30 dedilər, 7 il dözmədi
Milyonların sərf olunduğu beton yol niyə dağıldı?
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Səs Fərhad Əhmədovundur”
Biznesmenin köməkçisi hər şeyi danışdı
-
“Bağda ərik var idi...”
Eks-nazirlər mətbuatdan niyə qaçırlar?
-
Ziya Məmmədov ölkədən gedib?
Sabiq nazirin qardaşı danışdı
-
Məmmədovların yanan hoteli
Bakıdakı bir olayın mümkün pərdəarxası - təxribat, yoxsa...
-
«Od olmasa tüstü çıxmaz»
Ziya Məmmədovun və qohumlarının ziddiyyətli yanğın açıqlamaları
-
Buynuz fəlakəti
Ziya Məmmədovun malikanəsi yandı
-
«Dedim məndə pul var?...»
Hökumət Evində Ziya Məmmədovun adamı olan keçmiş icra başçısı işçiləri otaqdan qovub polisə verdi
-
Ziya Məmmədovu bitirən islahatlar davam edir
Saleh Məmmədov daha dövlət məmuru deyil...
-
«Atası»ndan Hafiz Məmmədova zərbə
Məmmədovlar «Hafka»nın klubunun ərazisini əlindən aldı
-
Baş nazirin «qurtuluşu»nun sirri
Rəsizadənin bütün iddialara rəğmən vəzifədə qalması onun özünə bağlı məsələ deyil, zamanını gözləməyə məcburdur
-
Bu xofu adama bağışlamazlar
Tanrı cəhənnəmini canında yaşayan qanqster - xərçəng, vərəm, şəkərli diabet, bərbad ciyərlər
-
«Şüşəli bazar» sahibinin ölümündə Ziya Məmmədov izi
Sabiq nazirin biznes şəbəkəsi ilə intihar edən iş adamının ticarət obyektinin bağlılığı üzə çıxır
-
Ziya Məmmədovun daha bir kadrı qovuldu
Yaşar Məmmədov Mübariz Ağayevin taleyini yaşadı, növbədə Lütfəli Babayev, Mənsur Məmmədovdur
-
Milyonlar səviyyəsində dələduzluq
Vəzifəli şəxsin yaxın qohumu Bakıdakı 6 evini arvadının adına keçirdi, yenə köməyi olmadı
-
«Only One»-a 19 milyon avro qiymət qoyulub
Ziya Məmmədovun oğlu Türkiyədəki yaxtasını satışa çıxartdı
-
Oliqarxın axırı...
Ziya Məmmədovun Göyçayda mənimsədiyi möhtəşəm mülkü əlindən alındı, «AZNAR» şirkəti 20 hektardan artıq bağ sahəsi və villa üçün dövlətə 4,5 milyon manat ödəndi
Bakı-Quba-Rusiya yolu dağılır. Hələ 2009-cu ildə nəqliyyat naziri Ziya Məmmədov Bakı-Quba-Rusiya yolu istifadəyə verilən zaman onun istismar müddətinin 30 il olduğunu vurğulamışdı.
Amma cəmi 3 il sonra - 2012-ci ildə yol sıradan çıxmağa başladı. Bu gün - yolun istismara verilməsindən 7 il sonra Bakı-Quba-Rusiya yolu tamamilə sıradan çıxmaq üzrədir.
Məsələ ilə bağlı «Azəravtoyol» Açıq Səhmdar Cəmiyyətinin ( ASC) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, istismar müddətinin 30 il olması həmin yolda hər hansı təmir, bərpa işinin aparılmayacağına dəlalət etmir:
«İstismar müddətindən asılı olmayaraq istənilən yolda təmir işləri aparılmalıdır. Əks təqdirdə o yol 3-5 il də tab gətirməz. Yolun aşınma qatı normal intensiv hərəkət nəticəsində müəyyən müddətdən sonra sıradan çıxır. Bakı-Quba-Rusiya yolunda isə qeyri-normal intensiv hərəkət var. Bu, ağır tonnajlı yük avtomobillərinin daha çox hərəkət etdiyi yollardan biridir. Həm də avtomobillər normadan artıq yüklənir. Yəni, həm yol, həm də avtomobillər normadan çox yüklənir. Yolun sıradan çıxmasının əsas səbəbi budur».
