Tağı Əhmədovun qulağından iraq
Metroda yentilyatorların yay qrafikinin tətbiqinə başlanıldı
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Metro qış rejiminə keçir
Qatarların hərəkət intervalı gur saatlarda 2 dəqiqəyə endiriləcək
-
50 illik eskalatorlar dəyişdirilir
Sərnişinlərdən xahiş olunur ki, gedəcəkləri marşrutu əvvəlcədən daha dəqiq müəyyən etsinlər
-
«Sahil» stansiyası bağlanır
10 aylıq...
-
Daha «kafi» qiymətli yol yoxdur
Metropoliten yollarının keyfiyyətində yeni standart
-
Metropoliten yeni qatarlar alır?
Analoqlarından da fərqli vaqonlar daha geniş, qapılar isə enli olacaq
-
Metroda gediş haqqı artıb?
Nəsimi Paşayev: «Qiymət artımı ilə bağlı Tarif Şurasına müraciət etməmişik»
-
Daha bir elektrik yarımstansiyası müasirləşdi
«Gənclik» yarımstansiyasının yenidən qurulması burada təhlükəsizliyə yeni baxışdır
-
ADNSU-nun seçilmiş tələbələri metropolitendə təcrübə toplayacaq
Onlara nəzəri biliklərin praktik əsasları öyrədiləcək
-
28 stansiya tikiləcək
Mavi xətt Yeni Yasamaldan Bakıxanova, sarı xətt Binəqədidən Bayıla, bənövşəyi xətt issə Xocəsəndən Qaraçuxura qədər uzanacaq
-
Dünyanın beş metrosundan biri
Azərbaycanın dahi söz ustadının xəmsələrinin əks olunduğu mozaik pannolar restavrasiya edilir
-
Metro və avtobuslarda gediş haqqı qalxır?
Tarif Şurasından açıqlama
-
«Kondisionerində buxarlanma baş verib»
Bakı metrosunda tüstülənmə xəbərinə rəsmi reaksiya
-
Metroda siqaret...
Nəsimi Paşayev: «Təhlükəsizlik üçün isə bütün tədbirlər görülüb»
-
...Metroda siqaret çəkmək olarmı? (VİDEO)
Qatarı idarə edə-edə…
-
Interval 2 dəqiqə olacaq
Metropoliten qış rejiminə keçir
-
«28 May» bağlanacaq
5 həftəliyinə ...
Mayın 15-dən Bakı metropolitenində ventilyatorların iş rejimi ilə bağlı yay qrafikinin tətbiqinə başlanılıb. Qrafik metropolitendə havalandırma sisteminin səmərəli təşkili məqsədilə tərtib olunur. Qeyd edək ki, «Bakı Metropoliteni» QSC rəhbərliyinin tapşırığı ilə ventilyatorların iş prinsiplərinin monitorinqi aparılıb. Yoxlamaların keyfiyyətini təmin etmək məqsədilə yeni ölçü cihazları alınıb və müvafiq iş planı hazırlanıb. Bu barədə Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin rəsmisi Nəsimi Paşayev məlumat verib.
Monitorinq zamanı stansiya və tunellərdə oksigen və karbon qazının miqdarı, rütubət, hava kütləsinin axın istiqamətləri və sürəti, ventilyatorların işçi vəziyyəti öyrənilərək təhlil edilib. Ölçmələr hər stansiyanın 15-dək nöqtəsində aparılıb. Bura keçidlər, vestibüllər, avtomat buraxılış-nəzarət məntəqələri, eskalatorların və pilləkənlərin giriş və çıxış sahələri, stansiyalarda ventilyatorların yerləşdiyi əraziyə ən yaxın və ən uzaq nöqtələr və s. daxil idi.
Ventilyatorların işçi vəziyyəti və optimal gücü ilə bağlı vəziyyət öyrənilib. Təbii havalandırma ilə bağlı müşahidələr aparılıb. Hərəkət zamanı qatarların yaratdığı hava kütləsinin təsiri, həmçinin stansiyaların giriş və çıxışlarında hava axınının vəziyyətinin təhlili, yer təbəqəsinin sərinləşdirici xüsusiyyətləri, xəzri və gilavar küləklərinin təsiri və istiqaməti öyrənilib. Gecə növbəsində stansiya və tunellərdə çalışan işçilər arasında aparılan sorğular da nəzərə alınıb.
Yekunda təsdiq edilmiş yay mövsümünün hər iki qrafiki (hava hərarətinin 35º C-yə qədər olan həddi və 35º C-dən yuxarı göstəricilər üçün) elektrik enerjisində, ventilyasiya avadanlıqlarının istismarında qənaətə imkan verəcək. O, əməyin təşkilində faydalı iş əmsalının artırılmasına, ən vacibi, sərnişinlərə xidmət səviyyəsinin xeyli yüksəldilməsinə əsaslı təsir edəcək.
Yeni qrafik daimi işçi nəzarətin gücləndirilməsini də nəzərdə tutur. Hər gün stansiyalarda monitorinq aparan mikroiqlim laboratoriyasının məlumatı əsasında qrafikin tənzimlənməsini sanitar dispetçer mərkəzi yerinə yetirəcək.
Ventilyatorların yay iş rejimi noyabr ayının 15-ə qədər etibarlı olacaq. Həmin gün qış qrafikinin tətbiqinə başlanılacaq.Metropolitendə artan sərnişin axınının tələbatı, həmçinin mənəvi cəhətdən köhnəlmiş ventilyatorların daha güclü, müasir və effektli analoqları ilə əvəzlənməsi prosesi davam edir. Təsdiq olunmuş illik tədbirlər planına uyğun olaraq, 6 yeni havalandırma qurğusunun müasir analoqları ilə əvəzlənməsi aparılır. İki belə avadanlıq artıq istismara hazırdır. Daha 6 ventilyatorun isə modernləşdirilərək, əsaslı yenidən qurulması da uğurla aparılır. Müasir standartlara cavab verən üç belə avadanlıq da istismara verilib. Digər havalandırma qurğularının fəal quraşdırma və ilkin hazırlıq işləri isə davam etdirilir.