vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
ANALİZ  
14:40 | 25 oktyabr 2016 | Çərşənbə axşamı Məqaləyə 2840 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Kərkükü bitirən neft

Qədim türk şəhəri haqda bir neçə kəlmə

Emil SAİDLAR

MÖVZU İLƏ ƏLAQƏLİ

1927-1928-ci illərdə ingilislərlə İraq neft şirkəti Kərkük ətrafında neft aşkarlayır. Bütün tarixi faktlarda açıq-aydın göstərilir ki, 1930-cu ilə qədər Kərkükün əhalisi başdan-başa birmənalı türkmənlərdən ibarət olub.

Neft tapılması ilə əlaqədar Kərkükdəki iqtisadi canlama başlayır və təbii ki, bu da Kərkükə müxtəlif bölgələrdən ərəb və kürd axını ilə müşaiyət olunur. Kərkükün ətrafındakı çöllüklərdə zatən çətin şəraitdə yaşamağa alışmış kürdlər çöxsaylı kürd kəndləri salır. Və bu ərəb-kürd axını 1930-dan etibarən 1960-cı ilə qədər davam edir. 

1957-ci ilin statistikasına görə artıq Kərkük əhalisinin faiz nisbəti bu üç millət arasında belə formalaşır:

Türkmənlər - 37,63 faiz

Kürdlər - 33, 26 faiz

Ərəblər - 23 faiz

1970-ci ildə İraq höküməti kürdlərin tələbilə onlara mədəni muxtariyyət verir, kürd dilində təhsil, hakimiyyətdə təmsil olunma və s. Bundan ilhamlanan Molla Mustafa Bərzani 1973-cü ildə Kərkükü kürd şəhəri elan edir. Bağdad isə bunu müharibə elanı kimi qəbul edib 1974-cü ildə mədəni muxtariyyət statusunu birtərəfli ləğv edir. Və sonrakı dövrlərdə İraq belə strateji bir bölgədən kürdləri köçürərək ərəb əhalini orda mütəmadı yerləşdirilməsinə diqqət yetirir. 

Bütün bu sadaladıqlarım - baş verənlərin fonunda isə türkmən əhalini nəzərə alan yoxdur.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)