vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
GÜNDƏM  
19:08 | 31 yanvar 2016 | Bazar Məqaləyə 2399 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«XİN Slovakiya ilə məsələni araşdırmalıdır»

Qənirə Paşayeva: «Azərbaycan üçün əhəmiyyətli məsələdə bu cür mövqe sərgiləməsi ciddi məsələdir»

MÖVZU İLƏ ƏLAQƏLİ

Bizi Robert Uolterin «Dağlıq Qarabağda və Azərbaycanın digər işğal olunmuş ərazilərində zorakılığın artması» məruzəsinə AŞPA-da səsvermə zamanı ən çox təəccübləndirən Slovakiyanın mövqeyi oldu.

Bu barədə haqqın.az saytına müsahibəsində millət vəkili, AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin üzvü Qənirə Paşayeva deyib.

Q.Paşayevanın sözlərinə görə, həmin ölkənin nümayəndə heyətinin üzvləri nəinki Azərbaycanın haqlı mövqeyini dəstəkləməyiblər, hətta bu məruzənin əleyhinə səs veriblər.

«Hesab edirəm ki, bizim XİN sözügedən ölkənin nümayəndələrini bu məruzənin əleyhinə səs verməyə sövq edən səbəbləri ciddi araşdırmalıdır. Bu ölkənin Azərbaycandakı səfiri XİN-ə çağırılmalı və ona etiraz bildirilməlidir. Bundan savayı, Slovakiyadakı səfirliyimiz bu məsələ ilə məşğul olmalıdır», - millət vəkili belə deyib.

Onun dediklərinə görə, Slovakiyanın Azərbaycan üçün əhəmiyyətli məsələdə bu cür mövqe sərgiləməsi ciddi məsələdir və bu, XİN və Milli Məclis tərəfindən araşdırılmalıdır.