Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
17:03 | 29 avqust 2025 | Cümə
Məqaləyə 427 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Finlandiya və Polşa Rusiya tanklarına qarşı sərhəddəki qurumuş torf bataqlıqlarını yenidən canlandırmağı planlaşdırır. Hər iki NATO ölkəsi bu əraziləri mümkün Rusiya işğalına qarşı müdafiə məqsədilə bataqlığa çevirməyi nəzərdən keçirir.
“Politico”nun xəbərinə görə, Finlandiya Müdafiə Nazirliyi və Ətraf Mühit Nazirliyi payızda pilot layihə üçün görüş keçirəcək.
Polşa Müdafiə Nazirliyi də şərqdə Rusiya sərhədi boyunca su-bataqlıq ərazilərin bərpasını istəyir. Layihədə Ətraf Mühit Nazirliyi də iştirak edir və alimlərlə danışıqlar davam edir.
Polşa müdafiə nazirinin müavini Çezarı Tomçik, “Təbiət müttəfiqdir, biz də onu istifadə etmək istəyirik”, – deyib.
Avropada həm ekoloji, həm də müdafiə səbəblərinə görə torf bataqlıqlarının bərpası planlarının sürətləndirilməsi ilə bağlı çağırışlar artır.
Təbii ərazilərin bərpası üçün kampaniya aparan alman beyin mərkəzi “Greifswald Mire Centre” iyunda yaydığı açıqlamada 100 min hektar qurumuş ərazinin yenidən bataqlığa çevrilməsi üçün Avropa Birliyinə (AB) 500 milyon avro ayırmaq çağırışı etmişdi.
Açıqlamada bildirilib ki, belə bir bərpa tankların və quru qoşunlarının irəliləyişini ləngidərək müdafiəni gücləndirəcək.
Mütəxəssislər həmçinin bu təşəbbüsün ekoloji fayda verəcəyinə diqqət çəkirlər. Yaş torf bataqlıqları böyük miqdarda karbon saxlaya bilir, amma qurudulduqda karbon emissiyası yaranır. AB-də qurudulmuş torf bataqlıqları ümumi illik istixana qazı emissiyalarının təxminən 7%-ni təşkil edir.
Digər tərəfdən, pilotsuz uçuş aparatı (PUA) və oxşar texnologiyaların inkişafı, həmçinin dənizdən mümkün hücumlar səbəbindən yalnız quru müdafiəsinə diqqət yetirməyin yanlış olduğunu deyənlər də var.
Latviya Geosiyasi Araşdırmalar Mərkəzinin direktoru Maris Andzans xatırladır ki, Rusiya Ukrayna cəbhəsində həm PUA, həm də Baltik dənizindəki “kölgə donanması”ndan istifadə etdiyi hibrid strategiya işlədib: “Heç bir Baltik ölkəsinin uzaqmənzilli hava hücumundan müdafiə sistemi yoxdur. Səmamız müdafiəmizdə böyük bir boşluq kimidir. Növbəti müharibə tamamilə fərqli ola bilər və müdafiəyə bu qədər klassik yanaşaraq daha ehtimal olunan digər ssenariləri gözdən qaçıra bilərik”.