Doha görüşü
Nefti bahalaşdırmaq üçün əla spekulyasiya
F.MƏMMƏDOV
MÖVZU İLƏ ƏLAQƏLİ
-
... Ərzaq ucuzlaşacaq
Dünya bazarında enerji qiymətlərindəki ucuzlaşmanın müxtəlif təsirləri ilə ...
-
3 ilin ən aşağı qiyməti
Qiymətlərin enməsinə ABŞ və Çin başçılıq edir
-
Varlı olsa da mühüm problemi həll edə bilmir
Dünyanın ən zəngin ölkələrindən birində xalq elektrik enerjisinin kəsilməsindən bezib
-
“Bütün səyləri baltalayır”
Yəmən Silahlı Qüvvələrinin generalı ABŞ-ın Husilərin raket sistemini vurmasından narazı qalıb
-
“Qətiyyət paytaxtı olaraq qalacaq”
Əl-Alimi Husilərin mühasirəsində olan Taizə gedib
-
Mişel Qətərdə nə axtarır?
AB Körfəz ölkələri ilə münasibətləri yaxşılaşdırır
-
Çin – qiymətlərə ən çox təsir edən faktor
Tələbin azalması səbəbindən neft qısa müddətdə 80 dolların altında qalacaq
-
Bayden düşmədən qərarı qüvvədən düşdü
ABŞ Səudiyyə Ərəbistanına 2,8 milyard dollarlıq hərbi satışa razılıq verib
-
Şahzadə Salmandan inqilabı yenilik
Səudiyyə Ərəbistanında ilk dəfə çimərlik geyimi nümayişi keçirilib
-
Növbəti 5 ildə necə olacaq?
Neft gəlirlərimiz haqda düşüncələr ...
-
Neft erası başa çatırmı?
2024 yeni dövrün başlanğıcı ola bilər
-
26 pozuntu “aysberqin görünən hissəsidir”
Dünya Çempionatı zamanı Qətərdə miqrant işçilərə qarşı zorakılıq davam edir
-
Kök salmış ideoloji “alaq”lar
Onlar üçün azərkeşlərin coşdurduğu tribunalar, həsrətlə gözlədikləri böyük futbol önəmli deyil
-
Dünyanın gözü zillənən zirvə
ABŞ Çinin sərhədlərinə yaxınlaşarkən, Pekin Vaşinqtonun oylağında at oynadır
-
Bin Salmanın barədə açılan iddia rədd edildi
Şahzadənin toxunlmazlığına görə Qaşıqçının ölümündəki şübhəli şəxslər barədə cinayət işinə işə xitam verilib
-
“Brent” 7 dollar ucuzlaşıb
60 maksimum qiymət bazara mənfi təsir edir
Rusiyanın energetika naziri Aleksandr Novak bu ilin yanvarında neft ölkələrinin hasilatı dondurması təşəbbüsü ilə çıxış edəndə heç kim ona ciddi yanaşmadı. Çünki neftin qiyməti dibə enmişdi, 30 dollardan da aşağı idi və durmadan ucuzlaşırdı. Bütün şərtlər onu deməyə əsas verirdi ki, qiymətin daha da aşağı enməsi qaçılmazdır. Hətta nüfuzlu investisiya şirkətləri, banklar neftin 10 dollara qədər ucuzlaşacağını proqnozlaşdırırdılar. Bazara gündəlik tələbatdan 1.5-2 milyon barrel neft çıxarılırdı, sanksiyaların ləğvindən sonra İran hasilatı sürətlə artırıb bazarda itirdiyi mövqeləri bərpa etməyə hazırlaşırdı. OPEC ölkələrinin hasilatı azaltmaq barədə qərar verməsi isə heç cür mümkün olmurdu.
Və belə bir vaxtda OPEC-ə üzv olmayan Rusiyadan hasilatı dondurmaq barədə təşəbbüs irəli sürüləndə bunun nefti xilas etmək üçün hansısa ciddi təsirinin olacağına heç kim inanmadı. Ancaq indi belə görünür ki, hasilatçı ölkələr Aleksandr Novaka və onunla birlikdə hasilatı dondurmaq barədə təşəbbüsü irəli sürüb iki aydan çoxdur bu ideyanı KİV-lərdə «fırladanlara« doğrudan da sağ o deməlidir. Çünki ideyanın özünün fəal müzakirə edilməsi, KİV-lərdə bu mövzu ətrafında aparılan spekulyasiya bugünkü Doha görüşünün nəticəsiz bitməsi halında belə artıq öz nəticəsini verib. Neftin qiyməti 45 dollara yaxınlaşıb və bu, optimal rəqəmdir.
Azərbaycanın da dəvət aldığı Doha görüşündə bir sıra neft ölkələrinin hasilatı oktyabr ayına qədər dondurması nəzərdə tutulur. Ümumiyyətlə, Azərbaycanın özünün bu təşəbbüsə qoşulmağa dəvət edilməsi və Bakının buna müsbət cavab verməsinin özü hasilatın dondurulması spekulyasiyası baxımından daha bir uğurlu gedişdir. Çünki onsuz da Azərbaycanın hasilatı artırmaq üçün texniki imkanları məhduddur, üstəlik, «Günəşli»dəki platformalardan birinin sıradan çıxması hasilatın azalmasına səbəb olacaq. Deməli, Azərbaycan hasilatı dondurmaq ideyasını dəstəkləməsi tamamilə formal xarakter daşıyacaq.
Energetika naziri Natiq Əliyev «Vedemosti«yə açıqlamasında deyib ki, Doha görüşünün iştirakçılarına imzalamaq üçün kiçik mətn təqdim edilib. Orada hasilatı bu ilin oktyabr ayına qədər dondurmaq nəzərdə tutulur. Bəs hasilatın dondurulmasına kim nəzarət edəcək, bunun mexanizmi necə olacaq, sənədə imza atan ölkələr buna məhəl qoymayacaqlarsa necə olacaq? Bütün bu suallar açıq qalır.
«Biz bu razılaşmanı imzalamağa hazırıq və Rusiya ilə hasilatın dondurulması məsələsində tam həmrəyik. Bizim hədəflərimiz və maraqlarımız eynidir» - Natiq Əliyev deyib.
Lakin həmin mətnin bütün iştirakçı ölkələr tərəfindən imzalanacağı hələ məlum deyil. Çünki Səudiyyə kralı Salman elan edib ki, İran hasilatı dondurmasa onun ölkəsi də belə addım atmayacaq. Bu baxımdan Doha görüşündə əsas intriqa Səudiyyə Ərəbistanı ilə İran arasında gedəcək. əgər sənəd imzalansa analitiklər neftin bir az da bahalaşacağını gözləyir. Hərçənd ki, hasilatın indiki həcmində belə bazara gündəlik tələbatdan 1.5 milyon barrel çox neft çıxarılır. Deməli razılaşma bazarda tələblə təklif arasındakı münasibəti dəyişməyəcək. Ancaq birjalarda spekulyasiya üçün bu razılaşmanın effekti olacaq və indi bütün brokerlərin nəzərləri Dohaya tikilib...