vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
TURİZM, DAŞIMAÇILIQ, NƏQLİYYAT  
20:17 | 19 oktyabr 2022 | Çərşənbə Məqaləyə 1862 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Bakıda 9 yeni stansiya ...

Bənövşəyi xətt Xocahəsəndən Qaraçuxuradək uzanacaq

MÖVZU İLƏ ƏLAQƏLİ

Bakı metrosunun şəbəkəsi genişləndiriləcək, yeni stansiyalar tikiləcək. Bununla bağlı metronun konseptual inkişaf sxemi artıq təsdiq olunub. Həmin sxem hazırlanarkən Bakının inkişaf perspektivləri xüsusi öyrənilib, monitorinqlər aparılıb, sorğular keçirilib.

Bakının metro xətlərində baş verəcək ən maraqlı dəyişiklik bənövşəyi xətlə bağlıdır.

Başlanğıcını Bakı Beynəlxalq Avtovağzalından götürən bu xətt Xocahəsən qəsəbəsinədək uzanacaq və bu xətt üzərində bir neçə stansiya inşa olunacaq. Daha sonra həmin xətt Qaraçuxur qəsəbəsinədək çatdırılacaq.

“Bakı Metropoliteni”nin sözçüsü Bəxtiyar Məmmədov deyib ki, metropoliten üçün prioritet olan məsələ xətlərin ayrılması layihəsidir. Bu layihə mərhələli şəkildə 9 yeni stansiyanın tikintisini nəzərdə tutur. Bunlardan 3-ü “Dərnəgül”dən sonra “Koroğlu”ya qədər Ziya Bünyadov prospekti üzərində olacaq stansiyalardır.

Yeni stansiyaların istifadəyə verilməsi həmçinin Bakıətrafı kənd və qəsəbələrə, xüsusilə də Maştağa və Zabrata əlavə marşrut xətlərinin açılmasına da imkan verəcək. (Xezerxeber.az)