şurasının üzvlüyündən də azad edilə bilər
Ramiz Mehdiyev istefa verdi
Marjinallaşdırmaqla akademiyanın nüfuzunu bilərəkdən ayaqlar altına saldı
Daha yetər, bəsdir bu cəmiyyəti üz-üzə qoydun
Pensiya yaşı çoxdan keçmiş adam elm ocağını dedi-qodu, qruplaşma, fitnə yuvasına çevirib
Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev ötən gün baş verən təbii fəlakətlə bağlı rayon icra hakimiyyətlərinə və müvafiq qurumlara ciddi tapşırıqlar verib. Bu barədə AzVision.az-a eksklüziv açıqlamasında Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı, sabiq deputat Əhəd Abıyev məlumat verib.
Leysan və dolu yağışlarının Daşkəsən rayonuna ciddi ziyan vurduğunu deyən Ə.Abıyev təbii fəlakətlə bağlı Fövqəladə Hallar Nazirliyində və Prezident Administrasiyasında görüşlər keçirəcəyini deyib.
«Mən hadisə ilə bağlı Prezident Administrasiyasının rəhbərinin müavini Zeynal Nağdəliyevə məlumat vermişəm. O da bununla bağlı rəhbərliyi məlumatlandırıb. Qısa müddətdə hər şey bərpa olunacaq. Ziyanın ödənilməsi üçün Fövqəladə Hallar Nazirliyi, Nazirlər Kabineti, İqtisadiyyat və Sənaye Nazirliyi və eləcə də Maliyyə Nazirliyinə ciddi tapşırıqlar verilib. Hadisə barədə Ramiz Mehdiyevə də məlumat verilib, o da müvafiq tapşırıqlar verib» - deyə icra başçısı qeyd edib.
Ə.Abıyevin sözlərinə görə, bölgələrdə baş verən təbii fəlakət birbaşa Fövqəladə Hallar Nazirliyi, şəxsən nazir Kəmaləddin Heydərovun nəzarətindədir.
«Bu məsələ Prezident Administrasiyasının da diqqətindədir. Hazırda özüm də Bakıdayam. Dolu yağışı ilə bağlı görüntüləri gətirib Fövqəladə Hallar Nazirliyinə və baş nazirin müavini Abid Şərifova təqdim etmişəm. Zeynal Nağdəliyevlə də danışmış ki, dəyən ziyan bərpa olunsun. Hazırda nə qədər maddi ziyan dəydiyi barədə dəqiq məlumat yoxdur. Amma komissiya yaradılıb və komissiya bu işlə ciddi məşğuldur».