vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
ENERGETİKA  
13:10 | 24 dekabr 2015 | Cümə axşamı Məqaləyə 1053 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Neft fırıldağı

Birja dəllalları qiyməti 15 dollara endirmək üçün işə başladı

MÖVZU İLƏ ƏLAQƏLİ

Birja fırıldaqçıları 2016-cı ildə dünya bazarlarında neftin qiymətini bir barrel üçün 15 dollara qədər endirməyə hazırlaşır. Virtualaz.org saytı xəbər verir ki, bu barədə nüfuzlu «Bloomberg» agentliyi bir sıra investorlara istinadən bildirir.

Məlumata əsasən neft fırıldaqçıları onlara ancaq neftin qiymətinin indikindən kəskin aşağı düşməsi halında gəlir gətirəcək qısamüddətli kontraktlar alırlar.

Birja fırıldaqçılarını bu addıma getməyə sövq edən əsas amil neft ixrac edən ölkələrin karteli OPEC-in hasilat kvotasını artırmaq barədə bu ay qəbul etdiyi qərardır. Rəsmi olaraq hasilatın nə qədər artacağı göstərilməsə də gözlənilir ki, kartel hasilatı gündəlik 30 milyon barreldən 31,5 milyon barrelə qaldıracaq.

İkinci neqativ amil isə İranın gələn ilin əvvəllərindən bazara daha artıq neft çıxarmağa hazırlaşmasıdır. Bu amillər bazarda tələbi azaldacaq və qiymətin daha da aşağı enməsinə səbəb olacaq.

Habelə Rusiya da daxil olmaqla bəzi ölkələrdə hasilatın artacağına dair proqnozlar da qiymətin aşağı düşməsini gözləyənlərin işinə yarayır.

Amerikanın nüfuzlu «Goldman Sachs» investisiya bankı isə proqnozlaşdırır ki, dünya  neft bazarında təklifin tələbi üstələməsi bütün 2016-cı il boyu davam edəcək. Bu maliyyə təşkilatının proqnozuna görə neftin qiyməti gələn il 20 dollara qədər düşə bilər.

«Bloomberg»in Nyu-York Əmtəə Birjasının məlumatlarında istinadən verdiyi proqnozlarda da neftin ucuzlaşması qaçılmaz hesab edilir. Agentlik neftin barelinin 30, 25, 20 və 15 dollara qədər enəcəyinə dair bir sıra proqnozlar verib. Artıq dekabr ayında bu qiymətlərlə bağlanmış kontraktlar üzrə 650 min barrel neft satılacağı gözlənilir.

Hazırda birjalarda «Brent» markalı neftin barreli 37 dollara yaxındır.