Onun sözlərinə görə, Bakıdan Quba istiqamətindəki yolda hər hansı ciddi problem yoxdur:
«Əksinə, Qubadan Bakı istiqamətində, xüsusilə də yolun hərəkət hissəsinin sağ zolağında dağılmış hissələr mövcuddur. Çünki, ağır tonnajlı yük avtomobilləri məhz yolun sağı ilə hərəkət edir.
Dağılma ilə bağlı tikintinin keyfiyyətinin hansı səviyyədə olmasını demək çətindir. Çünki, bununla bağlı yalnız «Azəravtoyol» deyil, nəzarətçi qurumlar cavabdehlik daşıyır. Tikinti bitdikdən sonra yolun yararlı olub-olmaması ilə bağlı verilən rəylər əsasında istismara icazə olur. Bunu isə «Azəravtoyol» həyata keçirmir».
A.Nəcəfli deyib ki, istənilən yolda ağır tonnajlı yük maşınlarının hərəkətinin qarşısı alınmayınca, bu dağılmalar mütəmadi olaraq davam edəcək.
Ekspert Ərşad Hüseynov isə bildirib ki, dağılma səbəblərini öyrənmək üçün tədqiqat aparılmalıdır:
«Bu kimi hallarda nəzarət, hüquq-mühafizə, prokurorluq orqanları, maliyyə auditi ilə məşğul olan qurumları cəlb etməklə tədqiqatlar aparmaq olar. Amma kənar müşahidəçi kimi deyə bilərəm ki, dünyanın hər bir yerində, o cümlədən sovet Azərbaycanında yol tikiləndə müəyyən olunmuş normativlər nəzərə alınırdı».
Ə.Hüseynov deyib ki, hazırda müəyyən olunmuş normalara riayət etməyənlər qanunla sərt şəkildə cəzalandırılmalıdır:
«Amma bu cəzalar tətbiq edilmir. İlkin olaraq yollarda icazə verilən maksimum kütlə parametri, həmçinin oxa düşən kütlə parametri nəzərə alınmalıdır. Bundan başqa, minik avtomobillərinin hərəkəti zamanı yük avtomobillərinin həmin yolda hərəkətinə icazə verilməməlidir.
Qaydalara riayət etməyənlərə qarşı sərt cəzalar nəzərdə tutulub. Əgər şirkət normativi pozaraq öz avtomobilini yola çıxarırsa, ona 4 min manat, adi sürücüyə 400 manat cərimə tətbiq oluna bilər.
Digər tərəfdən, yol elə tikilməlidir ki, o maksimum kütlədən artığını da qaldıra bilsin. Məsələn, yolu elə tikmirlər ki, avtomobilin icazə verilən maksimum kütləsi 30 tondursa, 31 ton olanda o, bizdəki kimi dağılsın. O yolu 5 dəfə artıq yükə dözümlülüklə tikməlidirlər.
Bir şeyi əminliklə demək olar ki, istənilən halda ya yol pis tikilib, ya da istifadəyə veriləndən sonra ona lazımınca nəzarət edilməyib.
Əgər yol yüksək texnologiya ilə ağır tonnajlı yük avtomobillərinə dözümlülük dərəcəsi nəzərə alınaraq tikilsəydi, belə tez dağılmazdı.
Bundan başqa kim icazə verib ki, iri və xırda sahibkar 5-10 manat pul qazanmaq üçün dövlətin milyardlarla vəsait sərf etdiyi, milyonlarla insanın istifadəsində olan yolu dağıtsın və buna cavabdeh qurum göz yumsun?..».
2005-cı ildən tikintisinə başlanan Bakı-Quba-Rusiya avtomobil yoluna ümumilikdə 700 milyon manat xərclənib. 2005-2010-cu illərdə layihəyə dövlət büdcəsinin investisiya xərclərindən 641 milyon 820 min manat pul ayrılıb. Beynəlxalq maliyyə təşkilatlarından alınan kreditlərlə birlikdə layihə 700 milyon manata başa gəlib. Beton yolun 30 ilə davam gətirəcəyi açıqlansa da, 2009-cu ildən istismara verilən yol 3 ilə tab gətirmədi.