Avropadan güclü gediş
Budapeşt görüşü sual altında
17:54 | 29 avqust 2025 | Cümə
Məqaləyə 357 dəfə baxılıb
Şriftin ölçüsü
Budapeşt görüşü sual altında
Trampa etiraz edənlər niyə heyvan paltarları geyinir?
Yeni bal zalı inşa edilir
Tramp administrasiyası ilə mübarizəyə hazırlaşan Aleksandr Sorosun həyat yoldaşı “Müsəlman qardaşları” ilə əlaqədə günahlandırılıb
Çarli Kirk sui-qəsdi dini oyanışa səbəb olub
Trampdan Kolumbiya prezidentinə ağır ittiham
Trampın Çindən tələbləri
Günahkar iqlim dəyişikliyidir?
Donald Tramp: “Əgər gömrük vergilərimiz olmasaydı, ...”
Dövlət Departamenti mühafizəkar fəalın ölümünə sevinən 6 nəfərin vizasını ləğv etdi
Tramp ticarət gərginliyi fonunda Çin barədə açıqlamalar verdi
Qədim qızıldərili mifologiyası gündəmdə
Tramp və Makron arasında gərgin dialoq iddiası: “İki lider mübahisə etdi”
Statistika məlumatlar təxirə salındı, FED hansı addımı atacaq?
ABŞ hökumətinin bağlanması iqtisadiyyata və kredit reytinqinə təsir edə bilər
Federal işçilərin işdən çıxarılmasına başlanacaq
Kamala Harris vəzifədən ayrıldıqdan sonra avtomatik olaraq altı aylıq mühafizə almışdı və keçmiş ABŞ prezidenti Co Bayden bu mühafizəni bir il uzatmışdı.
Ağ Evin yüksək vəzifəli bir rəsmisinin bu gün verdiyi açıqlamaya görə, ABŞ prezidenti Donald Tramp keçmiş vitse-prezident Kamala Harrisin Məxfi Xidmət mühafizəsini ləğv edib.
Ömür boyu federal hökumət mühafizəsindən yararlanan keçmiş prezidentlərin əksinə, keçmiş vitse-prezidentlər vəzifədən ayrıldıqdan sonra yalnız altı ay müddətində bu imtiyaza sahib olurlar.
Lakin keçmiş prezident Co Bayden Harrisin 21 iyulda başa çatmalı olan mühafizəsini açıqlanmayan bir direktivlə bir il daha uzatmışdı.
ABŞ mediasının əldə etdiyi məktubda Tramp dünən Məxfi Xidmətə “qanunların tələb etdiyindən artıq, daha əvvəl İdarəetmə Memorandumu ilə səlahiyyət verilmiş təhlükəsizliklə bağlı bütün prosedurları dayandırmaq” barədə göstəriş verib.
Qərarın sentyabr ayının əvvəlində qüvvəyə minəcəyi gözlənilir.
Yanvar ayında ikinci prezidentlik müddətinə başlayan Tramp aralarında keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton və keçmiş dövlət katibi Mayk Pompeonun da olduğu bəzi sabiq rəsmilərin mühafizəsini ləğv etmişdi.
ABŞ prezidenti mart ayında da sələfi Co Baydenin övladları Hanter və Eşlinin mühafizəsini dayandırmışdı. Uşaqlara ataları tərəfindən fərmanla genişləndirilmiş mühafizə verilmişdi.
Harrisin mühafizəsinin ləğvi qərarı ABŞ prezidentliyi üçün apardığı qısa kampaniyanı əks etdirən “107 Gün” adlı kitabının tanıtım turuna çıxmasından cəmi bir neçə həftə əvvəl gəldi.
Noyabr seçkilərində Trampa məğlub olan keçmiş Kaliforniya baş prokuroru Harris gələn il ştat qubernatorluğu üçün namizəd olmayacağını açıqlamışdı.
Kaliforniya qubernatoru Qevi̇n Nüsomun sözçüsü Bob Salladey Trampın Harrisə qarşı mühafizəni dayandırma qərarını tənqid edib: “Hökumət rəsmilərimizin təhlükəsizliyi heç vaxt nizamsız, kinli siyasi motivlərə tabe olmamalıdır”.
Harrisin yaşadığı Los-Ancelesin meri Karen Bass da qərara qəzəbini ifadə edib.
“CNN”ə danışan Bass, “Bu, işdən çıxarmalar, təhlükəsizlik icazələrinin ləğvi və daha çoxunu əhatə edən uzun bir siyasi qisas siyahısından sonra gələn növbəti intiqam addımıdır. Bu vəziyyət keçmiş vitse-prezidenti təhlükəyə atır. Vitse-prezident Harris-in Los-Ancelesdə təhlükəsiz olduğundan əmin olmaq üçün qubernatorla birlikdə işləməyi səbirsizliklə gözləyirəm”, – deyib.