Interval 2 dəqiqə olacaq
Metropoliten qış rejiminə keçir
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Bakıda 9 yeni stansiya ...
Bənövşəyi xətt Xocahəsəndən Qaraçuxuradək uzanacaq
-
30 yeni vaqon alınacaq
Hər ay bir qatar dəyişəcək
-
Yeniliklər dövrün tələbinə çevrilib
Bakı metropoliteninə əvvəlkilərdən 2-3 dəfə güclü 7 yeni ventilyator gətirilir
-
Növbəti stansiya qəbiristanlıq?!
.. Yaxud yeraltında bizi hansı təhlükə gözləyir?
-
“Qazıntı işləri tamamlandı”
Nəsimi Paşayev: “Digər tunelin yarıdan çoxu artıq qazılıb”
-
«Sahil» metrostansiyası iyulun 1-də açılacaq
Növbədə «Xətai»dir ...
-
Metroda qadağa
Maşinist kabinəsində siqaret çəkmək yasaqlandı
-
... «Xətai» stansiyası təmirə bağlanacaq
«Sahil» açılandan sonra ...
-
«İşçilərinin sayını azaltmağa məcburuq»
«Bakı Metropoliteni»ndə ixtisarlar gözlənilir
-
Güclü siyasətçilərin zəif iradəsi
Tüstü burulğanında yaranan siyasət
-
Azərbaycanda tütünlə bağlı ilk rəsmi tələb
Siqaret və sulu qəlyan qadağası ilə bağlı qanun qəbul olundu
-
«Sahil» stansiyası sökülür?
Nəsimi Paşayev: «İddialar əsassızdır»
-
Metroda elanları kim səsləndirir?
«Elə bil qaynanadır, nə qədər öyüd-nəsihət verir, bunu alanın günü qaradır»
-
«Qatarlar ləngiyib»
Səhər saatlarında metroda böyük sıxlıq yaranıb, səbəb açıqlandı
-
Problem
Mənəvi-əxlaqi dəyərlərimizin qorunması
-
«50 manat cərimələnə bilərsiz»
Metroda təhlükəsizlik qaydaları sərtləşdirilir
Sentyabrın 15-dən Bakı Metropolitenində qatarların hərəkət intervalı gur saatlarda 2 dəqiqəyə endiriləcək.
Bu barədə vaxt.az-a qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib. Onun sözlərinə görə, yay mövsümünün başa çatması, xüsusən yeni tədris ilinin başlanması ilə əlaqədar Bakı metropolitenində də sərnişin axınının get-gedə artması müşahidə olunur. Mövsümün tələbləri nəzərə alınaraq, sərnişindaşıma qabiliyyətini artırmaq, qatarlardan səmərəli istifadə etmək, həmçinin sərnişinə xidmət mədəniyyətinin səviyyəsini yüksəltmək məqsədilə metropolitendə bir sıra tədbirlər görülür. Onların arasında, ənənə üzrə, qatarların yeni hərəkət qrafikinin tətbiqi xüsusi yer tutur.
«Bakı Metropoliteni» QSC sədri Zaur Hüseynovun əmrinə əsasən, payız-qış mövsümünün tələbləri nəzərə alınaraq, sentyabrın 15-dən metropolitendə qatarların hərəkətinin yeniləşmiş qrafiklə tənzimlənməsinə keçiriləcək.
Qeyd edilən qrafikə əsasən, qatarların hərəkəti daha da sıxlaşdırılır. Hərəkət gur saatlarda 30 cüt qatar ölçülərinə uyğun təşkil edilməklə, xətlərdəki qatarların sayı artırılacaq və interval azaldılacaq. Nəticədə, «Həzi Aslanov» stansiyasından «28 May» stansiyası daxil olmaqla hər iki istiqamətdə interval gur saatlarda 2 dəqiqəyə endiriləcək.
Qeyd edək ki, gur hərəkət səhər saat 7ºº-dan 10ºº-a, axşam isə 17ºº-dan 20ºº-a qədərdir. Bu məqsədlə, gur saatlarda xətlərin «28 May-Dərnəgül» və «28 May-İçərişəhər» sahələrində qatarlar arasında interval iki dəfə çox, yəni 4 dəqiqə olacaq.
Bundan əlavə, «Həzi Aslanov-28 May» sahəsində, sərnişin axınının tələbləri əsas götürülməklə, qeyri-gur saatlarda hərəkət intervalı 2,5 dəqiqə, sərnişinlərin əsaslı şəkildə azaldığı müşahidə olunan axşam saatlarından gecəyə doğru 3 dəqiqə və daha çox olur.
Şənbə və bazar, eləcə də bayram günlərində isə fərqli hərəkət qrafiki tətbiq olunur.
Yeni qrafik 2017-ci ilin yayına qədər tətbiq ediləcək.
Məlumat üçün bildiririk ki, metropolitendə hərəkət qrafiki il ərzində iki dəfə dəyişdirilir. Yay mövsümündə əhalinin istirahət məqsədilə daha çox şəhərdən kənara üz tutması, ələlxüsus tədris ilinin başa çatması ilə metropolitendə nisbətən yüngülləşdirilmiş yay qrafiki tətbiq olunur.