

“MayoMed” klinikasında özünü plastik cərrah kimi təqdim edən Nihad Aslanovun əslində tibb sahəsi üzrə heç bir təhsili yoxdur”.
Bu barədə BakuTV-nin qaynar xəttinə daxil olan müraciətdə vətəndaş iddia edib.
Təxminən iki ay əvvəl Analitik Ekspertiza Mərkəzi tərəfindən klinikada yoxlama aparılıb və Nihad Aslanovun işinə son verildiyi iddia olunur. Amma son vaxtlar həmin şəxs yenidən “MayoMed” klinikasında pasiyent qəbul edir.
Həqiqəti aşkara çıxarmaq üçün BakuTV-nin əməkdaşları iki dəfə sözügedən klinikada olub.
Jurnalistlər əvvəlcə pasiyent adıyla Nihat “həkimlə” sosial şəbəkə (Whatsapp) vasitəsilə danışıb, randevu alıblar. Yeri gəlmişkən yazışmada saxta doktor göstərdiyi xidmətləri ağızdolusu tərifləməyə başlayıb. Qəbula gedən jurnalisti Nihatın özü qəbul edib. Üzünü plastik əməliyyat etdirmək istəyən jurnalistin sifətini gözdən keçirib. Bütün bunlar gizli kameria ilə qeydə alınıb. Sonra qəbuldan çıxan jurnalistlər az müddət sonra klinikaya BakuTV-nin əməkdaşları kimi daxil olublar. Özünü təqdim etməyən, klinika direktorunun qapısını açıb otağına keçən və kreslosunda oturan şəxs inad edib ki, Nihad bəy artıq 4-5 aydır klinikadakı işindən ayrılıb və hazırda Nihad bəy adlı əməkdaşımız yoxdur. Jurnalist əvvəlcə onu qeyd edib ki, Nihad “həkim” adlı Neft Sənaye Universitetini bitirən adam necə gəlib sizin klinikada cərrah işləyib? Və direktor adlandıran adama Nihat Aslanovun gizli kamera ilə çəkilən görüntülərini göstərəndən sonra direktorun deməyə sözü qalmayıb. Necə deyərlər şapka düşdü keçəl göründü.
Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən bildirilib ki, plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyətinə icazə verilən həkimlərin arasında Nihad Aslanovun adı yoxdur: “2023-cü ildə “MayoMed” klinikası üzrə planlı yoxlama keçirilib və klinika inzibati məsuliyyətə cəlb edilib, həkimin fəaliyyəti dayandırılıb. Bundan sonra həkimin fəaliyyəti ilə bağlı Səhiyyə Nazirliyi yanında Analitik Ekspertiza Mərkəzinə hər hansı məlumat daxil olmayıb”.
***
“MayoMed” klinikasında saxta adla plastik cərrahlıqla məşğul olan Nihad Aslanovdan başqa yeni məlumat əldə etdik. Sən demə bu saxtakar “cərrah” əvvəllər Sumqayıtda şüşə istehsalı zavodu olan “Azerfloat” QSC-də operator işləyib. İşdən çıxarılma səbəbi isə çox maraqlıdır. “Azerfloat”da hər üç aydan bir keçirilən narkotik testindən pozitiv çıxan cavabdan sonra Nihadı işdən qovublar. Zavod rəhbərliyi şüşə sexində bir dəzgahı Nihad etibar etmədiyi halda dələduzxana olan “MayoMed” klinikası Nihada insanların sağlamlığını etibar edir. Bu narkotik istifadəçisi, həkim ixtisası olmayan bir vicdansız avaraya “MayoMed”in vicdansız rəhbərliyi Azərbaycan respublikasının vətəndaşlarının həyatını riskə atıb.
Qeyd edək ki, klinikanın adı da diqqətimizi çəkdi – niyə “MayoMed”. Azacıq araşdırma apardıq. Məsələn Böyük Britaniyada “My Med” məhdud məsuliyyətli xüsusi əczaçılıq firması və Xorvatiyada “MyMed” estetik klinika var. “Google” axtarışda “MayoMed” və ya “MayoKlinik” axtarış verdikdə (Anadolu türkcəsində bikini deməkdir) dünyada bu adda klinikaya rast gəlmədik. Kim öz klinikasına bikini adı qoymaq istər ki?