vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
MÜƏLLİF  
21:21 | 10 yanvar 2017 | Çərşənbə axşamı Məqaləyə 3339 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Tanrının ən böyük hədiyyəsi şüurdur

Qadağalar edən dinin islahata ehtiyacı var

Emil SAİDLAR

MÖVZU İLƏ ƏLAQƏLİ

Bilirəm, yenə uzun olacaq. Xeyli adamın qısa məlumata hesablanmış «operativ yaddaşı» (RAM) yorulacaq. Amma yazmasam olmaz.

Bütün dinlər, elm, fəlsəfi cərəyanlar, mədəniyyətlər, ədəbiyyat, incəsənət və s. - bəşəriyyətin yaratdığı dəyərlərdir. 

Və Tanrının insana ən böyük ərməğanı onun beyni, şüurudur.

Məhz o şüurun sayəsində mən istər Qurandan, Tövratdan və ya İncildən, istər Platondan ya İbn Haldundan, Karl Marksdan və s. qəbul etdiyimi qəbul edər, etmədiyimi əlimin tərsi ilə rədd edərəm.

Dindən, kitabdan nəyisə rədd edirəmsə və bu mənə qadağan olunursa, o dinin islahata ehtiyacı var.

Bütün məscidlər bağlansın, dindarlar qovulsun deyənindən tutmuş ta ki, suyu ancaq dəstəmaz zamanı xatırlayanına qədər sadə həqiqətləri qəbul edə bilməyənlər haqda deyim ki, Onlar ancaq özləri-özlərini ayıra bilər... Bizlər məlum səbəblərdən bu zümrəni ayırmarıq.

Ateist, dinsiz dinlə, dindarla bir yerdə yaşamağa məcburdur. Ateisti qəbul etməyən dindar da, dini qəbul etməyən dinsiz də bu həqiqətlə barışmalıdırlar.

Cəmiyyət qurulanda - əgər cəmiyyəti yuxarıda haqqında bəhs etdiyim zümrədən biri qurmayıbsa - hər bir fərdin o sərhədlər daxilində yaşaması hesablanır, atam balası.

«Bir cərəyanın başlanğıcını da bizmi qoysaq, məsələn, «Şüurilər»», - arada düşünmürəm deyil.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)