Daha bir elektrik yarımstansiyası müasirləşdi
«Gənclik» yarımstansiyasının yenidən qurulması burada təhlükəsizliyə yeni baxışdır
MÖVZU İLƏ ƏLAQƏLİ
-
30 yeni vaqon alınacaq
Hər ay bir qatar dəyişəcək
-
Yeniliklər dövrün tələbinə çevrilib
Bakı metropoliteninə əvvəlkilərdən 2-3 dəfə güclü 7 yeni ventilyator gətirilir
-
Növbəti stansiya qəbiristanlıq?!
.. Yaxud yeraltında bizi hansı təhlükə gözləyir?
-
«Sahil» metrostansiyası iyulun 1-də açılacaq
Növbədə «Xətai»dir ...
-
Metroda qadağa
Maşinist kabinəsində siqaret çəkmək yasaqlandı
-
... «Xətai» stansiyası təmirə bağlanacaq
«Sahil» açılandan sonra ...
-
«İşçilərinin sayını azaltmağa məcburuq»
«Bakı Metropoliteni»ndə ixtisarlar gözlənilir
-
«Sahil» stansiyası sökülür?
Nəsimi Paşayev: «İddialar əsassızdır»
-
Metroda elanları kim səsləndirir?
«Elə bil qaynanadır, nə qədər öyüd-nəsihət verir, bunu alanın günü qaradır»
-
«Qatarlar ləngiyib»
Səhər saatlarında metroda böyük sıxlıq yaranıb, səbəb açıqlandı
-
Metro qış rejiminə keçir
Qatarların hərəkət intervalı gur saatlarda 2 dəqiqəyə endiriləcək
-
50 illik eskalatorlar dəyişdirilir
Sərnişinlərdən xahiş olunur ki, gedəcəkləri marşrutu əvvəlcədən daha dəqiq müəyyən etsinlər
-
«Sahil» stansiyası bağlanır
10 aylıq...
-
Daha «kafi» qiymətli yol yoxdur
Metropoliten yollarının keyfiyyətində yeni standart
-
Metropoliten yeni qatarlar alır?
Analoqlarından da fərqli vaqonlar daha geniş, qapılar isə enli olacaq
-
Metroda gediş haqqı artıb?
Nəsimi Paşayev: «Qiymət artımı ilə bağlı Tarif Şurasına müraciət etməmişik»
Bakı metropolitenində daha bir yarımstansiya yenidən qurularaq istismara verilib. 1967-ci ildə istismara verilmiş «Gənclik» stansiyasında yerləşən alçaldıcı yarımstansiya həmin vaxtdan sonra ilk dəfə idi tamamilə yeniləşdirilirdi. Ötən illərdə yarımstansiyada yalnız cari təmir və yeniləşmə işləri aparılıb. Ən böyük yenilik isə bir neçə il əvvəl yeni tipli akkumulyatorların tətbiqi olub.
«Bakı Metropoliteni» QSC yaradıldıqdan sonra metropolitendə elektrik təchizatı sisteminin yenilənməsi məsələsinə daha geniş miqyasda baxılmasına başlanılıb. Bu isə mövcud yarımstansiyaların yeniləşməsini daha səmərəli və qənaətli şəkildə həyata keçirməyə imkan verir.
Yarımstansiyada müasir dövrün tələblərinə cavab verməyən avadanlıqların hamısı tamamilə yenilənib, yeni texnika və texnologiyaların tətbiqi nəticəsində stansiyanın elektrik enerjisi ilə təmin olunmasının dayanıqlı və fasiləsiz olmasına nail olunub. Burada 6 kV kompleks paylayıcı quruluşların tətbiqi ilə köhnə yağ açarları «Evolis» tipli vakuum analoqları ilə əvəzlənib. Paylayıcı qurğularda 380 V və 220 V gərginlik yeni tipli avtomatik açarlarla idarə olunur. Bu isə məsafədən idarəetməyə imkan verir. Bununla da mərkəzi dispetçer məntəqəsindən yarımstansiyanın işinin idarə olunmasına şərait yaranıb. Həmçinin yarımstansiyada avtomatik iş yerləri yenidən qurularaq müasir texnologiyaların və dispetçer idarəetməsinin tam funksionallığı ilə tətbiq edilməsinə şərait yaradılıb.
Bundan əlavə, qatarların hərəkətinin avtomatik tənzimlənməsi sisteminin qidalanması və sabit cərəyən elektrik lövhələri tamamilə yenidən qurulub. Eləcə də istismar müddətini başa vurmuş 4 ədəd transformator yeni analoqları ilə əvəzlənib. Yarımstansiyada «Siemens» şirkətinin 630 və 400 kVA gücündə müasir tipli transformatorları quraşdırılıb. Əməyin mühafizəsi və təhlükəsizlik texnikasının tələbləri tam təmin olunub.
Müasir havalandırma və soyutma sistemləri yeniləşmiş yarımstansiyanın fəaliyyətini daha da etibarlı edəcək.
Təmir tədbirləri çərçivəsində otaqlarda əsaslı işlər aparılaraq, müasir iş şəraiti yaradılıb.
Son illərdə «D-2», «Koroğlu», «Elmlər Akademiyası» və «Sahil» yarımstansiyalarında analoji işlər aparılıb.
«Nərimanov» elektrik deposunda iş həcminin artması, yeni istehsalat, fəaliyyət və təmir-bərpa sahələrinin yaradılması ərazidəki «Depo-2» yarımstansiyasının yenidən qurulmasını zəruri edir. Bu məqsədlə yeni ikimərtəbəli bina inşa edilib, yeni kabel kollektoru çəkilib. May ayında isə sahədə yeni avadanlıqların quraşdırılmasına başlanılacaq.